www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elmar: Essalamun aleykum.Bu saytin yaranmasinda ve teskilinde istirak eden her bir shexse tesekkur edirem Allah imanlarin guclu elesin.Meni maraqlandiran bir nece sheri suallar var xahis edirem tez bir zamanda suallarimi cavablandirin.Evvelceden tesekkurler. 1.namaz qildiqim otaqda guzgu ve shekiller var shekil ve ya guzgu olan otaqda namaz qilmaqim caizdir?(amma namaz qilarken ozumu guzgude gormurem)2.uze 2 defeden artiq su atmaq destamazi batil edir?3.destamaz alarken uzume iki defe su atiram sonra ise saq elimle uzumun her terefini yash edirem yeni elimle nemleyirem daha sonra ise iki defe salavat edirem ve ellerime eyni qaydada iki defesu tokurem ve elimle diger elimi ve barmaqlarimi yashlayiram ki elimde su deymeyen yer qalmasin.bu cur destamaz caizdir?4.seher seher namaza durdum ve destamaz aldiqim zaman damaqim qanamaqa basladi destamazi almaliyam yoxsa aqzimin qaninin dayanmasini gozlemeliyem?Nezere alin ki gunesin cixmaqina az qalib.5.Yasadiqim yerden nece km-den sonra sefer namazi qilmaliyam?6.Baki sheherinde yasayiram.Eger Baki sheherinin bir terefinden diger bir trefine gediremse men sefer namazi qilmaliyam?nezere alin ki Baki seherinin bir basindan gider bie terefine 100 km den artiqdi.7.HEr gun ishe gedirem ve evimle ish yerimin arasindaki mesafe 48 km-di.Eger nezerde tutulan mesafeden(km) artiq olarsa sefer namazi qilinmalidi?
Cavab: Salam. Diqqətinizə görə biz də sizə təşəkkür edirik.



Ayətullah Xamneinin fətvasına əsasən: Üzə istənilən sayda su vurmaq olar. Məsələn 5 dəfə üzə su vurun və bu haram deyil. Amma üzə su vurandan sonra bir dəfə əllərinizlə üzü yusanız və sonra yenidən üzə su vurub ikinci dəfə yusanız sonra üçüncü dəfə üzə su vurub üzü yumaq olmaz və bu haramdır. Yəni üçüncü dəfə haramlıq məsələsi üzə su vurmaqda deyil, üzü üçüncu dəfə əllərlə kamil yumaqdadır.

Əgər namazın qəzaya getmək ehtimalı varsa-qanın dayanmasını gözləməyin. Yəni qanı bir yolla müvəqqəti saxlayıb namazı qılın.

Siz həmişəsəfər hökmündəsiniz və namazınızı kamil qılın!



Namaz qılınan otağın rəngarəng olması haram deyil, amma bəyənilməyən işdir.
Sual: Sualı ünvanladı Əli: Salam aleykum əti halal olan heyvan və ya quş haram qida ilə qidalanarsa bir və bir neçə dəfə. onun əti ilə qidalanmaq olarmi. Əvəlcədən təşəkkür
Cavab: Salam. Ayətullah Xameneinin fətvasına əsasən: İnsan nəcisindən başqa hər bir haramla qidalansa əti pakdır. Amma insan nəcisi ilə qidalansa və əgər çox qidalanarsa həmin quşun ətin bir müddət yemək olmaz ki, saf və pak qidalarla qidalansın və təmizlənsin.
Sual: Essalamun aleykum.Bilmek isterdim ki tovbeni pozan shexs ne etmelidi.
Cavab: Tövbəni pozan şəxs Allahdan bağışlanma diləməlidir!
Sual: Sualı ünvanladı Fatimə: Salam, Mehdī (e) qilincla döyushecek yoxsa silahla?
Cavab: Salam. Bu barədə dəqiq məlumatımız yoxdur!
Sual: Sualı ünvanladı ... :Salam aleykum əyər bədənin hər hansı bir yerinə spirt deyərsə həmin bədənə qüsul vacib olurmu və yaxud hökmü nədir.?
Cavab: Salam. Ayətullah Sistaninin fətvasına əsasən spirt pakdır. (Yəni nəinki qüslə, heç adi suya çəkməyə belə ehtiyac yoxdur.)
Sual: Salam,Mehdi(e)at ve qilincla qiyam edecek yoxsa muasir silahlarla?deccalla qilīncla döyusecek yoxsa silahla?
Cavab: Salam. Bu barədə dəqiq məlumat yoxumuzdur!
Sual: salam evvelceden size tesekkurumu bildirirem .sual1.namaz qilan qadin yoldasinin ona halalliqla verdiyi puldan ona demeden yigib dargunde oz evine ovladlarina ozune xerclemek haramdirmi?. 9 yasindan qilinmayan namazlarin qezalarini orucluq ayinin qudret gecesinde cubh namazinin vaxtindan dayanmadan zohr namazinin vaxtina qeder 50 ruket namaz qilan sexsin butun qeza namazlarinin qezalari odenmis olurmu xaias edirem tez cavablandirin cox sag olun.
Cavab: Sualı ünvanladı Fatima: Bu iş haram deyil. Amma əxlaqi baxımdan xoşagəlməyəndir. Çünki ərdən gizlin iş bəyənilmir.



Qəza namazlarına gəldikdə isə siz qəza namazlarınızı hesablayıb dəftərdə qeydiyyat aparmaqla qılın. Belə təqribi düz deyil.
Sual: SALAM VAHABILERI OLDURMEK OLAR?
Cavab: Salam. Ayətullah Xameneinin fətvasına əsasən: Xeyir-olmaz!
Sual: Sualı ünvanladı Cavid: Allahın salamı olsun üzərinizə.Milli rəqslər mənim tanışımın peşəsidi..Məsələn,Toylarda aş gətirmə mərasimində iştirak edirlər.Amma eyni zamanda namaz qılan birisidi.Bunun hökmü nədir??Allah razı olsun...
Cavab: Salam. Əgər məclis haram məclis olmazsa və fəsad məclisi olmazsa eybi yoxdur!
Sual: Vacib qeza orucu olan şexs müsteheb oruc tuta bilermi?
Cavab: Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən vacib qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz.
Sual: Salam aleykum sizdə bilirsizki dünyanın elə yeri varki orda 6ay gecə 6ay gündüz olur orda sübh və şam azanin vaxtını necə bilmək olar.
Cavab: Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən bu məsələ digər şəhərlərin vaxtı ilə təyin olunsun.
Sual: Salamaleykum,dogurdandami siqaret cekmek haramdir ve diger haramlarla eyni hokumdedir? Evvelceden minnetdaram
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən siqaret çəkmək haram deyil.
Sual: Əssalamu əleykum. Mən sağlığında ağa Lənkəraniyə (r) təqlid edirdim.Vəfatından bir müddət sonra təqlidimi ağa Sistaniyə dəyişdim. Lakin indi nəzərimcə ağa Lənkərani daha ələmdir. Fərz olunan halda mərhum ağanın təqlidinə qayıtmağım caizdirmi? Çox xahiş edirəm tez cavab verəsiniz, təcilidir. Allah razı olsun.
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani həzrətlərinin dəftərxanasından sizin hal-hazırda hansısa diri bir mərceyə təqlid etmənizi daha məqsədə uyğun hesab edirlər.
Sual: Kreditle ev goturmek haramdimi?
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən kreditlə ev götürmək haram deyil.
Sual:
Cavab: Saytımızdan istifadə edənlərə öz dərin minnətdarlığımızı bildirir və diqqətinizə çatdırırıq ki,www.cavab-al.com saytı yalnız şəri suallara cavab verir.Xahiş edirik saytımız vasitəsilə yalnız şəri suallarınızı soruşasınız.Əks təqdirdə göndərilən qeyri-şəri suallara cavab verilməyəcək. Hörmətlə www.cavab-al.com saytının idarə heyəti
Sual: salamun eleykum meyitde tikis olsa ona temum etmek yaddan cixsa ve basdirildiqdan sonra bu ortaya cixsa ne etmeliyik meyitide cixarmaq mumkun deyil
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən meyyitdə tikişin olması ona qüsl verilməsinə maneə yaratmır.
Sual: Pulsuz baliqlarin yeyilmesi olar? olmaz?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei və həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən pulsuz balıq yemək haramdır.
Sual: salam aleykum bir nefer var polis iscisidir 4 gun posta gedir yeni serii heddi terexxusu kecib is yerine gedir ve 4 gun oz veteninde istirahet edir. Onun isi beledi baqislayin deyin gorek bu sexs islediyi yerde orucu tutmalidir yoxsa sefer sayilir tesekkur edirem
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən əgər iş üçün bu cür səfərləri iki ayi keçərsə onda orucu tutmalı və namazını tam qılmalıdır.
Sual: Salam aleykum.Bir Momine Xanim Oruclu halda basi herlenib,ozunu cox pis hiss edib,ayaqlari esib,halsiz olub ve doze bilmeyib mecbur olub orucunu acib,yemek yeyib.Indi bunun hokmu nedir ? Hemin xanimcun bu uzrlu sayilirmi,cunki mecbur olub acib yoxsa nese basqa bir hokmu varmi ?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən oruc tutan şəxs zəifliyi dəlil gətirərək orucunu aça bilməz.Amma əgər hər hansı bir şəxsin zəifliyi dözülməz dərəcədə şiddətli olarsa, bu zaman orucu açmağın eybi yoxdur.
Sual: salam. Sistani aqanin nezerinde qadinin.nehy ez munker etmeyi hansi hokmdedir
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Sistani cənablarının fətvasına əsasən şərait tələb etdiyi halda, təsir qoyma ehtimalı şərtilə qadın da nəhy əz munkər etməlidir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı