www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Nahid: Salam.Rehberin fetvasina esaslanaraq uzumu ulguc ve ya lezva ile qirxmiram.Amma uz qirxan masinla qirxiram.Masinkanin sifir disi ile uzumu qirxiram.Uzumu masinka ile qirxmaqimda problem var?
Cavab: Salam. Bəli sıfırla qırxmaqda problem var, olmaz. Gərək üzünüzü elə qırxasınız ki, sizə baxana saqqalı görünəsiniz.
Sual: Sualı ünvanladı Fatimə Məryəm: Salam Eleykum,ALLAH razi olsun cavablar üchün.Amma selem deyerken,almaqi nezerde tutmurdum,mes:bir insan selemle pul verir,kimse,o selemchiden pul alib,hemin pulla eshya alir.Selemchiye de faiz ödeyir,onu deyirem.Xamanei aqanin bu haqda nezeri nedir.
Cavab: Salam. Əgər sələmə pul götürübsüzsə aldığınız şeylərin bir problemi yoxdur. Amma sələmə pul götürmək günahdır və tövbə edin. Birdə bu işi görməyin.
Sual: Sualı ünvanladı Asya: Salam Eleykum,namazda,Quranda,dualar oxuyarken herflerin seslenmesin tam ereb lüqetine göre teleffüz etmek,mes:"he-herfini deyerken boqazin ortasindan,isti nefesle teleffűz edilmelidir"-qeyd olunub ve s..bunlari etmek chetin olursa,adi qaydada teleffüz etmek olarmi?
Cavab: Salam. Namaz qılarkən hərflər ərəb dilində səslənməsi, eləcədə Quran oxuyarkən belə olması vacibdir. Siz imkanınız həddində bunu öyrənməlisiniz.
Sual: Sualı ünvanladı Zeynəb: Salam Eleykum,kimlerin qeybetini etmek olar?mömin olmayanin qeybeti edile bilermi?
Cavab: Salam. Aşkar günah edənlərin qeybəti edilə bilər. Mömin olmayan insan ola bilər ki, o aşkar günah etmir. Belə insanların qeybəti haramdır.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,halal oyunlarda udub-uduzmaq sherti olsa,lakin pul olmasa haram sayilir?udub-uduzmaq sherti deyerken tam olaraq ne nezerde tutulur?
Cavab: Salam. Pul olmadan, halal oyunlarda udub-uduzmaqın eybi yoxdur.
Sual: Sualı ünvanladı Nuray: Salam Eleykum,Īslamda hansi senetlerle mewqul olmaq haramdir?tar chalmaq öyrenmek haramdir?dinin zeruri hökmlerini cahillikden inkar eden kafir sayilir?
Cavab: Salam. Bəli bu iş haram sayılır. Şəri baxımdan qadağan olunan bütün sənətlərlə məşğul olmaq haramdır.
Sual: Sualı ünvanladı Amine: Eleykum,istihazeli qadin namaz esnasinda qan görse namaz batil olur?vasvasiliq sebebi ile chox su israf eden günah qazanirmi?chox yemek günahdir?sefere chixan adam neche mesafeden sonra namazi 2 ruket qilsin? cavabi e-maile yazsaniz daha yaxwi olar.ALLAH razi olsun.
Cavab: Salam. Qadın özünə elə bir formada panbıq qoymalıdır ki, namaz qılarkən ondan qan xaric olmasın. Əgər qan xaric olsa namaz batil olur. İsrafçılıq haramdır. Səfərə çıxan adam 22,5 km-dən sonra namazını qəsr (səfər namazı kimi) qılmalıdır.
Sual: Sualı ünvanladı Zeynəb: Salam Eleykum,Namazda qadina hansi emel mehruh ve hansi emel müstehebdir?
Cavab: Salam. Bu əməlləri əldə etmək üçün risaləyə müraciət etmənizi xahiş edirik.
Sual: Sualı ünvanladı Fatimə-Məryəm: Salam Eleykum,haram pulla mes:selemle alinan eshyani halal etmek üchün ne etmek lazimdir?qadin hansi hallarda heyat yoldashina itaet etmeye biler?zeruret halda hicabi achmaq olarmi?
Cavab: Salam. Əgər sələm alıbsızsa, sələm aldığınız insanları tapıb onlardan aldığınız məbləği qaytarmalısınız. Yox həmin insanlar artıq yoxdularsa, onda o adamların əvəzindən həmin məbləği sədəqə verməlisiniz. Aldığınız sələm pullarını qaytardıqdan sonra əlinizdə sələm pulu ilə aldıqınız şeylər halal ola bilər.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,aq gelinlik qerb adetidirmi?isti su ile destemaz almaq olarmi?internetde chatdan istifade etmek olar?
Cavab: Salam. Ağ gəlinlik paltarı müsəlmanlar arasında Qərb simvolu deyil və onu geyinməyin işğalı yoxdur. İsti su ilə dəstəmaz almağ olar. İnternetdə çat haram işlərə səbəb olmasa, eybi yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salam.Rehberin fetvasina esaslanaraq uzumu ulguc ve ya lezva ile qirxmiram.Amma uz qirxan masinla qirxiram.Masinkanin sifir disi ile uzumu qirxiram.Uzumu masinka ile qirxmaqimda problem var?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Sıfırla üzü, maşınka ilə də qırmaq olmaz. Üzünüzdə saqqal elə olmalıdır ki, bir necə addımdan saqqallı olduğunuzu bilinsin.
Sual: Sualı ünvanladı Nurlan: Salam.Xomeyninin "Kesful Esrar" kitabinda ...
Cavab: Salam. Biz yalnız bu saytda tanıtdırılan alimlərin nəzərləri barəsində məlumat verə bilirik.
Sual: Sualı ünvanladı Vahid: Salam.Cinsi deyismek haqqindaki sualima bele cavab vermisiniz.Bu ne demekdi ki?.Hökm belədir ki, cinsini dəyişdirmək istəyən adamda bu iş həqiqəti aşkarlamağ üçün olsun.
Cavab: Salam. Yəni o insanda daha çox qadınlıq var və onun həqiqəti qadındır.
Sual: Sualı ünvanladı Mahir: Salam.Bedenin sustlesmesi deyende ne nezerde tutulur?Uzr isteyirem ifademe gore mazaxlasmadan sonra hansi ki hec bir cinsi rabite olmayibdi ve aletden gelen su sperma halinda olmasa yeni sadece su kimi olsa bu zaman qusla ehtiyac var?etrafli yazin zehmet olmasa
Cavab: Salam. Xeyr, ehtiyac yoxdur. Cinsi rabitədən sonra bədən necə süstləşirsə-süstləşmə deyəndə nəzərdə tutduğumuz həmin süstləşmədir.
Sual: Sualı ünvanladı Zakir: Salam.Destamaza baslayarken aqizi 2 defe su ile yaxalayiriq müstehebdir yoxsa vacib?
Cavab: Salam. Dəstəmaz alarkən ağızı su ilə yaxalamaq müstəhəbdir.
Sual: Sualı ünvanladı Mahir: Salam.Bir kisi oz heyat yoldasi ile mazaxlasdi amma hec bir cinsi rabite olmadi amma bir nece deqiqeden sonra aletden nese maye geldi.bu ne hokmundedi?
Cavab: Salam. Əgər həmin gələn mayedə spermanın əlamətləri olarsa, onda qüsl verməlidir. Yox əgər spermanın əlamətləri olmazsa qüsl almamalıdır. Məsələn, əgər həmin maye sıçrayışla gələrsə və ya həmin maye gələndən sonra bədən süstləşərsə onda sperma hökmündədir və qüsl verilməlidir.
Sual: Sualı ünvanladı Xeyale: Essalamu aleykum..sheker xesteliyinden eziyyet ceken bir neferin ayagi qanqrena olub ayagini kesibler o kesilene ayaga qusl verib basdirilmalidir?deqiq cavab yaza bilersiz? here bir soz deyir..Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Sümüyü olan bədən üzvü və ya üzvün bir hissəsi kəsilərsə həmin üzv şəriətdə olan qüsl qaydasına əsasən qüsl olunmalıdır, yəni üç su ilə. Sonra kəfənə bükülməlir və dəfn olunmalıdır. (Üç suda məqsəd sidrli, kafurlu və mütləq sudur ki, insan dünyadan köçəndə bu üç su ilə ona qüsl verilir.)
Sual: Sualı ünvanladı Cahide: Salam,deyirler toyda uzuk taxmaq kafirlerden qalma adetdir.Bilmek isteyirdim,islam dinine gore bu ne derecede dogrudur?Umumiyyetle,toy merasiminde uzuk taxmaq caizdir?
Cavab: Salam. Bu gün bu adət müsəlmanların cəmiyyətində bir müsəlman adəti kimi rəvac tapıb deyə işğalı yoxdur.
Sual: Sualı ünvanladı Elmar: Salam.Quranda Hz. Eliye isare olunan hansi ayeler var?
Cavab: Salam. Belə ayələr çoxdur amma bu ayələri onların təfsiri ilə oxuduqda aydın olur. Məsləhət görərdik ki, Möhsin Qiraətinin Azərbaycan dilinə tərcümə olunmuş "Nur Təfsiri" kitabını mütaliə edin.
Sual: Sualı ünvanladı Vahid: Salam.Rehberin risalesinde cinsiyyeti deyisdirme haqqinda sual cavab var.Buna aydinliq getirin zehmet olmasa ne mena dasiyir?ola biler ki biz sehv basa dusmusuk
Cavab: Salam. Bəli bu hökm var. Hökm belədir ki, cinsini dəyişdirmək istəyən adamda bu iş həqiqəti aşkarlamağ üçün olsun.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı