www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zeyneb: salam. 1. Eger men saleh iwlerle mewgul olsam atam ve anam mueyyen derecede gunahlardan azad ola bilermi? Qeyd edimki, atam herdenbir icki icir.2. Namazdan qafil olmaq umumilikde ne demekdi? Namazda axiret,cennet,cehennem haqda duwunmek namazdan qafil olmaq demekdi? 3.eger qohum fitne fesadla mewguldursa, her defe soz gezdirmekle aileme dehwetli menfi tesiri varsa,yenede sileyi rehm etmek vacibdi? O qohumla elaqeleri kesmek olar?.....ALLAH RAZI OLSUN
Cavab: Salam.

1-Saleh övladın ata anaya faydası var.

2-Namazdan qafil olmaq, namazın barəsində məlumatsızlıq və namazı dərk etməməkdir. Namazda qeyd etdiyiniz şeylər barəsində düşünmək namazda qəflət deyil. Bunun əksidir.

Ayətullah Fazil-dəftərxana: 3-Əgər qohumla oturub durmaq sizi pisliyə çəkirsə onda həmin insandan uzaqlaşa bilərsiniz.

Sual: Sualı ünvanladı Hech: Salam Eleykum,gelin kochurende oxunan vaģzali haram musiqi sayilir?
Cavab: Salam. Haram musiqinin xasiyyətləri onda varsa haramdır. Siz özünüz təyin edin.
Sual: Sualı ünvanladı Zahir: xums gunu xumsu hesabliyib ayirsam bir ne ce gun sora numayendeye versem olar
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu işi görməməniz məsləhətdir.
Sual: Sualı ünvanladı Muslim: Salam aleykum qardaş. Çox sağ olun, Ağa Vəhidin dəftərindən öyrəndiniz. Həmin o fərz olunan halda ikinci kəbin kəsdirdiyi kişi ona əbədi haram olurmu? Həmin kəbin məhrəm olmaq üçün kəsdirib və rabitə olmayıb.
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Əgər onlar kəbin oxutduranda bilmirdilərsə ki, bu iş olmaz və əgər aralarında cinsi rabitə olmayıbsa, onda bu kişiyə həmin qadın əbədi haram olmur. Yəni əvvəlki ərindən təlaq aldıqdan sonra bu kişi ilə ailə qura bilər. Yox əgər bilirdilərsə və bilə-bilə kəbini oxutdurublarsa, aralarında cinsi rabitənin olub-olmamasından asılı olmayaraq bu qadın həmin kişiyə əbədi haramdır.
Sual: Sualı ünvanladı Həsən: Salam aleykum.Mən universitetdən aylıq təqaüd alıram (dünyəvi universitet ADİU-dan) Bir il ərzində mənim ehtiyaclarımdan artıq məbləğ ixtiyarımda qalarsa onun xümsünü verməliyəm?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam olsun İmam Zaman aşialerine.muzaf suyun ferqi nedir?
Cavab: Salam. Muzaf suyun nə ilə fərqi nədir? Lütfən sualı tam yazın. Təşəkkür!
Sual: Sualı ünvanladı Tehmasib: Hacet ne demekdir?
Cavab: Salam. Hacət istək deməkdir. Hacət namazı istək namazı deməkdir. Yəni namaz qılınır və namazdan sonra insan Allahdan öz hacətini (istəyini) diləyir.
Sual: Suaı ünvanladı Fərəc: Mohurun ustun surtub temizlemek vacibdir ? men gormuwem bezileri ele eliyir, deyir gerek temiz olsun ustu, bu barede rehberin fikrin bilmek isterdim
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Möhürlə alının arasında maneə olmamalıdır. Əgər möhürə çox səcdə edilərsə və nəticədə möhürü çirk basarsa və həmin çirk alınla möhür arasında maneə yaradarsa onda həmin çirk qaşınmalıdır.
Sual: Sualı ünvanladı Vasif: salamun eleykum men size vereceyim sualim qadin toyuna getmek haqindadir.bir qadin nemehrem icki olmayan ancaq qadinlarin oldugu toya gede bilermi?beleki bu insan toya yalniz qohum aqrabadan ayib olmasin deye gedir bu toylarda musiqi var ama bu xanim musiqiye qulaq asmasa zikirle mesqul olsa bu meclise gede biler ya yox?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Ora getməniz olmaz. Çünki belə məclislərdə haram musiqilər olur və məclis fəsad məclisinə çevrilir.
Sual: Sualı ünvanladı Vasif: salam sualima cavab verdiyiniz ucun minetdaram yazmisinizki hesed emelde ozun gosterse gunah edirsiz mende bezen bele bir sey bas verirki artiq doze bilmeyib istediyim insana onu qisqndigimi yeni o biri sexse hesed apardigimi deyirem bunu demekle gunahami dusurem?demesem icimde saxlasam gunah olmayacaq? cunki ne qeder etsemde bunun qarsisini ala bilmirem onu cox sevirem ve dolayisiylada onu qisqanmamaq elde deyil erger bu fikirlerim duz deyilse xayis edirem hesedin emelde gosterilmesi ne demekdi onu basa salin vaxtinizi aldigim ucun uzurlu sayin
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Həsədi içinizdə boğun və bu mövzuda ağzınıza kəlmə belə almayın.
Sual: Sualı ünvanladı Bende: salam.allah sizi bizlerden ayirmasin.ele suallar varki cox geniwdi ve heccur buirda sualin qoyuluw terzi yaza bilmirem.yeni cox cetin oldugunda ehtiac duyulur wexsen uzbe uz verile sual.bele hallarda neyneyek
Cavab: Salam. Təşəkkürlər. İnşallah yaxın vaxtlarda sayt genişlənməlidir. Bu iş Allahın izni ilə baş tutarsa, istənilən suala cavab vermək imkanımız olacaq. Hələlik biraz səbr edin.
Sual: Sualı ünvanladı Bende: salam.kitablarda oxumuwuqki hezret qasimim kerbelada toyu olmayibeyer kimse bele bir roza oxusa ve bi zde deseyki bele bir tarix yoxdu o rozaxsan bele rozalari imamin huseyn dilinden oxusa gunahkardirmi ve ramazan ayinda oruca xelel getirirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İmamın dilindən yalan deyilsə, onda həmin şəxsin orucu batil olur.
Sual: Sualı ünvanladı Bende: salam.birkes heqiqetende qelben imanli ve az cox tebligle mewguldu.bezen mescidde namazqilanlarin tekidile imam camaat qalir.eyer hemen wexs xelvetde haramla mewgul olub ve tovbe etse imam camaat qala bilermi
Cavab: Salam. Həmin şəxs haramla əvvəllər məşğul olub tövbə edib, yoxsa hal-hazırda da məşğul olub tövbə edir? Və yenidən təkrarən məşğul olub, yenə tövbə edir? Bu suallarımıza cavab verəndən sonra biz sizin suala cavab verə bilərik.
Sual: Sualı ünvanladı bende: salam...............................
Cavab: Salam. E-mail adresiniz düzgün deyil. Sizin cavab e-maila göndəriləsi cavabdır. E-mail adresinizi düzgün yazın.
Sual: Sualı ünvanladı Hasan: Salamun Aleykum men qonaq gediram na mehrem qadin mene el uzadir salam tutmaga men onunla salam tutmaliyam yoxsa olmaz? qadin hicab baglamir eri vacibdir mi arvadi mecbur etsin hicab baglamaga ? mecbur etsada yenada baglamasa onda erinin borcuna dusen vezife nedir? Allah Sizden Razi Olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, naməhrəmlə əl görüşmək olmaz. Ərə vacibdir ki, xanımına hicab bağlatdırsın. Məcbur olsa belə.

Amma namaz məcbur deyil. İstəsə qılar, istəməsə qılmaz.

Əgər ər məcbur etsə və qadın ona qulaq asmasa-Sualınızın bu hissəsini sabah (12 fevral)cavablandıracağıq.
Sual: Sualı ünvanladı Seyid Aslanov: Bir sualimda beledirki Qusul nece alillar ve Niyyet ne tutmaliyam?
Cavab: Salam. Niyyət edirsiz ki, cənabət qüslü alıram qürbətən ilaallah. İlkin baş və boyun yuyulur. Sonra sağ tərəf kamil surətdə. Sonra isə sol tərəf kamil surətdə. Tamam.
Sual: Sualı ünvanladı Seyid Aslanov: Salamun Aleykum.. Bes eger Baba rehmete gedibse,ve ataynan hech bir elaqeleri yoxdursa onda ne etmek lazimdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onda kimdənsə icazə lazım deyil. Ata və babası olmayan qız istədiyi kəslə ailə qura bilər.
Sual: Sualı ünvanladı Bende: salam.kiwi qadinin hicab ve namaza mecbur ede bilermi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hicaba məcbur etməlidir amma namaza yox.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): isti ve iliq su ile destemaz almaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Zeynəb: Salamun eleykum. Menim suallarim var. Sistani agaya muraciet edin zehmet olmasa.1.Ayetel Kursi Beqere suresinin deqiq hansi ayesidi? 2. Hicaba kecdiyime gore atam menden inciyib. Bu halda gunah qazanirammi? 3. Menim ibadetimin atamin gunahlarina tesiri varmi? 4. Hicab geyimlerimi atamin puluyla aliram. Atam teessuf haram yolla da pul qazanir. Bu halda menim ortunmekle etdiyim ibadet Allah qatinda ne derecede qebuldu?....ALLAH sizden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəqərə surəsi 255-256-257 yəni "fi ha xalidun" kəlməsinə qədər. Xeyir atanızın inciməyi haqlı yerə deyil. Buna görə sizə günah yoxdur. Atanızın pulu ilə alınan hicab haramdan olarsa və siz məcburiyyətdəsinizsə haramdan alınan hicab taxmanızın eybi yoxdur. İbadətiniz qəbuldur.

Sayt tərəfindən: Sizin ibadətin atanızın günahına təsiri olması-bizə ayudın olmadı. Sualın bu hissəsini təkrar ünvanlayın.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı