www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zəhra: Salam bağışlayın başa düşmədim səcdədən qalxıb əyləşdikdən sora salavat göndərmək olmaz? Yoxsa salavat göndərəndə əli üzə çəkmək olmaz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazda bu işi görməniz olmaz.
Sual: Sualı ünvanladı Anar: Salam.insana.vacib.olan.namazlarim.adlarin.yazin.tesekkül.edirem
Cavab: Salam. Gündəlik vacib namazlar və bunların tərkibində cümə namazı; ayət namaı, vacib təvafın namazı; dünyadan köçmüş valideynin böyük oğula vacib olan qəza namazı; nəzr və nəzr kimi şeylərlə vacib olan namazlar; meyit namazı.
Sual: Salam qəza namazlarını belə qılmaq olar məsələn 30 sübh 30 zöhr və s?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Ali.Nacizi: Namazda sacdeya qedande usaq cixir belima dusmur ela olur sacdem uzanir .Bilmak isteyiram Namazim sahihdi.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, səhihdir.
Sual: Sualı ünvanladı Mahir: Salamun aleykum.Bir şəxsin sağ qolu yoxdur. Belə olan halda dəstnamazı necə almalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Öz halı ilə alsın. Məshləri də bir əli ilə çəksin.
Sual: Sualı ünvanladı Anar: Salam.illik.gelirimin.qalan.1/5.hisesin.xüms.vermeliyem.bunu. bilirem.onuda.bilmek.isteyirem.ki.basqa.ne.üçün.xüms.vermeliyem.?ALLAH.SIZDEN.RAZI.QALSIN.amin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təbii mədənlərə və üçgüçülüklə, dənizə baş vurmaqla əldə olunan qənimətlərə.
Sual: Sualı ünvanladı Fərid: Salam.Ziddivilayet olan pi$namaza iqtida etmek olar ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zidd olana yox, qəbul etməyənə iqtida olar. "Zidd" o deməkdir ki, fəqihin vilayətinin əksinə calışır, bu işçin dəridən qabığdan çıxır, qeybət edir və bu kimi işlər görür. Belə insana iqtida olmaz. Amma bir imam cammat sadəcə hansısa nəzərə əsasən, fəqihin vilayətini qəbul etmir, ona iqtidanın eybi yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam. xanimin zədə ucbatından bakirəliyi pozulub, sonra isə zina edib. həmin xanımla siyğə etmək olarmı? zina etdiyi oğlanla da siyğə edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Həmin oğlan özü də onunla nigah bağlaya bilər.
Sual: Sualı ünvanladı Anar: Salam.8.martda.yaxin.qohumlarimi.tebirik.ede.bilerem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxna: Xeyir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb) Salam. Səsli namaz qılındıqda nəqədər məsafədən eşidilməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ölçü budur ki, pıçıltı olmasın. Səsin cövhəri olsun.
Sual: Sualı ünvanladı Emin: Bismillah. Şam namazı 18:38 -da Sübh azanı isə 05:09 -dadır. .............. menim sualim Men yalniz megrib namazinin qezasini qilmaliyam ya hem megrib hem xiftenin ? Ve niyyetlerini nece etmeliyem ?
Cavab: Salam. Əgər qəza ola-ola ada niyyəti ilə qılıbsızsa onda həm Şamı və həm Xüftəni qılın. Yəni həm Məğribi və həm Işanı. Çünki ikisinində niyyətini səhv edibsiz. Ikisini də qəza niyyəti ilə qılın.
Sual: Sualı ünvanladı Zəhra-Nur: BISMILLAHIR-REHMANIR-REHIM. Salamun aleykum aga, manim valideyinlerim manim basimi baglamagima etiraz edirler cadrami qara olduguna gore asdirdilar ama basimi acmadim indi menim bir qizim var 2 yasi var ona namaz orgedirem hicab orturem qaynanamgil naraziliq etsalarda hecna demirler ama menim atamgil etiraz edirler atam mene deyirki eger qizinin basini baglasan menim evime gelme hetta olsem bela gelme men indi neynemeliyem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İki yaşlı uşağın başını bağlamaq vacib deyil. Ona görə də siz vacib olmayan bir məsələdən sarı valideynlərinizi narazı salmayın. Onlara qonaq gedərkən bu işi görməyin. Hacan vacib olan məsələ olsa onda kiminsə narazılığı önəmli deyil.
Sual: Sualı ünvanladı Zaur: Salam bizde rayonda Meherrem ayinda on gun 1 otaqi qara parcalar vurur, mersiyye oxunur Imam HUSEYNE yas saxlayirlar. Qonsudan qohumdanda gelirler ve gelende kimin neye gucu catir pul getirir 20, qep 30 qep ve s .Yeni demirki pul vacibdi getir isteye baglidir ve o yigilan pulnan Ya Mescide yada kasib bir aile nese alinib verilir. Sualim budurki otaqi qaraya burumek ele pul yigmaq Mekarim agaya gore gunah deyilki?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu işi görməyin bir eybi yoxdur. Amma orda ehsan olunan pulları İmam Hüseyn (ə) məclisinə ehsan edərlərsə, onda həmin pulları fəqirə vermək olmaz. Yəni ehsan olunduğu ünvana xərclənməlidir.
Sual: Sualı ünvanladı Emin Hasanli: Assalamu aleykum va rahmatullahi va barakatu.Allah sizlardan razi olsun va weytan warrindan qorusun.cihad indiki zamanda vahhabilara duwurmi,yaniki bu kafirlari oldurmak gunah deyilmi.Allah razi olsun sizlardan.Amin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, öldürmək olmaz.
Sual: Her hansi bir eşyani meselen komputer kredit goturmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, götürmək olar.
Sual: Sualı ünvanladı Rəvan: SALAMUN ALEYKUMUS,ZOHR NAMAZININ VAXTI NEVAXTAKIMI EDA QILMAQ OLAR,VE NEVAXTA QEZA OLUR?TESEKUR.
Cavab: Salam. Mərcei-təqlidinizi seçməmisiniz. Lütfən seçin və sualı kamil formada yenidən ünvanlayın.
Sual: Sualı ünvanladı Zəhra-Nur: Salam.Əgər boyuk oğul həddi buluğa catmamış dünyasını dəyişərsə ikinci ogula atanin qəza namazi boynuna düşür ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, düşmür. Amma könüllü surətdə qıla bilər.
Sual: Salamun aleykum. Sİze gonderdiyim suallarin cavabıni saytda tapa bilmedim. Emailme de gelmeyib cavablar. Suallar bundan ibaret idi. 1. Şahmat oynamaq niyə mütləq haramdir. Bunun hikmət və fələsəfəsi nədir? 2....3....
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şahmat mütləq haramdır.



(Sayt tərəfindən: Biz keçən dəfə sizin sualın birinə cavab vermişdik. Bu dəfə də növbəti birinə cavab veririk. Çünki hər sualın daxilində yalnız bir suala cavab veririk. Cavabınız arxivdə var. Son 200-300 cavbın içindədir.

Amma hansısa hökmün niyə belə olmasına cavab verə bilmirik. Çünki bu hökmü niyə belə verdiyini müctehidin özündən örgənmək lazımdır. Bu işə nə onun vaxtı var nə də biz həqirlərin. Amma tutaq ki, ağanın vaxtı olsa belə, müctehidin fiqhi dildə veridyi bir açıqlamanı onsuz da adi insanlar anlaya bilməyəcək. Üzrlü sayn və əfv edin.)
Sual: Sualı ünvanladı Səccad: Allahin salami olsun size.menim bir miqdar pulum var ve hecc mövsumu gelir.ve qonşuda bir xeste var men eger o,xesteye el tutmasam xeste heyatini deyişe biler.men ne. etmeliyem pulu xesteye versem hecce getmeye imkanim qalmir,yox eger hecce getsem xeste öle biler.xaiş edirem mene cavab verin.Allah sizden razi olsun...
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Hələki Həcc mövsümü gəlməyib. Siz pulu bu xəstəyə xərcləyə bilərsiz. Əlbəttə əgər başqa pul tapmaq heç bir vəchlə mümkün deyilsə və bu insanın sağ qalması yalnız sizin bu pulunuzdan asılıdırsa belə edə bilərsiz. Yox əgər pul tapmaq olarsa, çətinliklə də olsa belə, onda Həcc mövsümündə Həccə getmək üçün ayırdığınız pula dəyməyin. Həcc mövsümü yetişdikdə, pulunuz olsa, onda Həccə də getməniz vacibdir.
Sual: Sualı ünvanladı Zehra-Nur: Salam. Eger qadin Əhd duasini oxuyursa ve 40 gun bitməmiş heyz olursa Əhd duasini dayandirib heyzden sonra oxusun yoxsa davam etməlidi(heyzdi halda oxususun)?ALLAH RAZI OLSUN!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Davam etdirsin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı