www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Fazil: Salam.Səhv eləmirəmsə ya hz. Əliyə ya da Məhəmməd peyğəmbərə(s) sual edirlər ki kafir insanlar kimlərdi?Cavab Verdi:La iləhə deyənlər kafirdilər.La iləhə illallah deyənlərsə kafir deyillər.Cünki,təcümə belədi.La iləhə-Allah yoxdur,İllallah-Allahdan başqa.Yəni Allah yoxdur deyənlər kakirdi ona görə də tamam şəkildə deyilməlidir.Esaslanaraq sualıma cavab verin.Məsələn Namazın niyyəti nece deyilməlidir?............namazı qılıram vacibən qürbətən İllallah,yoxsa,……….. namazı qılıram vacibən qürbətən illəllah?
Cavab: Salam. Qürbətən illallah demək olmaz.

Niyyətdə belə deyilməlidir: Qürbətən ilallah. L hərfin 2 dəfə yox 1 dəfə demək lazımdır. Yoxsa sizin qeyd etdiyiniz mənaya gedib çıxırıq.
Sual: Sualı ünvanladı Nahid. Salam.Cümə günü qiraqdan durmuşdum və camaat namazı vaxtı ayyaqqabı ilə sünni namazı qılan birisini gördüm.Bildiyimə görə namaz vaxtı səcdəyə gedendə bədənin 7 əzası yerə dəyməlidir.2 əlin içi,dizlərin hər ikisi,ayaqların baş barmaqları və alın yerə dəyməlidir.Hər hansı bir istisna oldu olmadı ayyaqqabı ilə namaz qilmaq olarmı?
Cavab: Salam. Adi halda ayaqqabı ilə namaz qılmaq olmaz. Amma ola bilər ki, bir adamın ayağı yara olsun və ayaqqabını çıxarmaq yaranın vəziyyətinin pisləşməsinə gətirib çıxarsın.Belə hallar istisnadır.
Sual: Sualı ünvanladı Ramal: Salam olsun agama.sualim xamneyi aga butun mumunlerin rehberidi aga bunu tesdiqleyir.men sizin muqellidinizem sizin gorusunuzde olmusam .
Cavab: Salam. Oxucu fikrini olduğu kimi təqdim etdik.
Sual: Suaslı ünvanladı Sakit: Skumbiriya baliqinin ve Nere baliqinin uzerinde pul musahide olunmur,ama Skumbiriya baliqinin pullu baliq kimi Nere baliqinin da bezi novleri halal olmasi kimi melumati gelib catib.Bunu menim ucun deqiqlesdirin zehmet olmasa
Cavab: Salam. Bəzi balığların eyni cinsdən olub birinin pullu digər birinin isə pulsuz olması mümkündür. Məsələn elə nərə balığı ola bilərki, o pullu olsun və digər bir növ nərə balığı ola bilərki onun pulları olmasın. İslam dini balıq ətinin halal olub-olmaması meyarını pullu olub-olmamaq təyin edib. Yəni siz balığın adına və ya növünə yox onun pullunun olub-olmamasına baxın.
Sual: Sualı ünvanladı Zehra: Salam Eleykum,kitabin il erzinde yalniz bir cildi oxunsa diger cildlere xums düshürmü?bir neche il istifade olunmayan,lakin ne zamansa ehtiyac duyula bilen eshyalara xums düshürmü?
Cavab: Salam. Əgər həmin kitab və əşyalar sizə lazımlıdırsa onlara xüms düşmür.
Sual: Sualı ünvanladı Ehmed: Salam bilmek isterdim siqaret cekmek haramdimi xaiw edirem cavab yazasiniz
Cavab: Salam. Mərhum Ayətullah Fazil Lənkəraninin nəzərinə əsasən haram deyil.
Sual: Sualı ünvanladı Cavid: Salam.Islamda edam olunma ve olum hokmu var??ve bu ne ile izah edilir???hemcinin hansi cinayetlere ve kimlere aiddi?
Cavab: Salam. Sualınız çox ətraflıdır. Amma biz sizə müxtəsər olaraq onu deyə bilərik ki, İslada edam hökmü var əgər bir kəs digər birini qəsdən öldürərsə öldürülən kəsin yaxınları öldürən kəsi əfv etməsələr və qisas tələb etsələr, onda İslam qanunları ilə öldürən kəs edam olunur. Bundan əlavə ictimai fəsad törədənlərində cəzası edamdır.
Sual: Sualı ünvanladı Aynur: Yerin öz oxu ətrafındakı hərəkəti onun günəşətrafındakı hərəkətindən necə fərqlənir? sual həyat bilgisindəndir
Cavab: Salam. Hörmətli oxucu biz yalnız şəriətə aid olan suallara cavab veririk və sizin bu sual bizim sahəmizə aid deyil üzrlü sayın.
Sual: Sualı ünvanladı Ali: Salam. Qəza namazlarının özlərinə uyğun vaxtda qılmaq mütləqdir ya istənilən vaxt? Məsələn mənim 1 günün namazlarım qəzaya qalıbsa, hansısa səbəbdən qəzalar sabahısı günə qalıbsa, mən qəzaları 5 namazın öz vaxtlarında 1-1 qılmalıyam ya məsələn səhər 5-ini də ardıcıl qıla bilərəm? Təşəkkür edirəm.
Cavab: Salam. Qəza namazlarını istənilən vaxt qılmaq olar. Amma mümkün qədər tez qılınması daha yaxşıdır.
Sual: Sualı ünvanladı Ali: Salam. Quranda ayə var ki, dənizdən tutulan ov halaldır. Orada pullu pulsuz ayırımı yoxdur. O halda hansı əsasla dəniz qidalarından sümüksüz balıqlar haram buyurulub, özü də İslamı hökm kimi?
Cavab: Salam. Quran bəzi vaxtlar ümumi hökümləri deyir amma xırdalığa getmir. Misal üçün Quran buyurur namaz qılın amma namazı necə qılmalı olduğumuzu bizə rəvayətlər öyrədir. Rəvayət peyğəmbərin və məsum imamların şəriət barəsindəki hökümləridir. Pulsuz balığın ətinin haramlığıda bu üslubla buyrulub yəni rəvayət pulsuz balıqların ətini yeməyi haram edib.
Sual: Sualı ünvanladı Hicabli: Salam aleykum. Sualim: 2 ushagim var biri 4 yashinda, biri ise 9 ayliqdi. Men namazdayken qizim tekidle menimle danisir mende namazda oldugumcun cavab vere bilmirem, balacasi ise manejde olsada birden geze-geze stolun altina girir namazda fikrim onda qalir mecbur olub namazi yarida qoyuram. Bele etmeyim gunah sayilirmi? 2 ci sualim: od kisede dash varsa oruc tutmaq olarmi? 3 cu sualim: iman zeifdise ne etmek lazimdi? Xahish edirem bu suallarima tez bir zamanda cavablandirasiniz! Allah sizden cox, cox razi olsun.
Cavab: Salam. Fikirinizin yayılması sizə icazə vermir ki, namazınızı pozasınız. Namazı yalnız uşaqın canına təhlükə olarkən pozmaq olar. Misal üçün uşaq isti peçə tərəf gedərsə.

Öd kisənizdə daşın olmasının oruc tutmanıza bir maneəsi yoxdur.Amma dindar bir həkim sizə oruc tutmağı qadağan edərsə o zaman oruc tutmaq olmaz.

Dindar bir alimin moizələrindən faydalanmaq lazımdır. Bundan əlavə namazı ilkin vaxtında qılın. Ata-anaya yaxşılıq edin, ərə itaət edin (əlbəttə ər dindən kənar sözlər desə itaət olunmamalıdır) ailənizin quluğunda durun. Əlbəttəki günahlardan uzaq olmaq və vacibləri yerinə yetirmək imanı gücləndirmək üçün ən zəruri şeylərdəndir.
Sual: Sualı ünvanladı Eyvaz: Salam sualim Ağa Sistaniyədir. Övladim olmadigi ucun uwaq evinden dovlet qanunu esasinda iki uwaq goturdum. Bir oglan, bir qiz uwagi uwaqlarin her birinin iki yawi variydi. Uwaqlar boyuyub heddi buluq olan vaxti o uwaqlar mene ve xanimima weri cehedden nece mehrem olurlar. Hem cinin sualimda uwaqlar iki yawdan awagi olarsa weri cavabi nedir? təşəkkür!
Cavab: Salam. Ayətullah Sistaninin cavabı belədir ki, 2 yaşından tez və ya gec olmasının fərqi yoxdur uşaqlar sizə naməhrəmdirlər.
Sual: Sualı ünvanladı Vahid: Salam.Yazmisiniz ki askar gunah eden her kim varsa onun qeybeti halaldi ister momin olsun ister momin olmasin isterse de qeyri muselman olsun.Bes askar gunah eden deyende ne basa dusulur?
Cavab: Salam. Aşkar günah edən yəni xalqın gözü qarşısında günah edən. Yəni insan iki gözü ilə baxanda görür ki, filankəs küçədə oturub şərab içir.
Sual: Sualı ünvanladı Ehmed: salam bilmek isterdim elem cuwe gele bilermi xaiw cavab yazin
Cavab: Salam. Bu batil bir işdir. Yəni cadugərlik və hiyləgərlik vasitəsi ilə xalqdan pul yığmaq məqsədi ilə həyata keçirilir. Bu işdə Allah tərəfindən bir həqiqət yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam bilmey isteyirem ki,deniz mehsullarindan,Skumbiriya ve Nere baliqinin hokmu nedir?
Cavab: Salam. İslamın hökmü budur: İstənilən pullu balıqların ətin yemək halaldır. Pulsuz balıqların ətin yemək haramdır. Adını bizə yazdığınız balıqlara baxın, əgər pulları varsa onların əti halaldır.
Sual: Sualı ünvanladı Eyvaz: "Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı." Bes ananin vacib qəza namazi kimin boynundadır?
Cavab: Salam. İlk olaraq nəzərinizə çatdıraq ki, Fazil Lənkəraninin bu barədə fətvası siz buyuran kimi deyil. Fazil Lənkərani atanın qəza namazların böyük oğula vacib sayır. Yəni ehtiyate-vacib yox, vacib. Amma ananın qəza namazları Ağa Fazilin nəzərinə əsasən böyük oğula ehtiyate-vacibdir.
Sual: Sualı ünvanladı Eyvaz: salam oz olkemde subh namazini qilib bawka olkeye sefer etdim gordum hemin olkede subh namazinin vaxtidir. Vezifem nedir? Yeniden subh namazi qilmaliyammi? Təşəkkür!
Cavab: Salam. Siz namazı qılmış hökmündəsiniz və təzə çatdığınız məkanda olan sübh namazı sizə aid deyil. Fazil Lənkəraninin dəftərxanası.
Sual: Sualı ünvanladı Altun: Salam... Bedene yod ve tibbi meqsedle spirt vurmaq caizdir ya yox..??? Yodlu suyla qarqara etmek olar.???
Cavab: Salam. Eybi yoxdur.
Sual: Sualı ünvanladı Cahide: Salam.Keçən dəfəki sualımı cavablandırdığınız üçün çoxsağolun. Daha yeni bir sualım var. İslam dinində yuxu yozma elminə necə baxılır?Hər görülən yuxunun yozumuna inanmaq olar?Günah deyil ki?
Cavab: Salam. Yuxu yozumu bir həqiqətdir. Amma bunun üçün şərtlər var. Məsələn yatmamışdan öncə nə yeyəndə görülən yuxular batildi və sair. Hər görülən yuxunun yozumuna inanmaq olmaz. Çox yuxular var ki, boşdur, mənasızdır və şeytan tərəfindəndir ki, bizi narahat etsin həmin yuxu ilə. Əlavə qeyd edək ki, yuxu yozmaq çox çətin işdir və çox elmli insan lazımdır ki, bu işin öhdəsindən gələ bilsin. Hər yuxuyozana inanmaq olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.Yazmisiniz ki askar gunah edenin qeybeti edile biler.Mecidde bele esitmisem ki 1)duz yolda olmayan yeni zulm edednlerin.2)Bir kes duz yolda deyil ve anu haqq yola getirmeye calisirsan o ise haqq olmayan yolundan el cekmir3)deyesen momin olmayanlar.Bunlarin qeybeti haram deyil.Bu duzdur?
Cavab: Salam. Qeyd etdiyiniz insanlar əgər aşkar günah etmirsə oların qeybəti haramdır. Amma zülm edən kəs sözsüz ki, digərlərinə zülmü aşkar edir və bu göz qarşısındadır deyə zalımın qeybəti halaldır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı