www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Fatimə: Salam, Mehdī (e) qilincla döyushecek yoxsa silahla?
Cavab: Salam. Bu barədə dəqiq məlumatımız yoxdur!
Sual: Sualı ünvanladı ... :Salam aleykum əyər bədənin hər hansı bir yerinə spirt deyərsə həmin bədənə qüsul vacib olurmu və yaxud hökmü nədir.?
Cavab: Salam. Ayətullah Sistaninin fətvasına əsasən spirt pakdır. (Yəni nəinki qüslə, heç adi suya çəkməyə belə ehtiyac yoxdur.)
Sual: Salam,Mehdi(e)at ve qilincla qiyam edecek yoxsa muasir silahlarla?deccalla qilīncla döyusecek yoxsa silahla?
Cavab: Salam. Bu barədə dəqiq məlumat yoxumuzdur!
Sual: salam evvelceden size tesekkurumu bildirirem .sual1.namaz qilan qadin yoldasinin ona halalliqla verdiyi puldan ona demeden yigib dargunde oz evine ovladlarina ozune xerclemek haramdirmi?. 9 yasindan qilinmayan namazlarin qezalarini orucluq ayinin qudret gecesinde cubh namazinin vaxtindan dayanmadan zohr namazinin vaxtina qeder 50 ruket namaz qilan sexsin butun qeza namazlarinin qezalari odenmis olurmu xaias edirem tez cavablandirin cox sag olun.
Cavab: Sualı ünvanladı Fatima: Bu iş haram deyil. Amma əxlaqi baxımdan xoşagəlməyəndir. Çünki ərdən gizlin iş bəyənilmir.



Qəza namazlarına gəldikdə isə siz qəza namazlarınızı hesablayıb dəftərdə qeydiyyat aparmaqla qılın. Belə təqribi düz deyil.
Sual: SALAM VAHABILERI OLDURMEK OLAR?
Cavab: Salam. Ayətullah Xameneinin fətvasına əsasən: Xeyir-olmaz!
Sual: Sualı ünvanladı Cavid: Allahın salamı olsun üzərinizə.Milli rəqslər mənim tanışımın peşəsidi..Məsələn,Toylarda aş gətirmə mərasimində iştirak edirlər.Amma eyni zamanda namaz qılan birisidi.Bunun hökmü nədir??Allah razı olsun...
Cavab: Salam. Əgər məclis haram məclis olmazsa və fəsad məclisi olmazsa eybi yoxdur!
Sual: Vacib qeza orucu olan şexs müsteheb oruc tuta bilermi?
Cavab: Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən vacib qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz.
Sual: Salam aleykum sizdə bilirsizki dünyanın elə yeri varki orda 6ay gecə 6ay gündüz olur orda sübh və şam azanin vaxtını necə bilmək olar.
Cavab: Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən bu məsələ digər şəhərlərin vaxtı ilə təyin olunsun.
Sual: Salamaleykum,dogurdandami siqaret cekmek haramdir ve diger haramlarla eyni hokumdedir? Evvelceden minnetdaram
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən siqaret çəkmək haram deyil.
Sual: Əssalamu əleykum. Mən sağlığında ağa Lənkəraniyə (r) təqlid edirdim.Vəfatından bir müddət sonra təqlidimi ağa Sistaniyə dəyişdim. Lakin indi nəzərimcə ağa Lənkərani daha ələmdir. Fərz olunan halda mərhum ağanın təqlidinə qayıtmağım caizdirmi? Çox xahiş edirəm tez cavab verəsiniz, təcilidir. Allah razı olsun.
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani həzrətlərinin dəftərxanasından sizin hal-hazırda hansısa diri bir mərceyə təqlid etmənizi daha məqsədə uyğun hesab edirlər.
Sual: Kreditle ev goturmek haramdimi?
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən kreditlə ev götürmək haram deyil.
Sual:
Cavab: Saytımızdan istifadə edənlərə öz dərin minnətdarlığımızı bildirir və diqqətinizə çatdırırıq ki,www.cavab-al.com saytı yalnız şəri suallara cavab verir.Xahiş edirik saytımız vasitəsilə yalnız şəri suallarınızı soruşasınız.Əks təqdirdə göndərilən qeyri-şəri suallara cavab verilməyəcək. Hörmətlə www.cavab-al.com saytının idarə heyəti
Sual: salamun eleykum meyitde tikis olsa ona temum etmek yaddan cixsa ve basdirildiqdan sonra bu ortaya cixsa ne etmeliyik meyitide cixarmaq mumkun deyil
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən meyyitdə tikişin olması ona qüsl verilməsinə maneə yaratmır.
Sual: Pulsuz baliqlarin yeyilmesi olar? olmaz?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei və həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən pulsuz balıq yemək haramdır.
Sual: salam aleykum bir nefer var polis iscisidir 4 gun posta gedir yeni serii heddi terexxusu kecib is yerine gedir ve 4 gun oz veteninde istirahet edir. Onun isi beledi baqislayin deyin gorek bu sexs islediyi yerde orucu tutmalidir yoxsa sefer sayilir tesekkur edirem
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən əgər iş üçün bu cür səfərləri iki ayi keçərsə onda orucu tutmalı və namazını tam qılmalıdır.
Sual: Salam aleykum.Bir Momine Xanim Oruclu halda basi herlenib,ozunu cox pis hiss edib,ayaqlari esib,halsiz olub ve doze bilmeyib mecbur olub orucunu acib,yemek yeyib.Indi bunun hokmu nedir ? Hemin xanimcun bu uzrlu sayilirmi,cunki mecbur olub acib yoxsa nese basqa bir hokmu varmi ?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən oruc tutan şəxs zəifliyi dəlil gətirərək orucunu aça bilməz.Amma əgər hər hansı bir şəxsin zəifliyi dözülməz dərəcədə şiddətli olarsa, bu zaman orucu açmağın eybi yoxdur.
Sual: salam. Sistani aqanin nezerinde qadinin.nehy ez munker etmeyi hansi hokmdedir
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Sistani cənablarının fətvasına əsasən şərait tələb etdiyi halda, təsir qoyma ehtimalı şərtilə qadın da nəhy əz munkər etməlidir.
Sual: Salam. Bir xanim oruc tutur. Onun qizdirmasi da var. Qizdirmali adam da deyirler tez-tez su icsin. Bu indi bir miqdar su ice bilermi?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən oruc tutan şəxs zəifliyi dəlil gətirərək orucunu aça bilməz.Amma əgər hər hansı bir şəxsin zəifliyi dözülməz dərəcədə şiddətli olarsa, bu zaman orucu açmağın eybi yoxdur.
Sual: evvela salam aleykum menim bir sualim var meni 6 ay qeza orucum var men seban ayinda musteheb oruc tuta bilerem eget tuta bileremse niyeti nece demeliyem?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən vacib qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz.
Sual: bir qadinla müvəqqəti əqd oxumaq lazım olsa öz halal heyat yoldawindan halalliq almaq lazimdir ya yox,tewekkür
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən əgər daimi əqd oxunan zaman qadın şərt etsə ki, kişi müvəqqəti əqd oxumaq istəsə gərək ondan halallıq alsın, bu halda kişi öz həyat yoldaşından halallıq almalıdır.Və həmçinin əgər müvəqqəti əqd oxunan qadın kişinin həyat yoldaşının bacısı qızı və ya qardaşı qızı olarsa.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı