www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.namazda.sözlerde.düz.deye.bilmesem.hemin. cümleni.tekirar.deye.bilerem.meselen.tesbiati.erbede.sehv.olsa.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, deyə bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.hansisa.murdar.yere.tüpürmek.olar.yoxsa.yox
Cavab: Salam. Sualınız tam aydın deyil. Lütf edin aydın yazın.
Sual: Sualı ünvanladı Balabəy: men is yerinde ecahan olduqda darixanda demino oynayiram is yoldaslarimla yeni hele bele qumar kimi deyil haram deyil ki etrafli deyer diniz saq olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər cəmiyyətinizdə damino qumar aləti sayılmırsa onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Balabəy: Salam isleyen zaman isde siniq salxaqliq olur menim de elim batir mazuta yaga gelirem evde ne qeder yuyuram sabinla parasoklayene elimde qara mazut qalir desdamaza xelel getimez ki desdemazim duzgun olar yoxsa batil saq ol
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmaz üzvləri islanmalıdır. Əgər dəriniz tam islanırsa onda xələl gətirməz. Yox dəri islanmırsa, həmin mazut maneə olursa, onda siz onu təmizləməlisiz.
Sual: Saulı Ünvanladı Balabəy: salam men deyiremki isleyen zaman isde namaz vaxdi catir ama atam imkan vermirki gedim namazimi qilam is yerindede imkan yen iyer yoxdurki is yerinde qilam ne etmey duzgun olar?
Cavab: Salam. İmkan yoxdu, yəni, nə yoxdur? Onu bizə yazın.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.men bir mescidde seccadeli xalcaya uygun olaraq qibleni tutub 2 aya yaxin namaz qilmisam sonradan bilmisemki qible sehvdi hardasa 30 derece sehvdi indi men qildigim namazlar duzdur ya qeza etmeliyem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazlarınız səhihdir. Qəza etmək lazım deyil.
Sual: Sualı ünvanladı Mehriban: salam,suallar: 1.muselmana qelyan cekmek haramdirmi? .................................
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, haramdır.

Üzrlü sayn-hər sualın daxilində yalnız bir suala cavab verilir. Bu qatışıqlığın qarşısını almaq üçündür.
Sual: Sualı ünvanladı Tural: Salam Aleykum. 1.mən əvvəllər sunni namazı qılırdım, mənə həmin namazların qəzası vacıbdirmi? 2. Əgər vacib olduğunu nəzərə alsaq, bir sualda verim: sunni namazı qıldığım müddətin 2ilini müsafir olmuşam(tələbə olduğumçün). Bu müsafirlik dövrünün namazını tam qılmalıyam ya yox? əvvəlcədən minnətdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əvvəlki məzhəbdə qıldığınız namazları qəza etmək lazım deyil.

İkinci sualınızın cavabına da ehtiyac qalmır.
Sual: Sualı ünvanladı Gülnar: salam sizin oxucularinizdan Azer sual vermisdiki xristiana qiz vermek . almaq olarmi? Ayetullah Mekarim defterxanasindan cavab yazdizi ki hec biri olmaz.amma men buna oxsar sual verdim ki anasi rus. atasi muselman olan oglanla, muselman qiz aile qura bilermi?cavab yazdiz ki aile qura biler,bunlarin usaqlari muselman sayilacaq...............etrafli cavab yazin
Cavab: Salam. Bir adamın atası müsəlman olsa, onun övladı müsəlman olur. İradınız nədir? Bir adam (müsəlman) ki, artıq xiristianla (qadınla) evlenib, onun övladı müsəlman sayıldığı üçün ona qız vermək olar. İradınız düzgün deyil.

Sizin "buna oxşar" sualınız həqiqətdə bundan çox fərqlidir. Diqqətli olun. Birinin atası müsəlman, o birinin atası xristiandır. Bu boyda fərqlə siz bu sualları necə bir-birinə oxşadırsınız?!
Sual: Sualı ünvanladı Möminə: salam size sual yazmisdim cox sagolun cvblandirdiginiz ucun bir sualimda var xais edirem cvblandirardiz . Internetde eks cinsle danismisamsa tovbe etmeliyem yoxsa sadece uzaqlasmaq kifayet eder ?
Cavab: Salam. Bu günaha görə istiğfar edib bağışlanma diləyin və bu işdən uzaqlaşın. Bəs edər.
Sual: Sualı ünvanladı Aybəniz: salam biz evde olmayan da poct qutusuna xristiani teblig eden kitablar, qoyurlar mueyyen sektalar var ki bu isle mesguldur.bu kitablari neyneyek?tullamaq olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İçində Allahın adı ola bilər deyə-onları tullamayan. Ya torpaqda dəfn edin, yada suya atın. (Çaya, dənizə, axar suya..)
Sual: Sualə ünvanladı Aybəniz: salam evde olan foto sekilleri tullamaq olarmi?rehmete gedenlerin ,tanimadigimiz adamlarin seklini nezerde tuturam.gunah olmaz mene
Cavab: Salam. O şəkilləri tullmazdan öncə onları tikələyin ki, həmin insanların kimliyi məlum olmasın. Çünki kimlikləri məlum olduqda onların şəkilin tullamaq onlara ehtiramsızlıq olar. Əgər şəkili kimsə tullanmış yerdə tapsa.
Sual: Sual ünvanladı Mahmud: ....................................... Üçüncü sual Məsum İmamlar (ə) (İmam Hüseyn və ondan sonrakı Məsumlar)......................
Cavab: Salam. Əziz qardaş, sizin duyqularınız qarşısında xəcalətliyik ki, sizin suallara cavab vermək imkanımız yoxdur.

Siz müəyyən müddətdən sonra bu sualları yenidən ünvanlayarsız. Saytda dəyişiklik olacaq-inşallah. Uyğun dəyişiklikdən sonra belə suallar da cavablandırılacaq.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Destamaz aldiqda havanin istiliyi sebebinden Sistani aganin hokmune gore mest ucun elde nemlik azaldiqda yol verilirki bawa ve.sair uzvlere mest cekilmesi ucun rutubetin yalniz saqqalin uzerinden goturulmesi yol verilir. Bawqa ezalardan goturmek olmaz . Bele olan halda bes yeni yetme oqlan uwaqi , qadinlar bu halda ne etmelidirler ?
Cavab: Salam. Həmin hökmün risalədə neçənci hökm olduğunu bu sual ilə birlikdə yenidən ünvanlayın.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Milcek ve s. heweratlari oldurmeyin hokmleri nedir ?
Cavab: Salam. Qarışqanı öldürmək məkruhdur. Bu barədə rəvayət var. Digərlərini öldürməyin eybi yoxdur.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Tilavetin ve tapwirma dualarin ......................................
Cavab: Salam. Sual mövzuya aid deyil. Hələki belə suallara cavab verməyə imkan yoxdur. İnşallah yaxın vaxtlarda belə imkan olacaq. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Zeyneb: salam. Sistani agaya teqlid edirem. Men ali tehsil aliram. Atam deyir namazini qil, orucunu tut amma derine getme, ancaq instut derslerini oxu. Men gunahlardan qorunmaq ve mezhebi mi, dinimi mudafie etmek meqsedile dini kitablarda oxuyuram. Atam bir nece defe kitab oxumagima yungul wekilde etirazini bildirib. Bu veziyetde neynemeliyem?
Cavab: Salam. Oxumanızın eybi yoxdur. Atanızı narahat etməmək üçün imkan həddində bu işi onun gözü qarşısında etməsəniz yaxşıdır.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Isti qum....... teyemmum etmek sehihdirmi ? Bu halda ki, adi derecede olan qum varsa onlarin hukmu nedir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təyəmüm etmək caiz olan şeylərin isti olmasının eybi yoxdur.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Peygember ( s ) ve Ehlibeytine ( Ə ) salavat gonderdikde elin ......................
Cavab: Salam. Sual mövzuya aid deyil. Hələki belə suallara cavab verməyə imkan yoxdur. İnşallah yaxın vaxtlarda belə imkan olacaq. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir - Rəhmanir - Rəhim. ƏsSəlamu Ələykum. Destamaz vaxti musteheb bilinen dualari adi vaxti hacetlerde etmek olarmi ? Xahiş edirəm cavabı E-mailə göndərəsiniz. Əllah Sizlərdən razı olsun. İnşaƏllah
Cavab: Salam. Hansı duanı? Onu bizə yazın. Cavab alaq.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı