www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Əli: Salam aleykum bildiyimiz kimi suyun tərkibinə hər hansı bir qarışacaq olarsa qüsl və dəstəmaz almaq olmaz. Bizdə hamam cəni təzə qurulub və içi boyalanıb. Suyu ancaq buruna aldıqda boyanin iyi bilinir bu su ilə qüsl və dəstəmaz almaq olarmı?
Cavab: Salam. Bu iy suyu (muzaf) qatışıq etmir. Qüsl və dəstəmaz almaq olar.
Sual: Sualı ünvanladı Ayten: asSelamu aleykum va rahmetullahi.. sizden ricam budur ki, Allahin tekliyi barede ayeleri yazasiz bezii insanlara delil kimi gostere bilmeycun... evvelceden minnetdaram,Allah razi olsun !! ve Quranin bezi ayelerindeki erw sozu ne anlami verir??
Cavab: Salam. Bizim belə işlər üçün vaxtımız yoxdur. Biz yalnız şəri məsələlərə cavab veririrk. Yəni araşdırma aparıb cavab vermirik. Biz suallara müctehidlərin dəftərxanalarından cavab alırıq. yəni ki, onlara deyə bilmərik ki, bizə filan mövzuda olan ayələri toplayın. Bu işə nə onların nə də özümüzün vaxtı var. Üzrlü sayn, təşəkkür!
Sual: Sualı ünvanladı Elmar: Salam.Destamaz alanda corabin ustunden hansi istisna halda mesh cekmek olar?
Cavab: Salam. O yardə ki, corabı çıxarmaq mümkün deyil, həmin vaxt corabın üstündən məs etmək olar.
Sual: Sualı ünvanladı Eldar: Salam.Bildiyimiz kimi nezer deyilen bir sey vardir ve nezer dualari da vardir.Azerilerin bele bir adeti vardir ki goz deymesin deye uzerlik deyilen bir bitgi vardir onu yandirib tustusunuu vermekle gozden nezerden yayinirlar.Bu ne derecede duzdur
Cavab: Salam. Bu adət təkcə Azərilərdə deyil, çox məmləkətlərdə var. İslam baxımından bu adətin elmi bünövrəsi yoxdur və xürafatdır.
Sual: Sualı ünvanladı Elmar. Salam.Rusvet zamani rusveti veren ve rusveti alan adam arasinda halalliq olsa nece yeni pulu veren ve alan bir birlerine halalliq verse bu caizdir?
Cavab: Salam. Allahın haram etdiyin insanlar halal və Allahın halal etdiyin insanlar haram edə bilməz. Haram öz haramlığında, halal isə öz halalığında qalır. Yəni dediyiniz iş caiz deyil, haramdır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Namaz qilanda sonuncu riketin sonunca secdesinde deyilesi lazim olan sozu dedikden sonra dua etmek olar?yeni Allahdan oz muskullerivin hellini dilemek olar?
Cavab: Salam. Bəli, öz dilinizdə dua edə bilərsiniz. Amma namazda ərəb dilindən qeyri dildə danışmaq o qədərdə məsləhətli iş deyil. Namazı tamamlayın, sonra öz dilinizdə bütün dualarınızı edin. Bu daha xeyirlidir.
Sual: Sualı ünvanladı Tural: Muasir Olimpiya Oyunlari Hansi Ilde Kecirilmeye Baslamisdir
Cavab: Salam. Bizim sayt şəriətə aid olan suallara cavab verir!
Sual: Salam.Bele bir sual unvanlamisdim-Bildiyime gore ulguc ve lezva ile uz qirxmaq haramdir.Men ise uzumu uzqirxan masinka ile qirxiram.Masinkanin da 0,1,2,3,4 ve sair disleri var.Men uzumu 0 disle vururam.Bu caizdir?cavabini bele vermisiz ki-Bəli sıfırla qırxmaqda problem var, olmaz. Gərək üzünüzü elə qırxasınız ki, sizə baxana saqqalı görünəsiniz.Sifirla deyende yaxin mesafeden yeni hardasa 1,2 m yaxinliqdan baxan adam gorur ki uz ulguc ve ya lezviya ile deyil masinka ile qirxilib.Bu halda yene de sifirla qirxmaq olmaz?
Cavab: Salam. Sıfırla vurmaq caiz deyil. Şərt o deyil ki, sizə baxan desin ki, üzün lezva ilə yox maşınka ilə qırxıb. Şərt odur ki, siz saqqallı görünəsiniz. Sıfırla qırxılmış üz saqqallı görünmür.
Sual: Sualı ünvnladı Elmar: Salam.Rusvet zamani rusveti veren ve rusveti alan adam arasinda halalliq olsa nece yeni pulu veren ve alan bir birlerine halalliq verse bu caizdir?
Cavab: Salam. Allahın haram etdiyin insanlar halal və Allahın halal etdiyin insanlar haram edə bilməz. Haram öz haramlığında, halal isə öz halalığında qalır. Yəni dediyiniz iş caiz deyil, haramdır.
Sual: Sualı ünvanladı Günahkar bəndə: Salam Aleykum! Bir kes her gun 22,5 km cox mesafe qet edib Sumqayitdan Bakiya derse gelir ve gunorta azaninda Bakida olur o sexsin gunorta namazi musafir namazi sayilir? Gec gedib catdigindan gunorta namazi qeza olur, musafir namazi niyyetile qilmalidi qezasin? Allah sizden razi olsun!!!
Cavab: Salam. Həmin fərd bu işi demək olar ki hər gün təkrarladığı üçün həmişəsəfər hökmündədir. Və o elə Bakıda olarkən (baxmayaraq səfər məsafəsini qət edib) namazını tam qılmalıdır. Yəni müsafir namazı qılmamalıdır.
Sual: Sualı ünvanladı Günahkar bəndə: Salam Aleykum. Kitaba xums dusur, alinib lakin bezileri hec oxunmayib, dini ya da dunyavi ferqi var?
Cavab: Salam. Əgər həmin kitabları oxumalısınızsa, yəni o kitablar sizə lazımlıdırsa və həmin kitablar sizin şəninizdən yuxarı deyilsə xüms yoxdur. Yox əgər bunun əksi olduqda kitablara xüms düşür.

Ayətullah Fazil
Sual: Sualı ünvanladı Şamil: Maharram va Safar aylarinda haramdan uzaq olaraq izdivac [toy] etmak olar?
Cavab: Salam. Bəli, olar!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,qeza oruclari ardicil 30 gun tutmaq lazimdir?.Niyyet ne zaman edilir?bawi suya salmaq batil edir,bes bawi yumaq da buna aiddir?axi su bawin her terefine tökülür Allah razi olsun
Cavab: Salam. Ardıcıl tutmasaz da olar.

Niyyət orucu tutmamışdan öncə edilir.

Başı bilərəkdən suya batırmaq orucu batil edir.

Başı yumaq buna aid deyil, baxmayaraq ki su başın hər tərəfinə tökülür. Hər tərəfə tökülmək- batmaqla eyni deyil.
Sual: Sualı ünavanladı İzmir: salam biz internetclub isledirik. burda musteriler iki nefer bir-biri ile iqra oynayir (mes:futbol iqrasi) ve kim iqrada uduzarsa oda oynadiqlari vaxtin pulunu verir.bu qumar hesab olunurmu? musterinin bize verdiyi pul haram pul sayilirmi?
Cavab: Salam. Bu iş qumar sayılır və sizin də uduzan kəsdən pulu almanız düz deyil. Bu pul işğallı puldur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb) : Salam Eleykum.Xamanei aqanin istiftaatinda ruhu olan varliqlarin űzünün resmin chekmek cixintili olmazsa olar,bilmek īstediyim burada üzvlerin kamil chekilmemesi nezerde tutulub yoxsa üzün cizgilerinin
Cavab: Salam. Burada çəkilmək qeydsiz deyilir. Yəni kamil çəkilmək nəzərdə tutulur.
Sual: Saulı ünvanladı Əsgər: esselamun eleykum men azerbaycanda yawayan 18 yawinda bir oqlanam sualim budur? fizika ve riyaziyyat kitablarini oxumaq ve ya mecidde oxumaq olar indiden saqolun ALLAH razi olsun cavabi sebirsizlikle gozluyurem.
Cavab: Salam: Əgər məsciddə bu kitabı oxumaqla ibadətə mane törətməsəniz, eybi yoxdur.
Sual: Sualı ünvanladı Günahkar bəndə: Salam Aleykum ! bilmek isterdim Ayetullah Sistanin bele bir hokumu varmi: qadinlar Azerbaycanda cadra atmasin.... Indiden tesekkurler. Xais edirem tez cavab yazasuz.
Cavab: Salam. Ayətullah Sistaninin dəftərxanası ilə əlaqə saxladıq, bizə dedilər ki, o həzrət belə bir söz buyurmayıb.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,shahmat,nerd,damino qumar oyunlaridir?haramdir?
Cavab: Salam. Şahmat idman oyunu sayılır və oynamaq olar.

Amma digər sadaladığınız oyun alətləri barəsində özünüz, öz məmləkətinizə baxıb qəzavət etməlisiniz. Əgər qumar aləti kimi tanınırsa onda haramdır. Əks təqdirdə isə halaldır.
Sual: Sualı ünvanladı Leman: Salam Eleykum,bes Xamanei aqanin ofisine xumsu nece chatdirmaq olur,Onun Bakida ve ya bölgelerde xumsu almaq uchun numayendeleri var?
Cavab: Salam. Biz hansısa nümayəndənin olub-olmamasını bilmirik.

Amma Bakıda İran Milli Bankı var. Biz sizə Bank hesabı verə bilərik. Siz xümsü həmin Bank hesabına köçürsəniz biz onu Ayətullah Xamneinin dəftərxanasına çatdıra bilərik. Dəftərxana həmin ödənişin müqabilində bizə sizin adınıza qeyd olunmuş faktor verəcək və biz həmin faktorun sürətini sizin e-mail adresə göndərə bilərik.
Sual: Sualı ünvanladı Gunahkar Bende: Salam Aleykum. Rusvet vermek haramdir,mecburiyetden olsa bele?
Cavab: Salam. Rüşvət vermək haramdır, amma hardasa siz məcbursunuzsa onda rüşvət verə bilərsiniz. Amma rüşvəti sizdən alan kəsə bu pul haramdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı