www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.şuka ve tun baligi yemey olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər pulcuqlu balıqdırlarsa yeyilməsi halaldır. Əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum uzrlu sayin sualima gore Istimnadan sora qusl edilir ve qusl edildikden bir nece saat sora paltarda 1 damci balaca yapisqan mayeye benzer maye gelir bu maye cenabet quslunu pozur ? insanin boynuna cenabet quslu yeniden gelir ? ve bu mayenin meni olmasina da yeqinlik yoxdur ama
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər məni xaric olandan sonra və cənabət quslu almazdan öncə sidik edibsə, qusuldan sonra xaric olan şübhəli maye(məni olub-olmadığı bilinməyən maye) məni hökmündə deyildir.

Amma, əgər qusuldan öncə sidik etməyibsə qusuldan sonra xaric olan şübhəli maye məni hökmündədir və bu maye quslu pozduğu üçün yenidən cənabət quslu alınmalıdır.

Təşəkkürlər.
Sual: quranda yerinə yetirməli hokmlət hansilardi mən bildiklərim bunlardi oruc namaz zəkat xums quran tək bundan ibarət deyil ki
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Üzürlü sayın biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər

Sual: Salamun Aleykum bir sual vermek isteyirem xanimlar dirnagina lak vurmasa ve dirnagini uzatsa weren hokmu nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir. Amma dırnaq uzatmaq naməhrəmin diqqətini cəlb edərsə bu zaman naməhrəmin görməməsi üçün dırnaq örtülməlidir.

Təşəkkürlər.
Sual: Niyə peyğəmbərlərimizin imamlarımızın mövlud və ya şəhadət günlərinin vaxtı dəyişir?🤔
Cavab: Salam. Auətullah Sistani-dəftərxana:

Üzürlü sayın, biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam Eyer bir xanim heyzdise axşam yatmazdan öncə heyzi bitmeyibse və yatarkən oyduğu təzə əskidə seher heç bir qan görmurse sub namazının qezasını qılmalıdır ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər səhər durarkən qan ləkəsi görməzsə, bu zaman qusl alıb namazını qılmalıdır. Əgər namaz qəza olubsa, qəzasını qılmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Bir xanım 23 yaşında ibadətə başlayıb. Bilmək istərdim ki, onun bu vaxta qədər qılmadığı namaz və orucların qəzaları necə hesablanmalıdır. Bu xanım Həddi büluğa çatdığı vaxtı necə təyin etməlidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qadınların həddi-buluğ yaşı, hicri qəməri təqvimi ilə doqquz yaşlarının tamam olmasıdır(Yəni miladi təqvimi ilə səkkiz yaş, səkkiz ay, iyirmi gün).

Qəza ibadətlərini hesablamaq istəyən şəxs ibadətə başladığı yaşdan həddi-buluğ yaşını çıxacaq və yerdə qalan zaman isə onun öz ibadətlərini qəzaya verdiyi zamandır. Daha sonra hər ayda olduğu adət(heyz) günlərini yerdə qalan rəqəmdən çıxacaq, bu halda hər nə rəqəm alınarsa, həmin rəqəm onu qəza namazlarının günlərinin sayıdır.

Amma qəza oruclarını tutduğu zaman heyz günlərini hesablamamalıdır. Çünki heyz günlərinə düşən orucun qəzasını yerinə yetirmək vacibdir. Amma heyz günlərinə düşən namazların isə qəzası yoxdur.

Təşəkkürlər.
Sual: Salam Aleykum istibra edən zaman aləti sünnət edən yerə qədər yox alətin başına qədər 3 dəfə çəkərsə istibraya xələl gəlirmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, sadəcə sidik kanalında sidiyin qalmamasından əmin olmaq lazımdır. Yox əgər dediyiniz qaydada istibra etdikdə sidik kanalında sidik qalarsa, bu zaman istibraya xələl gələcəkdir.

Təşəkkürlər.
Sual: Salam Aleykum Ağa. Ağa mən Azərbaycandanam. Mən babalarım seyiddirlər amma Şəcərəmiz yoxdur. Yəni Hansî İmamın nəslindən olduğumuzu bilmirəm. Burda Araşdir dim. Ve Qaeabağ ərazisinə gələn ilk Babalarım İmam Xəlifə Və qardaşı Rza Xəlifə olub. Onunda 6 Övladı olub. Mende Onun Övladı olan Xudavəndə Xəlifənin nəslindənəm. Ağa Köməklik edə bilərsiz bəkə Babalarım ordan gəlib? Bəlkə İraqda bu haqda məlumat ola. Allah Təala Razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın, biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam Etil spirti pakdirmi?xahis buna cavab vererdiz
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər sipirtin əsli maye deyilsə, hətta məstedici olsa da pakdır. Yox əgər əsli mayedirsə və eyni zamanda həm də məstedicidirsə, ehtiyat vacibə əsasən nəcisdir. Amma əslinin maye olub olmadığını bilmirsinizsə pak hökmündədir.

Təşəkkürlər.
Sual: Əssalamu Ələykə.Hərbi xidmət mərkəzlərində işləyən işçilərin orada əsgərlər üçün hazırlanmış yeməklərdən yeməsi caizdirmi? işçi xüsusi qablaşdırılmış və satışı qadağan olan həmin ərzaqlardan evinə gətirə bilərmi, ev sakinlərinin o yeməklərdən yeməsi caizdirmi? xahiş edirəm cavablandırardınız. Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər sadaladığınız yeməklər əskərlər üçün nəzərdə tutulubsa və qanuni baxımdan da orda işləyənlərin o yeməklərdən istifadəsinə icazə yoxdursa, orada işləyən işçilərin həm o yeməkdən istifadə etməsi(yeməsi) haramdır, həm də evə apardığı təqdirdə ev əhlinin o yeməkdən yeməsi haramdır.

Təşəkkerlər.
Sual: Desdemaz seyid Sistani agay gore neçe defe qolu ve ya neçe defe uzu yumaq lazimdir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Dəstəmazda üzü və qolları(əlləri) bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəb, üç dəfə və ya daha artıq yumaq isə haramdır.

Təşəkkürlər.
Sual: Əssəlamu ələykum mənim sizə bir sualım olacaqdı. Mən şiyə məshəbindəyəm aiylə qurmaq isdədiyim xanım isə əvvəl o da şiyə məshəbində idi. İndi isə sünnü məshəbini qəbul edib, mənim qarşıma belə bir şərt qoyur ki, mən onun sünnü məshəbində qəbul edirəmsə yəni fikrindən daşındırıb şiyə məshəbinə keçməsinə məcbur etmirəmsə mənlə evlənmək isdəyir. Sualım bu qədər Allah sizdən razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Sünnü məzhəbində olan xanımla evlənmək haram deyildir. Əlavə olaraq qeyd edək ki, kimisə məcbur edərək şiə etməyə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam çox üzür istəyirəm. Dul qadınam heçvaxta evlənmə şansım yoxdu yəni yaşım o yaş deyil şəhvətim məni arada basqın edir. İbadət edəndə də belə basqın edir ayda bir dəfə istima eləməsəm yəni boşalmasam yuxuda da məni narahat edir, beynimi çox məşğul edir arada istisna edirəm ki məndən əl çəksin. Bu günahdı ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İstimna etmək haramdır və saydığınız səbəblər də istimna etməyi halal etmir.

Təşəkkürlər.
Sual: Salam sualım sisdani aqayadi. Çox üzür istəyirəm bir dul qadın şəhvətrinə təsginlil vermək üçün yeni beynini bütün gün məşqul edir, ibadətdən bir şey anlamır ona görə də arada istisna edə bilər ya yox?Təşəkkür edirəm xaiş edirəm cavablandirardiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, istimna etməməlidir. Hətta sadaladığınız şərtlər daxilində də istimna etmək haramdır.

Təşəkkürlər.
Sual: Essalamun aleykum. Müsəlmanlardan bir qisim insanın cehennemde günahlarının yuyulmasından sonra Cənnətə daxil olması mümkündürmü ? Təşəkkür edirəm ...
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Üzürlü sayın, biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Şiə xanim sunni bey ile aile qura bilermi??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər xanımın öz məzhəbini dəyişmə təhlükəsi olarsa, bu iş(şiə xanımın sünnü ilə evlənməsi) haramdır.

Təşəkkürlər.
Sual: Salam.evli bir kişi evli qadınla zina edib.sonradan qadın müəyyən səbəbdən əri ilə boşanıb.həmən bir birləri ilə zina edən qadın və kişi bir birlərini çox sevirlər.və etdiyləri əməldən peşman olublar.tövbə edib aralarında kəbin kəsdiriblər.onların aralarında olan kəbin doğrudurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ehtiyat vacibə əsasən evli qadın zina etdiyi kişiyə əbədi olaraq haramdır və onunla evlənə bilməz.

Təşəkkürlər.
Sual: Salam sualım sisdani aqayadi qadın qaşını ala bilərmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir. Amma elə etmək lazımdır ki, naməhrəmin diqqətini çəkəcək formada olmasın.

Təşəkkürlər.
Sual: Salam . Namazın üçüuncü rəkətində artiq sozlər deyilərsə ,bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bilməyərəkdən(səhvən) namaz əsnasında deyilən artıq sözə görə səcdeyi-səhv edilməlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı