www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Məcid binasının xarici divarında yəni çöl səthində Məscid tikən şəxsin rəsmi olarsa, həmin Məsciddə ibadət etmək olarmı? Öncədən təşəkkür edirəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Mən uşaq yaşlarımda namaz qılmışam ancaq əsgərlik qabağı qılmadım və indi qılıram ancaq namazı nə vaxt tərk etdiyimi bilmirəm və qəzalarıda bilmirəm
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Təqribi ehtimal verdiyiniz müddəti hesablayıb, o müddətin namazlarının qəzasını yerinə yetirməlisiz. Əgər iki və daha artıq müddət arasında şəkk edirsinizsə ən az müddəti əsas tutub, o müddətin namazlarının qəzasını yerinə yetirməlisiz.

Təşəkkürlər.
Sual: qelyаn cekmek hаrаmdir? ve yа onun kimi bezilerini
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insanın sağlamlığına gözə çarpacaq dərəcədə zərəri varsa haramdır. Əks halda haram deyildir.

Təşəkkürlər.
Sual: Salam sual unvanladi Sebine.Cume qusulu aldiqdan sonra destamaz almaq vacibdirmi?Bu qusul ile vacib namazlari qilmaq olarmi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Cümə quslu ilə namaz qılmaq olmaz, odur ki, namaz üçün dəstəmaz da alınmalıdır.

Təşəkkürlər.
Sual: Salam ağa saçı və dırnaqları yandırmaq günahdırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam suallara cavabları hansı məzhəbə uyğun verirsiniz.sağolun.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Şiə məzhəbinə uyğun.

Təşəkkürlər.
Sual: Salam şiə məhzəbinə görə qadın qaşını ala bilərmi.sağolun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, bu iş öz özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Ari vafat etmish qadinin agar uwagi yoxdursa.onun haqqi nadir?
Cavab: Salam. Ayətullah Siatani-dəftərxana:

Əgər kişinin uşağı yoxdursa və bir xanımı varsa o xanıma düşən irs, ərin ümumi var-dövlətinin dörtdə biri qədərdir.

Təşəkkürlər.

Sual: Salam Aleykum menim bele bir sualim var bir insan muctehid secimini nece etmelidi butun muctehidlerin risalelerini oxuyub sonra qerar vermelidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İnsan gərək ə'ləm müctehidə təqlid etsin. Ə'ləm müctehidi aşağıdakı üç yolla müəyyən etmək olar:

1-İnsanın özünün yəqinlik hasil etməsi, məsələn, özünün bu sahədə elm sahibi olması və müctəhidi və ələmi ayırd edə bilməsi.

2-Müctəhidi, yaxud ələmi tanıya bilən iki alim və adil insanın bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi. Bu şərtlə ki, başqa iki alim və adil insan onların dediklərinin əksini deməməlidir. Bir şəxsin müctəhidliyi, yaxud ələmliyi hətta insanın etibar etdiyi, bu məsələlərdə lazımi informasiyaya malik olan bir nəfər mütəxəssisin məlumatı ilə də sübutunu tapa bilər.

3-İnsanın məntiqi üsullarla bir şəxsin müctəhid, yaxud ələm olduğuna əmin olması. Məsələn, müctəhid və ələmi müəyyən edə bilən və sözlərindən yəqinlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi.

Təşəkkürlər.
Sual: Salam aleykum cenabet qusulu varken eyni zamanda cume qusulu almaq olarmi ? Coxsagolun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, ikisini də niyyət edib,bir qusl almaq olar.

Təşəkkürlər.
Sual: Kişi qadının halalliqi olmadan olkeden xarice gede biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam ağa qəza namazlarını qıkarkən salamların sadəcə son cümləsini demək olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam əleyküm bir qadın ərindən xəbırsiz öz anasına borc pul verə bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Pul qadının şəxsi puludursa verə bilər. Yox əgər ərinə məxsus puldursa icazəsiz icazə almalıdır.

Təşəkkürlər.





Sual: Mersiyye sieliyin taninmasinda bir rolu varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam. Sualima gore uzr isteyirem. Men niwanlimla olanda goruwurem toxunur edir. Menden ag su gelir yada ele bilirem gelib onda qusl pozulur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər spermanın əlamətləri yoxdursa, bu qusla səbəb olmaz?

Təşəkkürlər.
Sual: Salam aga sualim beledir: Eyyami Fatimede ad gunu kecirtmek olarmi ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər Xanım Zəhraya(s) ehtiramsızlıq sayılarsa, bu işdən çəkinmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam.bilmey istəyirəm yaşı keçmiş subay qız 38 yaşda,atası və babası ölüb,siğe edə bilərmi.qeyd.edibki bakırədir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ata dünyadan köçəndən sonra, qızın icazəsi ata babasının(atasının atası) ixtiyarındadır. Əgər baba da yoxdursa ixtiyar qızın öz əlindədir.

Təşəkkürlər.
Sual: Salam.Bugünden eyyamu fatimedi bu günlerde qadina saç kesdirmek gunahdir yoxsa olar
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Günah deyil.

Təşəkkürlər.
Sual: Salam namaz qilan bir qadin qasina tük kimi görünüş veren parmanent etdirse gunahdirmi ve ya destamaza manedirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyil.

Dəstəmaza gəldikdə isə əgər suyun dəriyə çatmasının qarşısını alırsa, dəstəmaz batildir.

Təşəkkürlər.
Sual: Salam. Men şexsi ev almaq isteyirem gelecekde ailemle normal yaşamaq üçün. Buna göre pul yığıram. Qazandığım pul artıq deyil. Pulumu xerclemirem evden yeyirem ancaq. Qazandığım pulu evim üçün saxlayıram. Men yığdığım puldan xums çıxartmalıyam? Çıxartmalıyamsa nece çıxartmalıyam?
Cavab: Salam. Ayətullah Siatani-dəftərxana:

Bəli, bu pula xums düşür. Və xums günü çatdıqda qazancınızdan yığdığınız pulun beşdə birini xums çıxarmalısız.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı