www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Evela Salam sualim budur kiwi halal arvadi ile arxadan cinsi elaqede ola biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadının razılığı varsa bəli, ola bilər. Amma bu iş məkruhdur və bəyənilən iş deyildir.

Təşəkkürlər.
Sual: Əssalamu Əleykə ağa.. Zalim hakimiyyət olan ölkədə işıq, qazdan qeyri qanuni yolla istifadə etmək haram sayılır? Hər şeyin xalqın oldugun nəzərə alırıq.. Suyun da, tikilən stansiyalar da xalqın sərvətinin hesabına tikilib
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, bu iş haramdır. Gərək qanuni şəkildə istifadə oluna.

Təşəkkürlər.
Sual: Bır ıldı erınden ayrı yasıyan bır xanım bosansa ıdde gozlemeden daımı nıgah ede bıler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, gərək (istər daimi, istərsə də müvəqqəti əqd(nikah) üçün) iddə saxlasın.

Təşəkkürlər.
Sual: Salam size zehmet suallarimi cavablandirardiz.Indiden cox sagolun. 1. Aileli insan ya qadin ya kiwi zina ederse onlarin kebinleri pozulurmu? 2.Yuxularin coxunun duz ciximagi dinde neye esaslanir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir, pozulmaz.

2-Üzürlü sayın biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Broyler toyuqlarini yemek haramdimi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər şəri qaydalara uyğun kəsilirsə, yemək olar.

Təşəkkürlər.
Sual: Salam Aleykum, asatrin balığı yemək olar?
Cavab: Salam. Ayətullah Xamnei dəftərxana:

Əgər pulcuğu varsa yeyilməsi halaldır, əks halda haramdır.

Təşəkkürlər.
Sual: Salam. 31 yaşlı qız ərə getməyib, amma bakirəliyi pozulub. Özü özünü təmin edir. Şəhərdə tək qalır, işləyir. Həmin qızla müvəqqəti nigah bağlamaq üçün atasının icazəsi şərtdir mi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Zinakar qadınla siğə etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ehtiyat vacibə əsasən zinakar qadın tövbə etməmiş onunla müvəqqəti əqd bağlanmamalıdır.

Təşəkkürlər.
Sual: Salam hicabaı açmagin gunahi nedir?1 il olmaz hicabdayam defelerle seytan girib beynime qovmuşam.Ama arada acmaq isteyirem.Bunun keffaresi varmi?onu neyle evez ede bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kəffarəsi yoxdur. Amma bu iş haramdır və islam şəriətinə görə qadın naməhrəmin hüzurunda hicaba riayət etməlidir.

Təşəkkürlər.



Sual: Salam. zinadan olan usaq ozu aile qurur ama kebinle. o evlilikden olan usaqda veled zina sayilirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Evvelceden sualima gore uzr isteyirem Men 15ildi evliyem amma cinsi eleqeye hecc hevesim yoxdu buna gore evimde coxlu dava olur amma interde pis vidolara baxanda hevesim olir bu haramdi??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Men hicab baglamiram amma namaz qiliram oruc tuturam butun dini meselelere riayet edirem bu qebuldurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İbadətlər inşaallah qəbuldur.

Amma hicaba riyət etməməyiniz haramdır.

Təşəkkürlər.
Sual: suni mayalanma halaldirmr
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: salam siğədə valideyn icazəsi lazımdır
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Dul qadındırsa ixtiyarı öz əlindədir və icazəyə ehtiyac yoxdur.

Əgər dul qadın deyilsə atasından və ya babasından(atasının atası) icazə almalıdır. Əgər ata və ya baba (atasının atası) həyatda deyillərsə ixtiyar xanımın öz əlindədir və kimdənsə icazə almağına ehtiyac yoxdur.

Təşəkkürlər.

Sual: Salam Ağa üzr istəyirəm,ifadəmə göre (Mömin) Namaz qılan bir insan Öz həyat yoldaşıyla, (C...Si) əlaqə yaratsa ama dünyaya körpe getir_memeklə baglı,Qoruyucudan istifadə etməyi günahdirmı ? və (S..pmani) boşa çıxartmaq nece günahdırmı?çox xaiş edirəm cavablandırardınız.(Qabaqcadan təsəkkür edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İstər uşaq dünyaya gətirməmək məqsədiylə, istərsə də başqa məqsədlə qoruyucudan istifadə etmək haram deyildir. Həmcinin insan öz halal xanımı ilə ünsiyyətdə olan zaman sperma xaric olarsa bu iş də haram deyildir.

Amma insanın mastiburasiya(insanın qadınla fiziki ünsiyyət olmadan özündən sperma xaric etməsi) vasitəsiylə özündən sperma xaric etməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Niyyət edib kesilən, əhd edilən qurbanın ətindən yemək olarmı. Əgər yeyilərsə əvəzi necə ödənilməlidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, yemək olar.

Təşəkkürlər.
Sual: Musuqili toya getmek olar
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Haram musiqilər ifa olunan toya getmək haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum toya getmek haramdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər haram musiqi və haram içkilər verilən məclisdirsə getmək olmaz. Əks halda haram deyildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum, tatuaj ( döymə ) vurdurmağ haramdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Öz-özlüyündə haram deyil.

Təşəkkürlər.
Sual: Salam sualima gore uzur isdeyirem men ayleliyem men niwanli olanda niwanlimla yaxuniq etmiwem amma bunun pis bir emel olduqunu bilirem amma bakireliyim pozulmamiwdi sonra nikaha girdik bu iw haram iwdirmi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Nikahınız düzdür, amma nikahdan öncə edilən yaxınlıq günah sayıldığı üçün, istiğfar edib Allahdan günahınızın bağışlanmağını diləyin. Həqiqətən də Allah bağışlayandır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı