www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Yazdı Anar: salam xumus baresinde cavabimi genis sekilde sizden aldim minetdaram ALLAH razi olsun
Cavab: Salam. Çoxsağolun, vəzifəmizdir.
Sual: Sualı ünvanladı Pərvin: Zeruret halinda bankdan pul goturmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zərurət halında, eybi yoxdur.
Sual: Sualı ünvanladı Pervin: Sualim budurki bawqa saytda sual vermiwdim demiwdiler nerd haramdi burda oxuyuram sual-cavabda deyilmir haram olmaqi hansina inanaq?
Cavab: Salam. Bu iki cavab bir-birinə zidd deyil. Bizim cavab budur ki, Qumar aləti sayılsa oynamaq olmaz. Amma o biri sayt deyir ki, oynamaq olmaz, deməli onlar bu nəzəri əldə ediblər ki, nərd qumar aləti sayılır. Amma biz bu işi oxucuların ixtiyarına veririk. Burda heç bir problem yoxdur.
Sual: Sualı ünvanladı Pərvin: camaat namazinin hokmleri barede melumat vererdizde nece rehberin risalesi olmadiqi ucun biraz cetinlik cekirik?
Cavab: Salam. Siz lütf edin, hansı məsələdə çətinlik çəkdiyinizi bizə yazın. Biz həmin məsələyə cavab verək. Sualınız çox ümumidir. Üzrlü sayn.
Sual: Nerd oynamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qumar aləti sayılmırsa olar. Qumar aləti sayılsa, olmaz.
Sual: Salam.1) desdemaz zamani qollarimi krandan gelen su ile bir basa yuya bilerem yoxsa hokmen elime su dodurub qollarima tokmeliyem? eger elime doldurmaliyamsa 2 defe su dedikde yeni her qola 2 ovuc su tokmeliyem? Xaiw edirem etrafli yazardiz, 2) Risalede, desdemaz aldigdan sonra mehs cekib sonra krani baglamaq lazim oldugunu oxudum ki krantda olan su desdemaz suyuna qatiwmasin, ama suyun bow yere axmagina gorede suyu mehsden qabag baglandigini gormuwem hansi duzgundu? Xaiw edirem diqqetli oxuyun, Diqqetinize gore evvelceden minnetdaram
Cavab: Salam. Suyun krantdan gəlməsi olar, əllə tökmək vacib deyil. İki və ya üç və ya dörd ovuc su tökə bilərsiz, amma iki mərtəbədən artıq qolları sürtmək olmaz. Məsələn sağ qolunuza üç ovuc su vurub, bir mərtəbə yuxarıdan aşağı sürtdüz və sonra sağ qolunuza yenə üç ovuc su vurduz, ikinci mərtəbə qolunuzu yuxarıdan aşağı sürtdüz, sonra üçüncü dəfə su vurmaq olmaz.

Amma karantın başında olan su məshin suyuna qatışsa bu işin işğalı var.

Bir yol var ki, siz sol qola su töküb sürtməzdən öncə, sağ ələ su doldurub, sonra sol əl ilə krantı bağlayın. Krantı bğladıqdan sonra sağ ovucunuzda olan dəstəmaz suyunu sol qola töküb sürtüşdürün. Bundan sonra məsh etdikdə sol elinizdə olan su elə dəstəmaz suyu olmuş olasıdır.
Sual: Sualı ünvanladı Aydın: Salam eziz qardaslar. Sualim belediki eger boynunda meyyit qusulu olan sexs ile goruwdukde menimde boynuma meyyit qusulu gelir? ve eger gelirse menimle goruwenlere nece onlarada bu qusl gelir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, nə sizin nə də sizinlə görüşənlərin boynuna qüsl gəlmir.
Sual: Sualı ünvanladı Anar: Salam.gece.1den.sonra.durub.desdamaz.alib.qeza.namazlarindan.qila.bilerem.?tesekkül.edirem.
Cavab: Salam. Edə bilərsiz, Allah qəbul etsin.
Sual: Sualı ünvanldı Fi Sabilillah: Salam. Soruşurlar ki, menim xanimim menimle evlendikden sonra menim de telqinimle (hec bir mecburiyyet olmadan,konullu wekilde) hicab geyinmeyi qebul eledi.Amma bir muddet sonra onda buna qarwi naraziliq bawladi ve indi daha geyinmek istemediyini bildirir.Sadece menim gosteriwim sayesinde (yeni mecburi wekilde) geyinmeye davam eleyir.Nezere alsaq ki menim onun hicabi acmagina raziliq vermeyim qeyri mumkundur.Men ne etmeliyem? (Tebii ki hicabin ne oldugunu men ona her gun defelerle bawa saliram) Tewekkurler
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xanımı evdən çölə çıxdıqda, xanımının başını bağlatdırması lazımdır. Razılıq verməməniz düzdür.

(Sayt tərəfindən: Yaxud evə naməhrəm gəldikdə. Burda məqsəd qadının naməhrəm qarşısına başı açıq çıxmamasıdır.)
Sual: Sualı ünvanladı Xeyal: Salam Aleykum,men kecen sefer size bu sualla muraciet etdim ki defelerle gun vurub istilewdirdiyi suyla destemaz almaq olar ya yox,dediz olar,indi bilmek isteyirem umumiyyetle o su ne hokmundedir?
Cavab: Salam. O suyu siz görə bilirsiz. Hökmün də özünüz təyin etməlisiz.
Sual: Sualı ünvanladı Asif: Aga bes menim sualim doldu be.....Azerbaycanda is qurmaq ucun bankdan kreditnen pul goturmek olar? Islama xidmet etmek ucun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz. İstisnadı, zərurət halı.
Sual: Sualı ünvanladı Mahir: Salam. Mene toydan elde etdiyim maashin haram olduqunu dunenki mektubun cavabinda bildim..........
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işinizi dəyişib, Allahdan bağışlanmaq diləyin. Amma bu mal-mülkünüz barəsində təqlid etdiyiniz müctehidə və ya onun nümayəndəsinə müraciət edin ki, bu problemi həll etsin.
Sual: Sualı ünvanladı Şamil: Əssələmu əleykum və rəhmətullah Əvvəla sizlərə öz təşəkkrümü bildirirəm.ALLAH RAZI OLSUN SİZLƏRDƏN SUALIM: Cənabət qüsulunu alıb qurtardıqdan sonra Namaz qılmaq üçün dəstəmaz almaq lazımdırmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, lazım deyil.
Sual: Sualı ünvanladı Kamal: salamun aleykum bismillah sununun ...............
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı Kamal: ........əger bi xanim aileli olub ve onun uwaqida var ancaq indi onlar bir yerde yasamirlar onunla kevin kestirmek olar evvelden tewekur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər əri həmin qadının təlaqını veribsə, iddədən sonra, bəli, kəbin kəsdirə bilərsiz.
Sual: Sual: Sualı ünvanladı Mahir: Salam aleykum. Bank mudiri meni oz şexsi vesaiti hesabina hecce gondermek isteyir. Men onun pulu ile hecce ................
Cavab: Salam. Cavab E-mail ünvanınıza göndərildi.
Sual: Sualı ünvanladı Rübab: Salamun aleykum bele bir sualla sizi narahat edirem menim yoldawim bilmirem ne iwle mewqul olur qazacinin halal olub olmamasini bilmirem o eve aldiqi nemetlerle qidalaniram sualim budurki eger yeqinlikle bilsemki yoldawimin qazanci haramn yolla gelir menim vezifem nedir o ruzudan istifade etsem ne hokmundedi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məcbur olduğunuz üçün eybi yoxdur. Amma əmr be məruf və nəhy əz münkərə lazım olan şərait olarsa, əmr be məruf və nəhy əz münkər edin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam aleykum. Bir-nece il bundan evvel aldigim telefonu indi satsam onun puluna xüms düshür ?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Mahir: Salam. Mağazadan aldığımız bəzi biskvitlərdə, tortlarda və ya şokoladlarda spirt ya ..... olur. Onları yemək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Spirt və bukimi İslamda yeyilib-içilməsi haram buyurulmuş şeylərin qatıldığı, yeyiləsi məhsullardan meyl etmək olmaz.
Sual: Yazdı Səhifə: salam. Oldu necə məsləhətdir. Biz səhifəmizdə bele bir qeyd etsək necədir?: Qeyd: Səhifəmizdə...........................................................................................
Cavab: Salam. Siz bizə öz e-mail ünvanınızı göndərin və biz sizinlə əlaqə saxlayaq.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı