www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Mən dağınıq skleroz xəstəsiyəm.sagalmiyan beyin xəstəliyidir.mualicəm üçün dərman qəbul etməliyəm və tərkibində spirt var. Bu dərmanı içə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər bu dərmanların tərkibindəki spirt az miqdarda(2%) olarsa istifadə etmək olar. Amma spirtin miqdarı çox olarsa, dərmanı su ilə qarışdırıb tərkibindəki spirti iki faiz həddinə endirdikdən sonra istifadə etmək olar.

Təşəkkürlər.
Sual: Hicablı qadın saçını kəsib sata bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımın saçının alınıb-satılması öz özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam.bilmek isterdim destemaz alanda ayqlara mesh ederken elimi ayağımın üstüne qoyub bu cür mesh ede bilerem. Bu eden insan bu cür mesh edirse destemaz batıldirmi.eger bilmeden edilse hökmü nedir?.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Sualınız aydın deyil. Zəhmət olmasa sualı dəqiqləşdirin.

Təşəkkürlər.
Sual: Salam. Ağa bağışlayın narahat edirəm. Mən bilmək istəyirdim ki İstimna daha ağır günahdır yoxsa zina.?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Hər ikisi böyük günahlardandır. Amma zinanın ictimai fəsadları daha çoxdur.

Təşəkkürlər.
Sual: Salam, İki sevən şəxs evlənənə kimi, harama düşməmək üçün siğə etdirə bilərlər?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qızın atası və ya babası(atasının atası) bu işə icazə verərsə bu iş icazəlidir.

Təşəkkürlər.
Sual: Salam namazda secdede wekk eledim bilmedim birincideyem ya ikide ne etmeliyem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan növbəti rəkət üçün ayağa qalxmazdan və ya təşəhhüdə daxil olmazdan öncə səcdənin sayında şəkk edərsə gərək daha bir səcdə yerinə yetirsin. Əks halda şəkkinə etina etməməlidir.

Təşəkkürlər.
Sual: Salam. Zehmet olmasa deyerdiz şebeke marketinqi caizdir? Biz gündelik telabat mehsullarinin satişini edirik (şampun, sabun, diş fircasi, etir, krem ve s) bütun mehsullar 23% endirimle gelir üzvlerimize, kataloq qiymetlerimiz de market qiymetlerine uyğundu ve online şekilde diger insanlari da devet edib şebeke qururuq, vergi de odeyirik fealiyyet gösterdiyimiz dövletlere ve resmi şekilde maaş da veririk insanlara. Kim ki, vacib olan o dövriyye heddini toplayib. Bu işe insanlari göturende de bütun imkanları ve şertleri başa saliriq qarşılıqlı razilaşma ile onlar işe başlayır. Bu cür biznes haramdımı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər deyilən bu marketinq növündə, kiminsə haqqı taptalanmırsa və ya aldadılmırsa, bu növ ticarət haram sayılmır.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualım budur: insanda həddi buluğ əlamətlərinin 1-i olarsa o həddi buluğa girmiş sayılır? Yoxsa hər bir əlamət olmalıdır? Məsələn 15 yaşdan öncə həddi buluğa girmək olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Oğlanda həddi-buluğ əlamətlərindən biri olarsa, bu onun həddi buluğ olması üçün kifayətdir. Odur ki, oğlanların 15-yaşdan tez həddi buluğ olması mümkündür.

Təşəkkürlər.
Sual: Salam yaş başla namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam.Hacət namazı qılıb 3,7 və ya 100 dəfə (Əstəxiru bi rəhmətikə) dedikdə Allah o namazda edilən duanı xeyir olmasa belə xeyirə çevirib verməyi düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Salam.Mən yoldaşımla qanunla boşanmışıq.Amma yoldaşım mənə talaq vermir və mən yeni həyata başlamaq üçün ondan talaq istədim qəti sürətdə verməyəcəyini söylədi.Mən nə edə bilərəm?Bu nə dərəcədə doğrudur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Təlaq vermək kişinin ixtiyarında olan məsələdir. Bu məsələdə onun razılığı alınıb təlaq verilməlidir. Əgər kişi səbəbsiz yerə təlaq vermirsə və əziyyət edirsə, şəri hakimə müraciət edilməlidir.

Təşəkkürlər.
Sual: Salam, qusul ya dəstəmaz alanda su başın saçdarına dəyməsi vacibdir, müstəhəbdir ya necə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qusl alarkən vacibdir ki, su başın tüklərini islatsın.

Amma dəstəmaz alarkən suyun başın tüklərini islatması lazım deyil. Yalnız başa məsh çəkərkən əgər məsh yerində tük varsa onun üzərinə məsh etmək olar.

Təşəkkürlər.
Sual: Salamun Aleykum .muvəqqətu əqid vaxdı bitdikdə eyni insanla təkrar muvəqqəti əqid bağlamaq olar? Və bunun üçun iddə vaxdı gozlənilməlidi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Müvəqqəti əqdin müddəti bitdikdən sonra eyni adamla yenidən istər müvəqqəti, istərsə də daimi əqd bağlamaq olar. Və iddə saxlamaq da lazım deyildir.

Təşəkkürlər.
Sual: salam namazı möhürlə qılmaq vacibdirmi? əgər möhürlə qılınmazsa o namaz batil sayılır?
Cavab: Salam. Ayətullah Xamnei- dəftərxana:

Səcdə etməyin icazəli olduğu əşyalar üzərinə səcdə etmək vacibdir. Əgər kimsə üzərinə səcdə etmək icazəli olmayan əşyanın üzərinə səcdə edərsə namazı batildir. Üzərinə səcdə etmək icazəli olan əşyalar aşağıdakılardır:

Torpaq, daş və yerdən bitən lakin insanlar tərəfində yeyilməyən bitki, ağac və onun yarpaqlarına səcdə etmək olar. Yeyilən və geyinilən əşyalara səcdə etmək düzgün deyildir. Həmçinin qızıl, gümüş və firuzə kimi mə'dən məhsullarına səcdə etmək düzgün deyildir. Lakin mərmər və qara daş kimi mə'dən daşlara səcdə etmək olar.

Bu haqda dəha ətrahlı məlumat üçün risaləyə müraciət edin.

Təşəkkürlər
Sual: Salam ağa paltar yaş olduqda namaz qılmaq olarmı? Bu namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər paltar pakdırsa, yaş və ya quru olmasından aslı olmayaraq onunla namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam indi mən dözməyib özümü boşaltmisam indi mən neynəməliyən
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Etdiyiniz bu günaha görə tövbə etməlisiniz. Həmçinin ibadətlərinizi yeyinə yetirmək üçün cənabət quslu almalısınız.

Təşəkkürlər
Sual: Salam Musiqi haqqında aga nə deiyir bu dini toylarda musiqi calılar bu düzdürmü bunlar icazəlidirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər ifa olunan musiqi haram məclislərdə ifa olunan musiqilərə uyğun deyilsə, haram deyildir.

Təşəkkürlər.
Sual: Meyyit dəfni zamanı gözə torpaq tökmək mənası
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Salam bir qadınin kəbini geri oxunmamış başqa bir adama ərə gedib onunla da kəbin oxunub ondanda ayrılıb indi birinci kəbini keçərlidir ya yox
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Belə olan halda xanım başqası ilə evlənmək üçün gərək birinci həyat yoldaşından təlaq almalı və iddəsi başa çatdıqdan sonra başqası ilə evlənə bilər.

Təşəkkürlər.
Sual: Salam. Mən Rusiyada yaşayan xristian qızla ailə həyatı qurmaq istəyirəm. Amma qız və ailəsi xristian olsa da dindən uzaq adamlardı. Belə olan halda mən necə etməliyəm ki Allahın qəzəbinə düçar olmayaq. Yəni kəbin nigahla bağlı mənə yol göstərin necə edim.
Cavab: Salam. Ayərullah Xamnei-dəftərxana:

Müsəlman kişinin Xrististian xanımla daimi əqd bağlaması haramdır. Siz əgər onunla daimi evlənmək istəyirsinizsə onu İslam dininə dəvət edin və o, İslam dinini qəbul etdikdən sonra onunla daimi əqd bağlaya bilərsiniz. Və ya onunla müvəqqəti əqd bağlaya bilərsiniz, çünki müsəlman kişinin xristian xanımla müvəqqəti əqd bağlaması haram deyildir(əgər o, islamı qəbul etmirsə edə bilərsiz uzun müddətli məsələn: 10 il müddətinə müvəqqəti əqd bağlayasınız və müddət bitdikdən sonra edə bilərsiz (əgər İslam dinini qəbul etməyibsə) yenidən müvəqqəti əqd bağlayasınız. Çünkiəgər İslam dinini qəbul edərsə daimi əqd də bağlaya bilərsiniz).

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı