www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Quslde tertib pozulduqda onu duzeltmek lazimdir yoxsa, evvelden başlamaq, meselen başi yuduqdan sonra sol terefi yusa, sonra qayidib, sağı yusa sonra quslun tamamlanması üçün solu yusa, qusl sehihdir, yoxsa batil.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əvvəldən başlamağa ehtiyac yoxdur. Tərtibi düzəltmək kifayət edir.

Təşəkkürlər.

Sual: salam men bilmek isteyirem momun olan insan ve momun olmayan muselman evde ve heyetde it saxlaya biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Hədislərə əsasən it olan həyətə mələklər daxil olmaz.

Amma saxlanılmasına ehtiyac duyulduğu halda, nəcasət və paklığa riayət etmək şərtiylə saxlamaq olar.

Təşəkkürlər.
Sual: Xumsu verilməmiş paltarla namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xumsu verilməyən paltarla qılınan namaz batildir.

Təşəkkürlər.
Sual: Salam, əyər ər 6 ay başqa ölkədə işləyir evə gələ bilmirsə, qadın şəhvət hissini aradan qaldırmaq üçün istimna edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Pulcuqsuz balıq yemək haramdır yoxsa yox və mümkünsə açıqlamasını izah edərdiniz. Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Pulcuqsuz balığı yemək haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum..sualim: Heyzli olan halda Quran oxumaq yaxud Qurani Kerimi ele goturmek olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Oxunarkən səcdə edilməsi vacib olan ayələr istisna olmaqla, digər ayələri heyzli halda oxumaq olar.

Amma ümumilikdə heyz olan xanımın quran oxuması və ya qurana toxunması məkruhdur.

Təşəkkürlər
Sual: SALAM ALEYKUM.SUALIM BELƏDİR NƏYƏ GÖRƏ XANIM ZEYNƏBLƏ ƏBƏLFƏZL AĞA 14 MƏSUMDAN HESAB OLUNMURLAR?BİRDƏ AZANDA ƏLİYYƏN VƏLİYULLAH DEMƏK VACİBDİRMİ?YƏNİ İMAM ƏLİ UŞAQ OLANDA YARANMIŞDI İSLAM DİNİ,YƏNİ O UŞAQ OLARKƏNDƏ ƏLİYYƏN VƏLİYULLAH DEYİRDİLƏR?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əzanda "Əliyyən vəliyullah" demək vacib deyil.

Üzürlü sayın, biz əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Allahın salamı və bərəkəti üzərinizə olsun. Sualım belədir. Məşhəd ziyarəti zamanı qadın heyz halına başlasa nə etməlidir? Nəzərə alaq ki, bu ziyarətə Azərbaycandan qoşulur və çox arzu edilir. Təşəkkür edirəm. Allah hamınızdan razı olsun, inşallah. Amin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ehtiyat vacibə əsasən heyz halında olan xanım İmamın mübarək zərihinin olduğu yerdə dayana və ya əyləşə bilməz. Amma bir qapıdan girib başqa bir qapıdan çıxa bilər.

Lakin hərəmin digər yerlərində dayanıb (və ya əyləşib) duayla məşğul ola bilər.

Təşəkkürlər.

Sual: Men oğlanam.men xeyal quraraq sehvetimi bosaltsam Gunahdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər öz xanımını düşünərək xəyal qurarsa, bu iş sperma xaric olmamaq şərti ilə haram deyil.

Amma öz xanımından başqa birini xəyalında canlandırarsa, bu iş hər halda (istər sperma xaric ola ya olmaya) haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum. 1.qadin dirnaq uzada bilermi? 2.qadin dirnagi hansi hedde qeder uzada biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Bu iş öz-özlüyündə haram deyildir.

2-Naməhrəmin diqqətini çəkməyəcək və zinət sayılmayacağ həddə uzada bilər.

Əgər öz məhrəmi üçün zinət olaraq uzadıbsa və diqqət çəkirsə gərək naməhrəmdən gizlədilə.

Təşəkkürlər.
Sual: Salam,insana xosh sozler deyende terif oldugda insan sevinse gunah qazanir ya bunun eybi var?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş günah deyil.

Təşəkkürlər.
Sual: Salam,sionistlerin mallarin almaq caizdi?mes:ariel parashoku ya sinikers shokolati yaxud dish mecunlari..?yazilana gore butun muctehidler sionislerin mallarin alqisin satqisin haram edib bu duzdu?ve mallarin shekillerinde gonderilmishdi yuxarda yazdigim eshyalarda hemen shekilde var idi.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Sionist rejiminin istehalı olan malları almaq haramdır.

Təşəkkürlər.

Sual: Salam.Heyzli qadinla fecrinden ve arxadan olmamaq serti ile bosalmaq olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Heyzli qadınla fərcdən yaxınlıq etmək haramdır. Arxadan yaxınlıq həm heyz halında, həm də heyz olmayan halda məkruhdur. Sualda qeyd olunan halda məninin (sperma) xaric olması haram deyildir.

Təşəkkürlər.
Sual: Salam aleykum. cox uzr isteyirem ama sizden bir movzu barede meslehet isteyirem eyer bu haqqda mene bir meslehet versez cox komey etmiw olarsiz. Evvelce uzr istiyirem ama men niwanli idim niwanlimin ailesi mene qarwi yaxwi deyildi aramizi vurmaq ucun ellerinden geleni edirdiler niwanlimda hecne demirdi ve belece bizim aramizi vurdular ama cox cox uzr istiyirem bizim sevgimiz qarwiliqli idi sadece oqlanin ailesi sanki paxilliq edirdi bize. Ayirdilar bizi Kebinde var idi onuda pozdurduq aylar kecdi oqlan pewman oldu yene mene zeng etmeye bawladi cox pewman olduqunu soyledi ama anasina qarwida cixa bilmir bariwmaq isteyir sadece anasindan cekinir anasi cox sert insandi cunki . Etrafimizdakilar deyirki cadu edibler oqlana bariwmaq isteyir ama nese mane olur ona men ise bele weylere inanmiram Allaha siqiniram. Indi ise sizden bir meslehet isteyirem cox xaiw edirem bir yol gosterin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam əleykum. 4 və ya 3 rükətli namazın ikinci rükətində təşəhüddən sonra təkbir deyib üçüncü rükətə qalxmağın işğalı varmı? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, işkalı yoxdur.

Amma bu təkbir namazın bir hissəsi kimi yox, zikr niyyəti ilə deyilməlidir.

Təşəkkürlər.

Sual: Salam. Men bilmek isteyirem ki xums miqdari ne qeddr olmalidir. Yeni butun geyim mal varliginin nece faizini teskil etmelidir,yaxud da illik gelirin nece hissesini teskil etmelidir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xums illik gəlirdən artıq qalan pul və digər əşyalara vacib olur.

Miqdarı isə artıq qalan pul və ya əşyaların beşdə biri qədərdir.

Yəni 20 faiz.

Xums haqqında daha ətraflı məlumat almaq üçün risaləyə müraciət edin.

Təşəkkürlər.

Sual: SALAM ALEYKUM. 1. ŞUKA BALIĞINI YEMƏK OLAR ? 2.XƏRÇƏNG YEMƏK OLAR ? 3.. KVAS İÇMƏK OLAR ? 4.... SUŞİ YEMƏK OLAR?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Əgər pulcuğu varsa yemək olar, əks halda yeyilməsi haramdır.

2-Xərçəngin yeyilməsi haramdır.

3-Tərkibində spirt varsa haramdır.

4-Əgər pulcuqlu balığdan hazırlanarsa yemək olar. Əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: salam Aleykum bagisdiyin narahat edirem bir sualim var xais edirem cvab verin menim bir oglum var 1 yas 2 ayliqdi xanimim temizlik baximindan usagi yuyanda necasetin hokumlerine riyayet elemir .usagi cimizdirende ve s her defe usaq meni opende agzinin nemliyi deyir uzume mede mecburam uzumu suyun altinda yuyum.ama bir defe usagi cimizdirenden sora yeqinin yoxduki sonrada yene usaq necasete batib yoxsa yox sekime etina etmiye bilerem?mene bir cixis yolu gorsedin .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şəkkinizə etina etməyin. Pak hökmündədir.

Təşəkkürlər.
Sual: Salam.Bilmek isterdim qadin heyzli vaxti oral sexsle mesgul ola bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər



Sual: Salam.eleykum birde men yeni hicaba kecmisem evvel geyinmemisem.indi men kimlerise hicaba devet ede bilerem?men isterdim ki etrafimdakilar da hicabin gozelliyin anlasin.ama men evveler hicabsiz olmusam deye meni ciddi qebul etmirler.menim vezifem nedir?birde men basqasinin malindan icazesiz gotursem ondan halalliq almaliyam?sag olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əvvəllər hicabsız olmağınız insanları hicaba dəvət etməyinizin qarşısını almamalıdır.

İmkan daxilində hicabın gözəlliyindən danışıb, insanları hicab geyməyə həvəsləndirməlisiniz.

İcazəsiz götürdüyünüz malların sahibindən də halallıq almalısız.

Təşəkkürlər.



Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı