www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, tualetdə ya hər hansı tualet kimi sayılan yerdə qurban niyyətiilə ya digər niyyətlə heyvan kəsmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş haram deyil.

Təşəkkürlər.
Sual: İmsaq yeməkdən əvvəldir yoxsa sonra?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Üzürlü sayın biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam aleykum bir şəxs imsaka oyana bilməyib və orucunu tutmayıb elə bilib ki imsaka oyanmasan oruc tuta bilmərsən bu haqda maraqlanmaq ağlına belə gəlməyib... Lakin 1 gün sonra facebookda bu məsələyə aid status açıb və o zaman öyrənib ki imsaka oyanmasa belə orucu tutmaq vacibdir orucunu pozduğu gün status açıb maraqlanmayıb və bu haqda maraqlanmaq lazım olduğunu bilməyib... İndi həmin şəxsə 60 gün kəffarə 1 gün qəza düşür? (Qeyd edim ki maraqlanmaq ağlına gəlməyib) bilmədiyi bir məsələyə görə kəffarə düşür ? Zəhmət olmasa cavablandırın
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Belə halda yalnız həmin günün orucunun qəzasını tutmalıdır. Kəffarəyə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salamın Əleykum HANSI HALDA AL- VERİ POZMAQ OLAR?ÇOX SAGOLUN
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu bəhs geniş olduğundan cavabı tam şəkildə bura yerləşdirmək mümkün deyil. Odur ki, ətraflı məlumat üçün istiftaata müraciət edin.

Amma misal olaraq bir neçə nümunə sadalayırıq:

1-Əgər hər iki tərəf alış-veriş yerindən(məsələn: mağaza) ayrılmayıblarsa.

2-Əgər alıcı və ya satıcı aldadılıbsa.

3-Əgər iki tərəfdən biri alış veriş əsnasında alveri istədiyi vaxt(və ya müəyyən vaxtda) pozmağı şərt edərsə.

4-Əgər iki tərəfdən biri öz malını olduğundan yaxşı təqdim edib qiymətini qaldırarsa.

5-Əgər iki tərəfdən biri alqı-satqı zamanı kəsilən şərtə əməl etməzsə.

6-Əgər alınıb-satılan malda eyb aşkarlanarsa.

7-Əgər alınıb-satılan malda şərikin payı varsa və şərik də bu alverdən razı deyilsə.

8-Əgər alınıb satılan malın xüsusuyyətləri qabaqcadan deyildiyi(aralarında razılaşdığı) kimi çıxmazsa.

9-Əgər müştəri aldığı malın pulunu gecikdirərsə.

Təşəkkürlər.
Sual: Salam Allah ibadətlərinizi qəbul etsin. Sualımızı xahiş edirik cavablandırardız. Sual:Əgər biri sübh azanına bir neçə deqiqe qalmış oyansa və möhtəlim olduğunu bilsə nə yeməyə vaxt var nədə qusul etməyə nə etməlidi ?və həmin günün orucunun hökmü nədi? 2-sual:bu adam yenə gec oyanıb məsələn 10 deqiqə azana var ya yeməy yeməlidi yada qusul etməlidi hansını etsin?yəni yeməy yeyib təyəmmüm edə bilər ya yox?bunuda qeyd edim ki, bu adama ac qarına oruc tutmaq çox əziyyət olur. Minnətdaram.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Əgər qusl almağa kifayət qədər vaxt yoxdursa, təyəmmüm edib orucunu tutmalı, sonra da namaz üçün cənabət quslu almalıdır.

2-Qusl almalıdır.

Təşəkkürlər.
Sual: Salam.Men Mubarek Ramazan ayinin oruclarini her gun durub tutmusam ama doze bilmeyib hec bir qusurum olmadan taqetsizlikden acmisam. İşim de agirdir her gun 1, 5 , kacislarim olur. Bezilerimiz var onlar gucludur tuturlar men tuta bilmirem. Qanimda asaqidir. İndi men bilmey isteyiremki menim boynuma kefare ve yaxud qeza gelibmi? Ve bu oriclari tutmasam otutmadagim gunler evezin ne ile vere bilerem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər işə getməməyə şəraitiniz varsa işdən icazə alıb(işə getmədən) orucunuzu tutmalısınız.

Yox, əgər işə getməyiniz zəruridirsə bu halda hər gün(dözülməz həddə çatana qədər)orucunuzu tutmalısınız, yalnız dözülməz həddə çatdıqdan sonra ehtiyac miqdarında(sizi o vəziyyətdən çıxaracaq həddə) yemək yeyə və ya içə bilərsiniz. Sonra yenə də ramazan ayının ehtiramını qoruyub iftara qədər orucu batil edən iş görməməlisiniz. Amma həmin günün orucunun qəzasını tutmalısınız. Əgər dediyimiz kimi edibsinizsə(yəni dözülməz həddə çatdıqdan sonra orucunuzu açıbsınızsa) kəffarəyə ehtiyac yoxdur.

Hətta taqətsiz olacağınızı bilsəniz də, yenə də qabaqcadan(günün əvvəlindən) orucunuzu açmağa və ya əvvəlcədən oruc tutmamağa haqqınız yoxdur.

Təşəkkürlər.

Sual: Salam Aleykum Aga uzrlu sayin sualima gore bilmek isterdimki ayaqyolunda olan zaman ifrazat ederken sehvetsiz gelen sperma orucu pozur???? Tez bir zamanda sualima cavab gonderin xais
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər xaric olan(gələn) maye spermadırsa və spermanın xaric olmağına siz səbəb olmusunuzsa, oruc batil olar. Amma ehtimalən siz sperma ilə digər mayeləri səhv salırsınız. Mümkündür xaric olan maye sperma olmasın.

Təşəkkürlər.
Sual: Salam biz iki mərtəbəli evdə yaşayırıq bizim 2 çi mərtəbədə balkon qonşunun həyətinə düşür biz o balkonda namaz qılmaq üçün qonşudan icazə almalıyıq yəni yer qəsbi sayılır ?
Cavab: Salam. Ayətullah Fazil Lənkərani-dəftərxana:

Bəli, icazə almalısınız.

Təşəkkürlər.
Sual: Salamun əleykum. Mədəsində güclü ağrı olduğuna görə orucunu açan şəxsin boynuna kəffarə gəlirmi? Ümumiyyətlə onun orucunu açması caizdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər həkim oruc tutmağın mədəyə ziyan olduğunu deyərsə, oruc tutmamalısınız. Əks halda mədə ağrısı oruc açmaq üçün səbəb deyildir və kəffarəsi də vardır.

Təşəkkürlər.
Sual: Mən Almaniyada yaşayıram. Alman dövləti minimum yaşayış məbləği ödəyir və Almaniya qanunlarına görə iş icazəsi olmadan işləmək qadağandır. Lakin bəzi əlavə xərclərə ehtiyac olur. Almaniyada siyasi sığınacaq almaq üçün vəkil tutulmalıdır ki, dövlət vəkil üçün pul vermir. Əlavə xərcləri ödəmək üçün "qara iş"də (icazəsiz) işləyə bilərəm? Qeyd edim ki, "qara iş" qadağandır və dövlət məmurları tutarsa, cərimə edirlər.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qanuna əməl etməlisiniz və ya işləmək üçün lazımı qurumlara müraciət edib, icazə almalısınız.

Təşəkkürlər.
Sual: Salam Əleykum Hacı bir insan sübh namazından sonra yatıb yuxuda ikən boynuna cənabət qüslu düşübsə onun orucu batildir? Həmin şəxs zöhr namazından sonra qüsl alıb.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, oruc batil deyildir.

Təşəkkürlər.
Sual: Salam. Mən səhər saat 04.40da yuxudan oyanıb saata baxıb 03.40 kimi başa düşmüşəm. Bu fikirlə də 10 dəqiqə ərzində yemək yeyib orucumu bağlamışam. İmsak vaxtı 03.50də idi. Sonradan saata baxanda başa düşmüşəm ki, imsak vaxtı keçəndən sonra yemək yemişəm. Bu halda orucum pozulmuş sayılır? Əgər sayılırsa qəzası necə olmalıdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Həm həmin günü oruc tutmalısınız, həm də ramazan ayından sonra həmin günün qəzasını tutmalısınız. Kəffarə də lazım deyildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum.Sizden cox xahis edirem bu 3suallarimi cavablandirardiniz.1-hamile qalmamag ucun borunu baglatdirmag ve ya spiral qoryurmag haramdirmi? 2-ummiyyetle uwaga qalmamaq ucun qorunmag haramdir? 3-eger qorunmasam,abort elemek gunahdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Hamilə qalmamaq üçün borunu bağlatdırmaq və spiral qoydurmaq öz-özlüyündə haram deyildir.

2-Uşaq saxlamamaq üçün qorunmaəq haram deyildir.

3-Uşaq saldırmaq haramdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum Aga bilmek isterdim bu istimna emeli orucu pozur? bes bunu eden adam orucunu qesden pozaraq bu emeli etse keffare dusurmu o adamin boynuna yoxsa qeza orucu tutmalidi??????
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, istimna etmək orucu batil edir. Oruc halında bu işi görən adama həm orucun qəzasını vacib olur, həm də kəffarə.

Təşəkkürlər.

Sual: Salam. Vacib cənabət quslu verərkən nifas və heyz quslu da gedirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insanın boynunda nifas, heyz və cənabət quslu varsa və insan qusl alarkən təkcə cənabət quslu niyyəti edibsə, digər qusullar da boynundan götürülər. Amma ehtiyat müstəhəbə əsasən hamısını bir yerdə niyyət etməlidir.

Təşəkkürlər.
Sual: Salam. Vacib cənabət quslu verərkən nifas və heyz quslu da gedirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, əgər təkcə cənabət quslunu niyyət etsəniz(hətta digər qusulları niyyət etməsəniz) və qusl alsanız, digər qusullar da boynunuzdan götürülər.

Təşəkkürlər.
Sual: Salam Sual budur ki agcanaqanad telefonun ustune qonmusdu men elimle agcaqanadi vurdum o öldü Telefonum ustunde leke kimi oldu Onuda deyim ki ölməmişdən öncə ağcanaqanadın sancdığını hiss etdim Telefondada öldürdükdən sonra ləkə kimi qaldı indi telefon üstü nəcis sayılır ya yox
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər yəqin etsəniz ki, öldürdüyünüz ağcaqanad sizi sancan ağcaqanaddır və aradakı zaman da o qədər az ola ki, ağcaqanadı öldürərkən çıxan qan da insan qanı(nəinki ağcaqanadın öz qanı) sayılarsa, bu zaman ağcaqanaddan çıxan qan nəcisdir.

Təşəkkürlər.
Sual: Salam eleykum mübarek ramazan ayında niyet edirem sefere cixım və 10 gün hemen yerde qalım. Namazlarında tam qiliram orucda tuturam sora işim çıxır 10 gunnen az qalsam, basqa yere gedəsi olsam basqa yerde qalsam qabaqki oruç namaz duzdu? xais edirem buyurun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər səfər etdiyiniz yerdə ən azı on gün qalmaq niyyətiniz(qəsdiniz) varsa, namazlarınızı tam qılmalı və orucunuzu da tutmalısınız. Hətta on gün qalacağınız yerdə bir neçə gün qaldıqdan sonra, işiniz çıxsa və on gündən az qalıb başqa yerə getməli olsanız, orada(on gündən az qaldığınız yer) tam qıldığınız namazlar və tutduğunuz oruc düzgün sayılır.

Təşəkkürlər.
Sual: Salam Aleykum bir qadin oz erinden resmi şekilde 1 ilden coxdursa ayrilib ve ayri yasayirsa ve şerii cehetden talag verilmeyibse ve yaxud indi talag verilse gadin 3 ay muddetinde gozlemelidi yoxsa başka nigaha gire biler ? 2 ci sual eger qadin oz erinde ayri yaşadigi vaxtda bir ilden sora talag isdese gadinin yene 3 ay gozlemeldi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadının şəri(dini) təlaq alana qədər ərindən ayrı və ya onunla birgə yaşamasından aslı olmayaraq, təlaqdan sonra iddə saxlamalı(yəni 3 heyz görməlidir) və yalnız bundan sonra başqası ilə əqd bağlaya bilər.

Təşəkkürlər.
Sual: Salam gel lak ve ya dirnag qaynagi etmek olar mi eyer sen dirnagi dibinen etmesek dəstəmaz batil olatmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş naməhrəmin diqqətini çəkməyə səbəb olarsa haramdır.

Amma, əgər dəstəmaz alarkən suyun dırnaq və ya digər dəstəmaz üzvlərinə yetişməsinə mane olarsa, dəstəmaz batildir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı