www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam men may ayin 24 ramazan bayramiydi men 25 bawladim 6 gunun orucun tutmaga. Duzgun edirem yoxsa yox ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər Fitr bayramının sabahı günündən başlayıbsınızsa oruc tutmağa düz edibsiniz. Çünki Fitr bayramı günü oruc tutmaq haramdır.

Təşəkkürlər.
Sual: Salam əleykum Ağacan. Tatu ilə bağlı məlumat istərdim.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam,oruc tutmuşdum və həmən günü axşam saatlarında kitab oxuyurdum,orda elə bil səhnə oldu ki məndən aslı olmayaraq cinsiyyət orqanımda nəmişlik hiss etdim,orucunu batil olurmu ?qəza tutmaliyam yoxsa kəffərəsi var ? xaiş edirəm ən tez zamanda cavab yazardınız çox narahatam.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan bilsə ki, təhrikedici kitab oxumaqla ondan sperma xaric olacaq və beləliklə (təhrikedici) kitab oxumaq insandan spermanın xaric olmağına səbəb olarsa, oruc batildir, kəffarə də vacib olur. Əgər xaric olan rütubət sperma deyilsə, oruc batil deyildir.

Təşəkkürlər
Sual: Allahın salamı olsun sizlərə. Dövlət qaydalarına uyğun boşanmış qadın ər yoxdursa tapılmırsa qadın özü kəbini geri oxuda bilərmi və bu harada icra edilir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər ərlə əlaqə saxlamaq mümkün deyilsə, təlaq almaq üçün şəri hakimə müraciət etmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam ağa. Mən Ersağ şirkətində çalışıram. Deyilənə görə şəbəkə biznesi haramdı. Mən bunu eşidib işdən çıxmaq qərarına gəlmişəm. Ama öncə sizin fətvanızı bilmək istədim. Bu şirkətdə işləmiyənə maaş verilmir. Əyər sən bu ay komandan işliyibsə və sənə maaş yığılıbsa sən işləmiyibsənsə sənə şirkət maaş vermir. Bu şəkildə işləmək düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Dediyiniz şərtlər çərçivəsində və həmçinin əgər başqasının haqqından kəsib sizə vermirlərsə(yəni şirkət maaşı öz hesabından verirsə) orda işləmək haram deyildir.

Təşəkkürlər.
Sual: Salam əleykum .Başa qara rəng qoyarsa dəstəmaza və qüslə mane olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər rəng suyun dəstəmaz və ya qusl üzvünə yetişməsinə mane olarsa bu halda alınan qusl və dəstəmaz batildir. Maneəni müəyyən etmək də mükəlləfin(rəngdən istifadə edən şəxsin) öhdəsinədir.

Təşəkkürlər.
Sual: Salam. Qadının qaşının formaya salması günahdırmı??
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər naməhrəmin diqqətini çəkəcək formada olmazsa haram deyildir. Amma əgər naməhrəmin diqqətin çəkən formada olarsa, naməhrəmdən gizlətməlidir.

Təşəkkürlər.
Sual: Salam Qusl alandan sonra namaz qilarken destemaz almaga ehtiyac var? Teşekkürler
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Yalnız cənabət quslundan sonra(əgər dəstəmazı pozan bir iş baş verməyibsə) dəstəmaz almaq olmaz.

Təşəkkürlər.
Sual: Salam.mənim 14 yaşim var, namaz qiliram, oruc tuturam,atam deyir ki namaz qilma oruc tutma, anama deyirki sənin başın xarabdir uşaqlarin başini xarab eləmisən ,mən durub atama söz qaytarsam mənə günah yazilarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər həddi-buluğ olmamısınızsa, oruc və namaz sizə vacib deyildir və bu halda(həddi-buluğdan oncə) valideyn sizə ibadət etməyə icazə vermirsə, onun sözünə əməl etməlisiniz.

Amma hər bir halda valideynə cavab qaytarıb, aqq valideyn olmaq icazəli deyildir.

Təşəkkürlər.
Sual: Bedenin biedeb yerlerinde olan ve ister istemez necis deyen tukler temizlenmelidir? Ne vaxtdan bir temizlenmelidir? Ne ile temizlenmesi dogrudur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Mütəmadi olaraq bədəni artıq tüklərdən təmizləmək bəyənilən işdir. Və bədənə zərəri olmayan hər hansı bir vasitə ilə bu tükləri aradan aparmaq olar.

Təşəkkürlər.
Sual: Menim kebinim yoxdu iki ovladim var yoldasima namehram sayilirammi? Namazim batil olurmur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər aranızda kəbin yoxdursa, bir-birinizə naməhrəm sayılırsınız. Məhrəm olmaq üçün gərək kəbin oxutdurasınız.

Amma(hətta kəbininiz olmasa da) namazlarınız batil deyildir.

Təşəkkürlər.
Sual: Salam,oruc tutmuşdum və həmən günü axşam saatlarında kitab oxuyurdum,orda elə bil səhnə oldu ki məndən aslı olmayaraq cinsiyyət orqanımda nəmişlik hiss etdim,orucunu batil olurmu ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan bilsə ki, təhrikedici kitab oxumaqla ondan sperma xaric olacaq və beləliklə (təhrikedici) kitab oxumaq insandan spermanın xaric olmağına səbəb olarsa, oruc batildir.

Əgər xaric olan rütubət sperma deyilsə, oruc batil deyildir.

Təşəkkürlər.
Sual: Salam burun kiçiltmə əməliyyatı günahdır ya yox
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əməliyyat zamanı haram baxış və haram toxunuşdan çəkinmək şərti ilə bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam burun kiçiltmə əməliyyatı günahdır kimi deyir günahdır kimi deyir günah.deyil
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir. Bu şərtlə ki, əməliyyat zamanı naməhrəmin haram baxış və toxunuşuna səbəb olmasın.

Təşəkkürlər.
Sual: salam aleykum. Zehmet olmasa tatto-doyme zamani hansi cür heyvanlarin və hansi cür naxışların şəklini döymə etmek icazelidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Fəsada səbəb olmayan şəkilləri tato(döymə) etmək haram deyildir.

Təşəkkürlər.
Sual: Hamiləliyin qarşısını almaq üçün sprial qoydurmaq icazelidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz özlüyündə haram deyildir. Amma işin gedişatında haram əməllərdən(məsələn: naməhrəmin insanın bədəninə baxması və ya başqasının insanın övrətinə baxması və.s) çəkinmək lazımdır.

Təşəkkürlər.
Sual: Mübarək Ramazan ayında bir kişi gecə yari xanımı ilə cinsi əlaqədə olub, sonra da durub qüsulu alacağını istəyib, amma özüdə bilmədən həmin dəqiqə onu yuxu aparması, sonra ayılanda sübh azanin keçməsini görüb dərhal yenə qusul alıb oruc tutmasi. Düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, qeyd etdiyiniz şərt daxilində orucu düzgündür.

Təşəkkürlər.
Sual: SalMən səhər imsak etdim.5 deq sonra subh Namazina əzan verdi.menim orucum batildi.5-7deq imsak və sübh namazinin arasında fırq azdı
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər əzan vaxtında verilirsə(vaxtından gec verilmirsə) orucunuz düzdür.

Təşəkkürlər.
Sual: SalMən səhər imsak etdim.5 deq sonra subh Namazina əzan verdi.menim orucum batildi.5-7deq imsak və sübh namazinin arasında fırq azdı
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər əzan vaxtında verilirsə(vaxtından gec verilmirsə) orucunuz düzdür.

Təşəkkürlər.
Sual: Salam, xumsı adamın şəxsən seyyidlərə ödəməyi mümkündür ya vacibdirki təglid elədiyi müctehidin numayəndəsinə ödəsin?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xumsun seyyidmalı hissəsini, xums çıxaran şəxs özü müstəhəq(yəni ehtiyaclı və ehtiyat vacibə əsasən verilən xumsu günaha xərcləməyən) seyyidə verə bilər.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı