www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı İlkin: Salamun aleykum men orucumu ramazan ayinda haram bir isle batil etmisem .oxumusam ki eger haram bir isle oruc batil etsen gerek 3 cur keffaresin odeyesen .menim bulardan birine gucum catir 60 gun keffare orucu .men indi birin etsem olar??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, yalnız 60 gün oruc tutsaz, yetər. İstəsəz bunun əvəzində 60 fəqirə (hər birinə) 750 qram buğda verə bilərsiz. Yəni bu ikisindən birini seçib etsəz, kəffarəni ödəmiş olursunuz.
Sual: Sualı ünvanladı Tural: salam aleykum Cumeniz Mubarek..bir sualimnan sizi narahat edirem..bir qiz aileli olmayib ama bakirede deyil zina yolu ile pozulub bakireliyi..indi ibadet ehlidi..hemin qiz sige ede biler?
Cavab: Salam. Sualınızın cavabı sabah, 3 fevral veriləcək. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Allahı Sevən: SALAMUN ALEYKUM.QADINLAR NAMAZ QILNDA AYAQLARINDA CORAB OLMASI VACIBDIRMI?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ayaqlar naməhrəmə görünməzsə, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Elnur: Salam aleykum...Bir sohbetde 12 Imamin(e.s)..................
Cavab: Salam. Üzrlü sayn, sual mövzuya aid deyil, əfv edin.
Sual: Sualı ünvanladı Vasif: salam bilmek isteyirem qiz anasindan icasesiz oz mehrem qohumuna hediye ala biler beleki qiz ozu pul qazanir ama subaydi hediye alanda anasina demese olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi, yoxdur.
Sual: Sualı ünvanladı Mehriban: bir refiqem var erinen telaq isteyir eri vermir 3 ildi ayriliblar eride aile qurub qizda yetim qizdi hec kimi yoxdu xais edirem bu barede bir soz deyerdiz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təqlid etdiyiniz şəri hakimə (mərcei-təqlidə) və ya onun nümayəndəsinə müraciət edin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Qəza namazları necə qılınır?Yəni,qəza namazlarını qılarkən,təshibelu erbeni 1 dəfə demək olar?Salamlara çatdıqda,1 dəfə Əssalamu eleykum ve rəhmətullahi və bərəkatuh desək bəs edər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, 1 dəfə yetər. Bəli, təkcə sonuncu salamı desəz, yetər.
Sual: Sualı ünvanladı Camal: Salamun Aleykum. Reshide qiz kimdir ve hokmu nedir? ...............................................?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Rəşidə qız əqli baxımdan inkişaf etmiş qızdır. Yəni, yaxşını pisdən ayırmağı bacaran. Amma sualınızın ikinci hissəsinə sabah, 3 fevral, cavab veriləcək. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Ramin: Salam Aleykum. 1. Namazda ikinci reketin sonunda ve sonuncu reketin sonunda Elhemdulillah deyerken onu sesli yoxsa sessiz deyilmelidir? 2.2-ci reketin sonunda oxunan dua sakit deyilmelidir yoxsa sesli ? (Shikeste qilinan namazlari nezerde tuturam) 3.Vacibdirmi namaza bashlayanda ve her duaya bashlayanda "Bismillah" sozunu sesli deyek?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səsli qılınası namazlarda 1-ci və 2-ci rəkətdə olan həmdlə surədən başqa bütün sözləri yavaş və ya səslə deməkdə ixtiyar sahibisiniz.
Sual: Sualı ünvanladı Koceri Qehramanov: Salam Aleykum... erkek dovsan niye haramdir men bu suala cavab tapa bilmrem. zehmet olmazsa cavablandira bilersiz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Erkək və ya dişi, fərqi yoxdur. Dovşan ətini yemək olmaz, haramdır.

Sayt tərəfindən: Əhkam bəhsində "niyə?" məsləsinə cavab vermək çətindir. Bunun üçün uzun illər təhsilə ehtiyac var ki, müctehidin hökmləri nəyə əsasən belə verdiyini anlayasan. Bundan əlavə bu "niyə?" məsələnizə gərək Ayətullah Xamenei özü cavab versin. Sözsüz ki, onun və digər mercei-təqlidlərin bu boyda boş vaxtları yoxdur. Üzrlü sayn, əfv edin!
Sual: Sualı ünvanladı Muhammad: Bir şəxs özünün ögey xalası ilə daimi nigaha girə bilərmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər həmin şəxsin anası ilə ögəy xala dediyi qadında ata və ya ana tərəfdən qan qohumçuluğu varsa onda yox, bu iş haramdır.

Sayt tərəfindən: Yox əgər qan qohumluğu yoxdursa, onda məsələ necədirsə bizə elə yazın və biz yenidən sizin sualınıza cavab alaq.
Sual: Sualı ünvanladı Kamran: SEs salamun aleykum ve rehemtullahi ve bereketuh..Oncelikle Allahdan Merceyi teqlidimiz olan Vilayeti Feqih Ayetullah El Uzma Seyyid Eli Xamneyi aganin salamat olmasi ucun Allaha duaciyiq.. Sualim budur..Men Azerbaycanda yasayiram......................................Amma bilmek isterem menim sozlum var onunla ne derecede yaxin ola bilerem? Risale bellidir amma bizim olkede biraz qanunlar ferqli oldugundan buna izah getirsez bizi sad ederdiz... Saulim konkret budur: Sozlum ve menim aramda haram olan nedir halal olan nedir...
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Aranızda kəbin oxutdurmaqla məhrəm olmanız məsləhətdir. Əks halda isə (sözlünüz olmasına baxmayaraq) o sizə naməhrəmdir və onunla istənilən bir rabitə olmaz.
Sual: Sualı ünvanladı Azer: Salam. Seraite uygun olaraq ayaquste istibra etmek icazelidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Elshan: Salamun aleykum. Əqidəvi məsələlərdə Hz. Peyğəmbərə ........................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn. İnşallah yaxın gələcəkdə bu növ suallara da cavab veriləcək.
Sual: Sualı ünvanladı Kənan: Salam Əleykum Üzümü nüçə dəqiqəyə pişirmək lazımdir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qaynamaqla üçdə ikisi buxarlanıb üçdən biri qaldıqdan sonra paka çıxır.
Sual: Sualı ünvanladı Behruz: Salamu aleykum. Suali unvanladi Behruz. Qan niye haramdi?
Cavab: Salam. Qan murdarlar sırasındadır. Murdarlığı barəsində rəvayətlər nəql olunub.
Sual: Sualı ünvanladı Cabir: salam mohursuz namaz qilmaq olar olmaz ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, (möhür və ya möhür kimi səcdə olunması şəriət tərəfindən icazəli olan şeylərdən hansısa biri olmadan) olmaz!
Sual: Sualı ünvanladı Bətul: salam. Bir muselman meyyidin orqanlarini kafire vermek olarmi?
Cavab: Salam. Bu sualın cavabı fevralın 3-nə qaldı. Üzrlü sayn.
Sual: Sualı Ünvanladı Xəyal: Salam Aleykum,men bilmek isteyirem defelerle gun vurub qizdirmis suyla destemaz almaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Vasif: salam levi tok ve ya qaz isletmek haramdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı