www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum . Gece namazinin qunutunda en vacib edilen dua hansidi
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Gecə namazında qunut tutmaq müstəhəbdir (vacib deyil). Həmçinin qunutda edilən dualar da müstəhəbdir və vacib həddində deyil. Dua kitablarında zikr olunan tərtiblə möminlər üçün dua və istiğfar etmək və Allah Təaladan öz hacətlərini istəmək müstəhəbdir.

Təşəkkürlər.
Sual: Hacetimin qebul olunmasi ucun hansi mensume tevesul elmeliyem . Ve hansi yollarnan
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Əvvəlcədən üzr istəyirəm. 6 həftəlik hamilə qadın uşaqsalmadan sonrakı halı nifas sayılırmı? Və hökmləri hansılardır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Uşaqsalmadan sonra qan gələrsə nifas qanı sayılır. Əgər 10 gündən çox çəkməzsə hamısı nifasdan hesab olunur və nifasın hökmləri icra olunmalıdır. Yəni, namaz qıla və oruc tuta bilməz, həmçinin məscidə daxil ola bilməz və s. (Nifasın bütün hökmləri üçün risaləyə müraciət etməyiniz lazımdır)

Əgər 10 gündən çox olarsa və heyzdə müəyyən bir ədədi var idisə (məsələn, həmişə 7 gün heyz olurdusa) həmin miqdarı nifas, qalanı isə istihazə qanı sayılır. Amma heyzdə müəyyən bir ədədi yox idisə 10 günü nifas, qalanı isə istihazədən hesab olunur.

Təşəkkürlər.
Sual: Valideynler kufr edendir namaz qilan ogulun namazi esnasinda naraziliq bildirir her defe gorende eseblesir ve nifretle oz ovladina baxir xususen Ata icki icen ve söyüşcüldür..ve tez tez beddua edirler yüngül sebeblerden.ve ovlad cavab vermir..susur...eger ovlad aile daxilinde ozunu narahat ve şerietden uzaq hiss edir..ne qeder haqqi gozel sekilde catdirmaga çalişsada xeyri yoxdu valideynler edebsizlik edir bele olan halda ovlad evden ayri yaşasa ve valideyn de oz dogru olmayan sebeblerden dolayi evladdan narazi qalarsa maraglanmirsa...ovlad haqqi valideyn sayilirmi ? Ve yeri ebedi cehennemlikdirmi?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Övladın ata-anadan ayrı yaşaması onların çətinlik və məşəqqətə düşməsinə səbəb olmazsa ayrı yaşaması icazəlidir və valideynin narazılığı yalnız övladın dindar olmasına görədirsə övlad bu halda günahkar deyildir.

Təşəkkürlər.
Sual: Salam öyrənmək istərdim ki bir xanım aybaşı olub bitdikdən sonra aradan 7-8 gün keçdikdən sonra xanımda çirklə qarışıq azca qan gələrsə belə halda heyz sayılır yoxsa pak sayılır yəni xanım yenidən qüsl etməlidir namaz qılmaq üçün yoxsa ehtiyac yoxdur ?
Cavab: Aleykum salam.

Ayətullah Xameneyi-dəftərxana:

İki heyz (ay başı) arasında ən az 10 gün fasilə olmalıdır. Buna əsasən birinci heyz bitdikdən sonra 10 gün müddətində gələn qan istihazə qanı sayılır və istihazənin növlərindən (qəlilə, mütəvəssitə və kəsirə) asılı olaraq qadın öz vəzifəsinə əməl etməlidir.

Təşəkkürlər
Sual: Salam qadin salona gedib butun sirf eri ucun cinsiyyetini ve bedenini lazer eletdire biler gunah sayilir ya mekrurh?
Cavab: Aleykum salam.

Ayətullah Xameneyi-dəftərxana:

Ər-arvad istisna olmaqla insanın heç bir zərurət olmadan başqasının cinsiyyət üzvünə və ğaitin məxrəcinə baxması haramdır. Hətta hər ikisi kişi və ya hər ikisi qadın olsa belə. Cinsiyyət üzvünü lazer etdirmək haram baxışa səbəb olduğu üçün icazəli deyil. Lakin bədənin digər yerlərini lazer etdirməyin maneəsi yoxdur. (Əlbəttə həkim və lazer etdirən şəxs hər ikisi qadın olarsa.)

Təşəkkürlər.
Sual: salam. qadın kişi paltarı ilə namaz qıla bilərmi ? təşəkkürlər
Cavab: Aleykum salam.

Ayətullah Xameneyi-dəftərxana:

Əgər özünü kişilərə oxşatmasa maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam İkinci xanımını daimi kəbinlə, aylarnan haqqı ödənmir, bunun məsuliyyəti kişi üzərinnən götürülür?
Cavab: Aleykum salam.

Ayətullah Xameneyi-dəftərxana:

Kəbn olduğu və təlaq verilmədiyi müddətdə ər və arvadın bir-birinin üzərində olan hüquqları yerindədir və hər birinə vacibdir ki, digərinin haqqına riayət etsin. Bu məsələdə birinci xanımla ikinci xanımın arasında heç bir fərq yoxdur və xanımların hüquqları bərabər şəkildə ödənməlidir.

Təşəkkürlər.
Sual: Xal döydürməyin eybi yoxdur, dəstəmaz və qüsl üçün maneə yaratmır. Amma ürf içində zinət (bəzək) sayılırsa, qadın onu naməhrəm kişidən örtməlidir. Bu hökmdə xalda məqsəd nədir ?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Xaldan məqsəd döymədir (tatu, tatuaj)

Təşəkkürlər.
Sual: Salam Aleykum. Dəstəmaz aldıqdan sonra siqaret cekib elave diger namazları qılmaq ucun yeniden destemaz almaq gerekir yoxsa yox
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Risalədə göstərilən dəstəmazı batil edən işlərdən biri baş vermədiyi təqdirdə yenidən dəstəmaz almağa ehtiyac yoxdur. Sualda zikr olunan əməl dəstəmazı batil etmir.

Təşəkkürlər.
Sual: Salam Xalq arasında belə bir ifadə var (o kəs ki, axşamlar qızdırma və ya üşütmə halları mütəmadi hal aldıqda) deyirlər ki filan kəsi ölü tutub. Məhz əziz bir adamın (bəlli şəxs) səndən cümə axşamı filan yeməyi bişirməni, yasin oxumanı istəyir...Məni düşündürən sual... Bu prosesin dini izahı varmı? Ümumiyyətlə insanı ruh tutması necə müəyyən olunur? Hansı meyarlar əsasında məhz kimin tutduğunu və nə istədiyini necə müəyyən etmək olur? Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Aleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam, Vəfat etmiş birinin müəyyən məbləğ pulu qalır. Bu pulun xumusu necə verilir? Yas mərasiminə və qəbrə pulundan xərclənib.
Cavab: Aleykum salam.

Ayətullah Xameneyi-dəftərxana:

Əgər vəfat etmiş şəxs malının xumsunun verilməsinə dair vəsiyyət etmişdisə yaxud malının müəyyən hissəsinə xums gəldiyi və onun xumsunun verilmədiyi məlumdursa əvvəlcə onun xumsu verilməlidir. Daha sonra əgər vəfat etmiş şəxs yerdə qalan malından onun dəfn işləri üçün istifadə edilməsini vəsiyyət etmişdisə, dəfn işləri ümumi malın üçdə birindən çox xərc tutmursa vəsiyyətinə əməl edilməlidir. Əgər vəsiyyət etməmişdisə varislərin hamısının razılığı ilə ondan götürüb dəfn işlərinə xərcləmək olar. Yerdə qalan mal isə irsin hökmlərində deyildiyi şəkildə varislərin arasında bölünməlidir.
Sual: Ateist cənnətə gedə bilərmi ?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Bu sual əhkamla bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam olsun seyyide 1) imameti (e) qebul etmeyen şəxs nəcis sayılır??? 2) vahhabilerin (L) teri ve yaxud desdemaz alanda elindeki suyu insana sicrayarsa necis sayilir??? 3) Doyuş vaxdi ermenistan ordusunun atib qacdiqlari qir-qizil ve heyvanlari Azerbaycan esgerlerine halaldi??? O heyvanlari kesib yemek olar???
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1.Nəcis sayılmır.

2.Nəcis sayılmır.

3.Lütfən bu məsələ ilə bağlı Ayətullah Sistanin (Allah onu hifz etsin) Azərbaycan üzrə nümayəndəsinə müraciət edin.

Təşəkkürlər.
Sual: Salam olsun seyyidə Xahis edirem bu sualima cavab yazasuz seyyid Xiristiyanlar qebirde ve qiyametde sorgu suallari nece olacaq
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam, suallarıma cavab verəcəyiniz üçün öncədən təşəkkür edirəm, Allah razı olsun. 1)İçki içib, yaxud donuz əti yeyən insan paklanmaq üçün hansı qüslu almalıdır? 2)Bir qadının yoldaşı kəbinsizdirsə təbiki naməhrəm sayılır. Həmin qadının qıldığı namaz, tutduğu oruc sayılırmı? 3) Bir qadın kəbin kəsdirdiyi şəxsdən istədiyi an asan boşanıb yenidən evlənə bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1.Cismani paklıq üçün nəcasət dəyən yerlərin yuyulması kifayətdir. Ruhi paklıq üçün isə tövbə qüslu etmək olar. Lakin bu qüsl rəca qəsdi ilə (yəni, savab əldə etmək ümidi ilə) edilməlidir.

2.Namazları səhihdir. Lakin tez bir zamanda kəbn oxunmalıdır.

3.Boşanma haqqı şəriətə əsasən kişinin əlindədir və qadın istədiyi vaxt boşana bilməz. Amma kişi qadının haqqlarına riayət etmirsə qadın şəri hakimə (yaxud nümayəndəsinə) müraciət edə bilər.

Təşəkkürlər.
Sual: Salam Kişinin öz istəyilə qadını boşayar, hansı halda boşaya bilər, qadln nə etməlidiki kişi onu boşamasın?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şəriətə əsasən təlaq kişinin əlindədir. Lakin qadın şəriət dairəsindən xaric olmamaq şərtilə hansısa bir vasitə ilə ərini razı sala bilər ki, onu boşamasın.

Təşəkkürlər.
Sual: Menim 23 yawim var gunahlarimdan biride cox tehsuffki evli olmadiqima gore zinadir.Amma Namazlarimi terk etmirem menim qildiqim Namaz batildirmi?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Namazlarınız batil deyil. Lakin günahdan çəkinmək üçün izdivac etməyiniz (daimi və ya müvəqqəti) lazımdır. Yaxud oruc tutmaq, namaz qılmaq və dua edib Allaha sığınmaqla şəhvət hissini günaha düşmək qorxusu aradan gedəcək həddə azaltmaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam olsun seyyide 1) coraba necis deyerse namaz qilmaq olar.bu (Mesumlarin) (e)hedisidir??? 2) Teyemmum etdikden sonra namaz esnasinda insan hiss edseki ondan necis xaric oldu teyemmum pozulur??? 3) Dəridən olmayan remenə(qayişa) nəcis deyerse namaz qilmaq olar???
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1.Əgər yalnız corab nəcis olarsa və ayağa keçməzsə onunla namaz qılmaq icazəlidir.

2.Əgər namaz qılan şəxs daimi olaraq ondan hədəs (dəstəmazı batil edən işlər) baş verən şəxslərdən deyilsə təyəmmümü batil olur və yenidən dəstəmaz və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm edib yenidən qılmalıdır.

3.Əgər yalnız qayış nəcis olarsa və bədənə yaxud digər libasına keçməzsə onunla namaz qılmaq icazəlidir.

Təşəkkürlər.
Sual: Hansı sözlərdə q-ğ k-y əvəzlənməsi baş verir
Cavab: Aleykum salam.

Sualınız aydın deyil. Lütfən daha ətraflı yazın.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı