www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Men bilmek isterdim wam ve xuften namazlari ne vaxtdan sonra qeza namazi kimi qilinir.Cox sagolun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İxtiyari surətdə Xiftən namazının vaxtı gecə yarısına qədər, şam namazının vaxtı isə gecə yarısına bir xiftən namazını qılmaq qədər vaxt qalanacandır.

Amma məcburi surətdə (unutqanlıqdan, yatıb qalmaq...) xiftən namazının vaxtı sübh əzanına qədər, şam namazının vaxtı isə sübh əzanına bir xiftən namazı qılmaq qədər vaxt qalanacandır.

Təşəkkürlər.
Sual: Şahmat oynamağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qumar aləti deyilsə, oynanılması haram deyildir.

Təşəkkürlər.
Sual: Sizden bir xaişim vat İmam zaman duasinin bizlere ne xeyri var
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın, biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam.Men 6 ildir aileliyem.Amma yoldasim cox itetsidiz.Dili dayanmir.Ele hey cavab qaytarir,bir soz deyirem uzadir eseb sistemimle oynayir.6 ildir qurbeten ilellah sebr edirem ama artiq esebden sebrim qalmadi.Esebden sehhetimde bir nece problemler oldu.Sonuncu defe halallasdiq dedim gel yeniden baslayaq ne etmisen halal edirem.Ama yene men soz deyirem uzadir cavab qayrarir meni saymir.Men ne edim?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Üzürlü sayın, biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salamuz eleykum. Bir insan dünyasın dəyişərsə onun ücün yeddi gün ehsan verib hər gün qəbrin ziyarət etmək və pulun müqabilində molla saxlamaq vacibdirmi. Allah bütün müsəlmanlara kömək olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, vacib deyil.

Təşəkkürlər.
Sual: Salam, mən subay oğlanam. Bir zinakar qadın var. Yoldaşınnan çoxdan boşanıb. Mən onun ilə siğə edə bilərəm? Əgər, edə bilərəmsə, necə etməliyəm? Bir də ki, heç vaxt evli olmamış və bakirəliyi haram yolla pozulan cavan qızlarla (zinakarlar) siğə etmək olar mı? Öncədən bu sualıma görə üzr istəyirəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Zinakar qadınla müvəqqəti əqd bağlamaqçün, əvvəlcə o qadın tövbə etməlidir. Əks halda onunla müvəqqəti əqd bağlamaq olmaz.

Bakirəliyi qeyri şəri yolla aradan getmiş qadınla müvəqqəti əqd bağlamaqçün atasından ya da ata babasından (atasının atası) icazə almaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam. Xətiblərin biri nəql edir ki imam Zaman gələndə dünyanı ədalətlə bərqərar edəcək. Hətta heyvanların arasındada. Yəni qudla qoyun bir yerdə dayansa,qurd qoyunu yeməyəcək. Sualım budur ki: "məgər İmamın gəlişindən qabağ heyvanların arasında ədalətsizlik olub ki İmamdan sonra ədalət öz yerin tapacaq?məgər İmamın gəlişindən qabağ Allah ədalətlə yer üzünü yaratmayıb?
Cavab: Salam. Bağışlayın biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam Alekum Sualim budurki Qadin muveqeti eqdi bitdikde nece mudet idde vaxti gozlemelidir pak olmaq ucun ve ya basqa bir sexsle muveqeti nigaha girmek ucun?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər heyz görəndirsə iki heyz gözləməlidir. Əgər heyz görən deyilsə (yaisə qadınlar istisnadır) 45-gün iddə saxlamalıdır.

Təşəkkürlər.
Sual: Salamin aleykum menim sualim xamneyi aganin defterinedi.uzr isteyirem bunu bilmek isteyirem cunki bizlere cox sual olunur.xanimla cinsi elaqeye girmek isterken bezen sehvetin olmur sehvetini oyatmaq ucun internetde porno flimlerine baxmaq olarmi bunu genis izahini vererdiz zehmet olmasa.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş haramdır.

Təşəkkürlər.

Sual: Salam Aleykum. Sualim beledir: Azan verilen zaman namaz qilmaq olarmi yeni azan bitmemiw?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər əzan vaxtında verilirsə (yəni vaxtından tez verilmirsə) əzan bitməmiş namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam her vaxtiniz xeyir Hormetli Muctehidlerimiz.Eyer 1 Muselman Qadin Heyat Yoldasi ile (uzr isteyirem) 1 ildi elaqede olmayibsa Kebinleri dushmush sayilir?Coxsagolun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, bu iş kəbinə xələl gətirməz.

Təşəkkürlər.
Sual: Salam.aleykum. Daminonun hokumni bilmek isteyirdim Azerbaycanda.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Domino oynamaq haramdır.

Təşəkkürlər.
Sual: Salam. Bağişlayin üzüzür isdeyirem boşalmadan əlnən isdimna etməyin hökmü nədir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ehtiyat vacibə əsasən haramdır.

Təşəkkürlər.

Sual: Salam ələykum ağa mən siyğenin doğru olub olmamağın öyrənmək istəyərdim və qaydasın allah razı olsun mümkün dürsə
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Bəli, doğrudur. Amma qaydasını burda qeyd etmək imkanımızdan xaric olduğu üçün bu haqda risaləyə müraciət etməyinizi məsləhət görürük.

Təşəkkürlər.

Sual: Salam bir şəxs özəl bir müəssisədə işçidi əgər o əmlakın xümsu çıxılmayıbsa o işçi orda namaz qıla bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, qıla bilər.

Təşəkkürlər.
Sual: Salam qerb ölkesinde yawayan biri halal qida ile bagli cetinlikle üzlewib bir muddet sonra türk restorani tapibsa hamin restoranda yemek yeye biler yoxsa arawdirma aparmalidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər bu restorandakı qidaların halallığına yəqini yoxdursa, araşdırma aparmalıdır.

Təşəkkürlər.
Sual: Salam men halal ve haram olan icki mesullari satilan bir yerde anbardar iwleyirem evin butun telabatida menim ohtemdedi menim burda iwlemeyim haramdi yoxsa halal
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salam. Xanım həyat yoldaşını aldadıb başqasıyla telefonla danışıb. Yoldaşı baqişlayib bu hal yenə təkrarlanıb yenə bağışlayıb. Üçüncü dəfə təkrar olsa boşana bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, boşanmaqda ixtiyar kişinin əlindədir.

Təşəkkürlər.
Sual: Dəvə necə zibh olur və dəvənib kəsilməsində qiblə vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana: 

Bismillah deyərək bıçağı onun boynu ilə sinəsi arasında olan boşluğa sancmaq lazımdır və qiblə şərt deyil.

Təşəkkürlər.
Sual: Salam.Məsciddə pişnamaz namazın müstəhəb yerlərində yəni rukuda yada səcdədə Allahuəkbəri bədəni aram olmadan deyirsə onun arxasında namazımız qəbuldur ya yox. Əyər qəbul deyilsə bizim hökmümüz nədir? Təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu yerlərdə "Əllahu əkbər"i mütləq zikr niyyəti ilə deyilərsə, bədənin aram olmağına ehtiyac yoxdur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı