www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Gülbes: Salam Bir qiz ere getmeye hazirlasir hami razidi Qiz terefide oglan terefide (qizda oglanda razidi) Ama Quran a$diriblar (yeni ona istigfare deyiller ona) Dediler Yaxsi gelmir bu duzgundur? Yeni qiz hemin oglana getmemelidir?
Cavab: Salam. Sualınız mövzumuzdan kənar və həssas sualdı. Cavab verə bilmirik. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bildiyime görə şam və xiftən namazları bütünlükdə səslə qılınır.1)Eşitmişəm ki həmçinin sübh namazının da Fatihə surəsi də səslə deyilməlidi bu caizdir?2)Cümə günü camaat namazında zöhr namazı səslə qılınmalıdı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şam və xüftənin həmd və surəsi səslə olmalıdır. Qalan yerlərdə siz özünüz ixtiyar sahibisiz. Sübh namazıda şamla xüftən kimidir. Cümə namazı səslə qılınır. Cümə günü qılınan əsr namazı isə səssiz.
Sual: Sualı ünvanladı Elmar: Salam.Cenabet qusulu cinsi rabiteden sonra alinan qusuldu?
Cavab: Salam. Bəli!
Sual: Sualı ünvanladı Aydın: Salam gunorta namazinin asta qilinmasini bilirik. sesin hansi tonda cixmasi wertdi etrafdakilar sesimi ewitmemelidi? ozumun ewitmesi wertdi etraf ses-kuy olsa bele. Tewekkur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Danışığın cövhəri məlum olsa ona səs, danışığın cövhəri məlum olmasa buna pıçıltı deyilir. Sübh və şam ilə xüftən namazlarında olan həmdlə surə gərək səslə oxunsun. Zöhr və əsr namazlarında olan həmd və surə isə pıçıltı kimi oxunmalıdır. Yəni uca səsin əksinə. Namazların həmd və surədən başqa sözləri ustəki qaydalara şamil deyil. Yəni ixtiyar öz əlinizdədir. İstəsəz uca səslə, istəsəz bunun əksinə deyin.
Sual: Sualı ünvanladı Aydın: Salam Namazi ayna qarwisinda qilmaq haramdi? aynada ozunu gorsen nece gormesen nece? yan terefde olsa nece? namazda insan oz kolgesini gormeyin hokmu nedi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ayna qarşısında namaz məkruhdur. Amma siz aynanın üzərini elə bir şeylə örtsəz ki, ayna görünməsin, bu halda eybi yoxdur.
Sual: Sualı ünvanladı Munire: Qadin ev iwi gormese,uwaqa baxmasa,heyat yoldawi ondan bunu teleb etsede etmese bu qadina gunah olarmi?Mes:yemek hazirlamasa,paltar yumasa ve s.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ev işləri görmək qadının vəzifəsi deyil. Və ev işlərin görməyən qadına günah yazılmır.
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,beli kiwinin.Yeni ki,kiwi ciddi hech bir sebeb olmadan bowana biler yoxsa gunah sayilar. Qadinin atasi olmasa,ana ve qardawin himayesinde yawasa,amma evlenende onlarin etirazine ehemiyyet vermese ve yaxud onlardan xebersiz kebin kesdirse bu duzgundur? ALLAH razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişi istədiyi vaxt təlaq verə bilər. Atası olmayan qadının əgər babası da yoxdursa ixtiyarı öz əlindədir. Amma qardaşından icazə alması müstəhəb olan ehtiyatdır.
Sual: Sualı ünvanladı Momine: salam.nafile namazlarda sureden sonra ayetul kursunu demek olar?
Cavab: Salam. Biz neçə gündür ki, sizin sualınıza Ayətullah Behcətin dəftərxanasından cavab almaq üçün çalışsaq da buna müvəffəq olmadıq. Ayətullah Fazil-dəftərxa: Bəli, demək olar!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,kiwinin hech bir sebeb olmadan bowanma haqqi varmi?qadin ana ve qardawinin himayesinde yawasa amma aile quranda onlarin icazesin almasa gunah qazanir?
Cavab: Salam. Kişinin boşanma haqqı? Yəni ki, kişi qadını boşaya bilər? Sual qaranlıqdır. Lütfən aydınlaşdırıb təkrar olaraq ünvanlayın. Qadının atası yoxdur?
Sual: Sualı ünvanladı Mömine: salam.hacet namazi nece qilinir?
Cavab: Salam. İki rəkət olur sübh namazı kimi. Niyyət fərqlidir. Niyyətdə tutulur ki, hacət namazı qılıram.
Sual: Sualı ünvanladı Aynur: salam aleykum. Aga size bir sualim var mumkunse etrafli cavablandirasiniz. Imani artirmaqcun ne etmek lazimdi?
Cavab: Salam. İmanı artırmaq üçün namazı ilkin vaxtında qılmaq lazımdır. Bundan əlavə haramlardan çəkinilməlidir. Sual mövzumuza aid olmadığı üçün qısa cavab vermək məcburiyyətindəyik. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Ehtiram: salam aleykum.bir shiye selefi ailelerden qiz ala biler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əhli-sünnədən qız almaq olar!

(Sayt tərəfindən: Əgər sələfilər əhli sünnə kimi hesaba alınırlarsa onda qız almaq olar.)
Sual: Sualı ünvanladı Tövfiq: men namaz qilirdim. sonradan uzaqlawmaga bawladam .? indi hey caliwiram yeniden namaza qayidim hec cur alinmir. men nece edimki weytani qelbimden uzaqlawdirim ve gozel namazima qayidim???
Cavab: Salam. İlk öncə Allahdan kömək istəyin. Sonra iradə ilə özünüzə söz verib addım atın və namaza başlayın. Namaz insanı çirkinliklərdən paklayır.
Sual: Sualı ünvanladı Tövfiq: salam/ men bir xanimla kebn kesdirmiwdim. ele olduki o gozlenilmeden bawqasina ere getdi. ve biz kebini pozdura bilmedik. o menden xahiw etdiki kebini pozdurum. ama mene dedilerki qizin heyz olub olmadigini bilmek lazimdir. eger qiz xestedirse pozmaq mumkun deyil. mende o qizla elaqe saxlayib bunlari deye bilmirem. men ne ede bilerem??? bunun gunahini menmi dawiyiram???
Cavab: Salam. Siz o qadınla kəbinli olanda cinsi rabitədə də olmuşdunuz? Kəbin müvəqqəti idi ya daimi? Əgər kəbin müvəqqəti idisə o ərə gedəndən sonra yerdə qalan müddəti ona bağışladınız? Qadın bilirdi ki, kəbinlə ərə getmək olmaz? Bu suallara cavab verin və biz sizin məsləni araşdıraq.
Sual: Sualı ünvanladı Bənövşə: Salam. men emimin yaninda hicabsiz geze bileremmi,Emim oglunun ve dayim oglunun yaninda nece
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əminizin yanında hicbsız gəzə bilərsiz. Amma əmioğlu və dayıoğlu naməhrəmdir. Onlardan kamil pəhriz olunmalı və onların qarşısında hicab bağlamaq vacibdir.
Sual: Sualı ünvanladı Azar: Salam .Qadin oz heyat yoldasinin bacisi oglunun yanindada Hicabla gezmelidir ,hetta bacisi oglu yasdan boyuk olsa bele
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, hicabla gəzməlidir. Çünki o naməhrəm sayılır.
Sual: Sualı ünvanladı Adam: Salam Eleykum,yetkinlik yawa chatmayan qizla mesafe saxlanilmalidir,yeni namehrem qizla
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, ondan ehtiyat olunmalıdır.
Sual: Sualı ünvanladı Şahnaz: Salamu Aleykum men her defe namazın axirinda imam Zaman ağa ücün olan duani oxuya bilerem?Allah razi olsun
Cavab: Salam. Bəli, bu işin böyük savabı var.
Sual: Sualı ünvanladı Ect: Salamun alaykum:Ata haram pulla ev tikib,ovladi boyuyenden sonra imkani olsa ona vacibdirki evi sokub teze ev tiksin?Ata heyatdan kocub ovladin imkani yoxdusa ve bilir yashadiqi ev haram pulla tikilib,o evde qildiqi namaz qebuldu?bu veziyyetde ne etmelidi?evi halallashdirmaqin bir yolu varmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu evdə kiminsə haqqı varsa gedib həmin adamın özündən halallıq alın. Əgər özü həyatda deyilsə vərəsəsindən halallıq alın. Yox əgər siz haqqı yeyilmiş insanları tanımırsınızsa onda mərcei-təqlidinizə müraciət edin. Onlar sizə yol göstərəcəklər. Mərcei-təqlidə əliniz çatmırsa onda onun nümayəndəsinə bu məsləni danışın. Haramdan olan evdə namaz qılmaq olmaz. Əgər həyət halaldansa namazı həyətdə və ya məsciddə qılın. Həyət də haramdan olsa namazı həyətdə də qıla bilməzsiniz. O zamana kimi ki, bu məsələni həll edəsiniz.
Sual: Salamun alaykum:Haram yerde qilinan namaza qeza var?
Cavab: Salam. Sualınız qaranlıqdır. Nümunə kimi misal yazın.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı