www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Cəfəri məzhəbində rəcm cəzası varmı? Allah sizdən razı olsun.
Cavab: Salam. Ayətullah Siatani-dəftərxana:

Bəli, vardır.

Təşəkkürlər.
Sual: Salam.Mən zibillikden yarali it balasi tapmisdim.Yazığım gəlib onu eve getirib 5 gun mualicə etdim.Ancaq qutuda bezin içində qalırdı.Sonra it öldü.indi bizim 5 gün qılınan namazlarımız məkruhdur
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İt saxlanılan evdə namaz qılmaq məkruhdur(yəni qılınan namazın savabı azalır).

Təşəkkürlər.
Sual: Salam, Sualım Rəhbərin dəftərxanasınadır. Heç vaxt xums verməmiş bir insan xums vermək istəyir. Amma əlində olan hər şeyin (ev,maşın, torpaq və.s)xumusun vermək iqtidarında deyildir. Istehsalatla məşğuldur. Əlində olan nağd pulla qazanc əldə etdiyi xam malın, hazır malın, və nağd pulun xumusun verə bilər. Amma versə əlindəki pulla yenidən xam mal almaq, gətirmək çətin olacaq, gərək malın satılmasını gözləsin, sifariş verildikdən xeyli uzun müddət sonra xam mal əldə olunur. Amma xumusu hissə-hissə verə bilər.Bunları nəzərə alıb yol göstərərdiz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Bu məsələnin həlli üçün müctehidin dəftərinə və ya onun səlahiyyətli nümayəndəsinə müraciət etmək lazımdır. Çünki verməli olduğunuz xumsun tədricən ödənməsinə icazə və həmçinin şübhəli yerlərdə xumsun müsalihəsi ilə bağlı məsələlərin icazəsi müctehidin dəftəri və ya müctehidin xüsusi nümayəndəsinin öhdəsindədir.

Təşəkkürlər.
Sual: Salam, qəza namazlarının hamısını səzsiz qılmaq olar? Ümümiyyətlə qəza namazları öz qaydasında olduğu kimi səsli (səssiz) olur yoxsa qılındığı vaxta baxır? Misal üçüb günorta vaxtı qılınırsa hamısı səssiz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Qəza namazı qılınarkən(qılınma vaxtdan aslı olmayaraq) səsli qılınmalı olan namazlar(sübh, məğrib və işa) səsli, səssiz qılınmalı olan namazlar(zöhr və əsr) isə səssiz qılınmalıdır.

Təşəkkürlər.
Sual: Salam küçədə nəzir toplayan, əqli cəhətdən kəm olan bir Seyyidə xüms vermək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

İnsan çıxartdığı xumsu müctehidin nümayəndəsinə verməli və ya onun icarəsi ilə(icazə verdiyi yerlərə) xərcləməlidir.

Təşəkkürlər.
Sual: Qohumlar arasında məhrəm və naməhrəmlər haqqında məlumat verərdiniz zəhmət olmasa. Allah kömək olsun SİZƏ. Amin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Ata, ana, bacı, qardaş, övlad, həyat yoldaşı,baba, nənə, bibi, xala, əmi, dayı, qaynata, qaynana, süd anası və valideynin əmisi, dayısı, xalası, bibisi çıxmaq şərti ilə digər qohumlar insana naməhrəm sayılır. Və sadalanan şəxslərdən başqalarıyla münasibətdə islam dininin təyin etdiyi naməhrəmlə ünsiyyət qaydalarına riayət olunmalıdır.

Daha ətraflı məlumat üçün risaləyə müraciət edin.

Təşəkkürlər.
Sual: Salam.kişi ve qadin cinsi elaqe zamanı boşalmayıbsa cenabet qüsülü alınmalıdırmı?ve qüsül nece alınır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadın və kişi cinsi əlaqədə olarlarsa, hətta sperma xaric olmasa da cənabət quslu almalıdırlar.

Quslun alınma qaydası:

Alacağınız quslu niyyət etdikdən sonra əvvəl başınızı və boynunuzu qusl niyyəti ilə yuyursunuz(elə yumalısınız ki, baş və boyunun hər yeri islansın və quru bir yer qalmasın). Bundan sonra bədəninizin tən ortadan sağ tərəfini qusl niyyəti ilə yuyursunuz. Elə yumalısınız ki, sağ tərəfin hər yeri islansın və quru bir yer qalmasın(Əlbəttə sağ tərəfi yuyarkən ehtiyata görə bir az sol tərəfə də keçirsiniz ki, sağ tərəfin tam yuyulmasından əmin olasınız). Daha sonra bədəninizin tən ortadan sol tərəfini qusl niyyəti ilə yuyursunuz. Elə yumalısınız ki, sol tərəfin hər yeri islansın və quru bir yer qalmasın( Əlbəttə sol tərəfi yuyarkən ehtiyata görə bir az sağ tərəfə də keçirsiniz ki, sol tərəfin tam yuyulmasından əmin olasınız). Həmçinin göbəyin və övrətin yarısı sağ tərəfi yuyarkən yuyulmalı, digər yarısı isə sol tərəfi yuyarkən yuyulmalıdır. Amma yaxşı olar ki, göbək və övrət həm sağ tərəf yuyularkən tam yuyulsun, həm də sol tərəf yuyularkən tam yuyulsun.

Təşəkkürlər.
Sual: Salam .ikinci təfə ailə qururam kəbinimiz var amma hələ bir evdə yyaşamırığ Cəmiyyətin nəzərində evli deyilik Hamiləyəm uşağı dunyaya gətirmək hər ikimizin ailəsində boyuk soz sohbətə səbəb olacaq Uşağı Abort eləsəm haramdı? Kəfvarəsi var? Qeyd edimki ruşeyim halındadl
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Hətta rüşeyim halında olan uşağı saldırmaq haramdır və diyəsi də vardır.

Təşəkkürlər.
Sual: Salam Əleykum,təsbiaat ərbəə deyilme qaydası, 1 dəfə yoxsa 3 deyilməsi vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Bir dəfə deyilməsi vacibdir. Amma üç dəfə deyilməsi müstəhəbdir.

Təşəkkürlər.
Sual: Salam. Hicab altında sacını başdan yuxarı olmamaq şertiylə hundure yigmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər zinət və naməhrəmin diqqətini çəkəcək formada olarsa haramdır.

Təşəkkürlər.
Sual: Hocam damino parasız oynamag elə belə oynamag gunahmıdır. cavab yazım
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Əgər qumar aləti deyilsə, oynamaq haram deyildir.

Təşəkkürlər.
Sual: Salam. Necis olmus dosemeni nece paklamaq olar? Silmekle temizlenmir? Hokmen uzerine sumu tokulmelidir? Bezen ele yerler olurki ora su tokmek mumkun olmur ve yaxudda axib getmeye yer olmurki su axsin getsin. Cavab ucun Onceden tesekkurler.
Cavab: Salam. Ayətullah Sistani dəftərxana:

Silməklə nəcis olmuş döşəmə pak olmaz.

Nəcis olmuş döşəməni paklamaqdan ötrü əvvəlcə nəcisin eynini(əgər nəcisin eyni döşəmə üzərində qalıbsa) aradan qaldırmaq lazımdır. Sonra kür suyu bir dəfə həmin yerə çatdırmaqla həmin yer pak olur.

Amma su kür deyilsə və qəlildirsə(az su), bu zaman həmin yerə suyu tökdükdən sonra, oranı bir parça ilə qurutmaq kifayət edər.

Təşəkkürlər.
Sual: Salam. Sualım odur ki, Azərbaycan Respublikası öz ərazisinin bərpası uğrunda şərəfli bir yol tutaraq Qarabağ uğrunda Ermənistan işğalçı qüvvələriylə müharibə aparır. Bizim Qarabağ uğrunda dünyasını dəyişənlər şəhid sayılırmı? İslamın şərtlərini icra etməsələr belə şəhid sayılırmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İslam və müsəlman torpaqlarını qorumaq(işğaldan azad etmək) uğrunda dünyasını dəyişən şəxs şəhid sayılır.

Təşəkkürlər.
Sual: Salam, Ləvat nədir? Yəni hansı hal ləvat sayılır və hansı halda buna ləvat demək olmaz?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Ləvat yəni, bir kişinin cinsi alətinin dəllək kəsən yerə qədər(və ya daha çox) digər bir kişiyə daxil olmasına deyilir. Bu əməl böyük günahlardan sayılır.

Təşəkkürlər.
Sual: Salam, Sualım Seyyid Əli Xameneinin dəftərxanasınadır: Üzü Pambıq materialından olan balışa təyəmmüm etmək olar?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər torpaq, qum, daş və s olmazsa xalça, paltar, döşək, balış və s üzərində olan toza təyəmmüm etmək olar.

Amma üzərində toz olmazsa(hətta pambıq da olsa) təyəmmüm etmək olmaz.

Təşəkkürlər.
Sual: Salam eleykum,sualımız siyasi məsələylə bağlı olacaq çünki bu vilayəti fəqih nəzəriyyəsinə aiddir və biz bilirik ki bunu heç kim Xamnei ağadan başqa həll edə və cavablandıra bilməz.Ağaye Xamneinin müqqəlidiyik və fəqihin vilayətini və Rəhbərliyini qəbul edirik inşəllah.Azerbaycanlıyıq.Bu kimi məsələlər risalədə yazılmadığı üçün sizlərə üz tutmuşuq. Sual :Dini hisslərlə yanaşı Milli hisslər də əksər möminlərdə insanlarda olur,Azerbaycan Ermənistan Qarabağ məsələsiylə bağlı ortalığa çıxan bir məsələdə İran İslam Respublikasına atılan böhtanlardır hansı ki ,kafir ölkəyələ dostluq əlaqəsində və ona silah sursat yardımı etməsindədir.Biz bütün mərceyi təqlidlər müçtəhidlırin rəyini eşitdik ki ,Qarabağ islam torpağıdır.Erməni qəsbkardır orda ölənlər şəhid sayılır. Azerbaycan respublikasi hökuməti də İranınn ermənistana yardımını təkzib etdi belə bir şeyin olmadığını etiraf etdi.amma İranın dövlət cəhətdən ermənistana gizli qeyri qanuni yolla yardımı barəsində gəzilən şaiyəlırə və çox möminlərin o cümlədən özümün qəlbində olan şübhələrə dini məsələlırlə milli məsələlırin toqquşmaması üçün Xaamnei ağadan Rəhbərdən bizlərə bir yol göstərilməsini xais edərdik
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Bir daha vurğulayırıq ki, Qarabağ islam torpağıdır və bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Özünüz də qeyd etdiniz ki, İranın Ermənistana silah yardımı ilə əlaqədar heç bir rəsmi bilgi yoxdur. Hətta Azərbaycan respublikasının prezidenti bunu öz çıxışında açıq şəkildə ifadə etmişdir. Mömünlər belə məsələlərdə ayıq olmalı və şayələrə aldanmamalıdırlar.

Təşəkkürlər.

Sual: Peygemberin xanimi Ayseye lenet oxumaq haramdirmi?lona lenet oxumaga icaze verilir?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Müsəlmanlar arasında ixtilaf atəşinin alovlanmasına və ya islami vəhdətin aradan getməsinə səbəb olan hər bir söz və əməl haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Bəzi qidaların tərkibində (e471 və e472e) kamponentləri var. Deyilənə görə bu kimi qidaların tərkibində donuz qatqıları olur. Bunun sübuta yetirilməsi faktı varmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Hər hansısa məhsulun tərkibində haram qatqıların olub-olmamasını araşdırmaq mükəlləfin(burada istifadəçi) öhdəsinə düşür. Əgər məhsulun tərkibində haram kompanentlərin olması sübuta yetirilərsə, onların yeyilməsi haram olacaqdır.

Təşəkkürlər.
Sual: Heyz halda Quran oxumaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, oxumaq olar. Hətta vacib səcdəsi olan surələrin səcdə ayələrini çıxmaq şərti ilə digər ayələrini də oxumaq olar. Yalnız vacib səcdəsi olan dörd ayəni oxumaq olmaz.

Təşəkkürlər.
Sual: Salam Aleykum, sualim beledirki, kiwi oz xanimi ile, oral cinsi elaqede ola bilermi? Eger ikisininde raziligi varsa. Evvelceden tesekkurler.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı