www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam aleykum.bir qız nişanlı olduğu oğlannan evlenmədən ayrılıb.Amma oğlan evi bildirib ki,bir birlərinə haram olmasınlar deyə aralarında kebn oxunub.Amma qız evi deyir bizim bunnan xəvərimiz yoxdur.Yəni nişanlı oldugu halda qızın atasinin ya anasinin xəbəri oknadan oglan evi kəbn oxutdura bilərmi? Əyər bu kəbn dogrudursa və qiz indi basqa oglana ərə gedirsə əvvəl nisanli oldugu oglannan talaq almalidirni? Yoxsa ehtiyac yixdur? Qeyd edim ki,hardasa bir həfdə zad nısanli olublar.Aralarinda heç bir yaxinliq olmayib sadəcə ara sira nişanlı kimi görüşublər.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər qız atasının himayəsində yaşayırsa və müstəqil yaşamırsa bu nikah batildir. Təlaq oxunmasına gərək yoxdur.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Sizə üç sualım var. 1.Müstəhəb qüsulla dəstəmazın şərt olduğu əməlləri dəstəmaz almadan yerinə yetirmək olar? 2.Səfərdə olan iki şəxs bir-birinə iqtida edə bilər?Yəni zöhr,əsr və xüftən namazlarını.İkisidə qəsr qılsa. 3.Qəza namazını qəza namazı qılana iqtida edərk qlmaq olar? Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Xeyir, icazəli deyil. Yalnız cənabət qüslu dəstəmazı əvəz edir.

2. Bəli.

3. Bəli, olar.

Təşəkkürlər.
Sual: Əssalamu aleykum XAMENEYİ Ağaya təqlid edirəm. Bilmək istərdim ki dəstəmaz alandan sonra namaza başlayanda və namaz qılan vaxt insandan bağırsaq yeli çıxmaq istəyəndə insanın özü sıxmasının hökmü nədir.və həmçinin pişnamaz olarsa. Çoxsağolun təşəkkür edirəm
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Özünü sıxmaq dəstəmazı batil etmir. Lakin yaxşı olar ki, bu halda namaza başlamasın.

Təşəkkürlər.
Sual: Salam aleykum, sualıma görə üzr istəyirəm. Bir kişi öz həyat yoldaşında uzaqdadır və təbii olaraq şəhvət hissi oyanır, lakin istəmirki günaha batsın. Həmin kisi həyat yoldaşının şəkillərinə baxır və daha da şəhvət hiss oyanır həmin insan haram şeylərə baxmadan və haram birisini düşünmədən sadəcə həyat yoldaşını və onunla olacaq cinsi münasibətini düşünüb öz-özünü təmin etməsi yenədə günah sayılırmı?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər istimna etməsinə səbəb olarsa günahdır. Əks halda sadəcə şəkillərə baxmasının maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam Qadin heyat yoldawiyla cinsi elaqede oldugu zaman meni pasdele deyerse pasdel necis sayilir? 2 Pasdel yuyulmasa qusul alib yatilsa qusul batil olur?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Məninin dəydiyi yerlər nəcis sayılır. Həmçinin insanın bədəni yaş-yaş ona toxunarsa bədəni də nəcis olur. Lakin qüslun batil olmasına səbəb olmur.

Təşəkkürlər.
Sual: Salam. Men bilmek isteyirdim ki, binance kimi birjalarda spot / margin ve future kimi trading-ler etmek halaldir ya haram? Margin-de borc verilir geri ödenilir, future de faiz ile ( xaricilerin saytidir), spot da ise ozunun neyin varsa onunla. Teshekkur edirem.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu birjaların mahiyyəti və iş sistemi bizə məlum olmadığı üçün dəqiq cavab verə bilmərik. Zəhmət olmasa dəqiqliyi ilə mahiyyətini açıqlayın.

Təşəkkürlər.
Sual: Ocus deyilen bir wirket var. Elektron puldur. Wirket bize koinleri pul weklinde teklif edir.biz pul qoyub koin aliriq.ve qoydugumuz pulun 50 faizi bize mueyyen muddetden sora qayidir.yatirim edib 50 faizini geri aliriq.bu iwle mewgul olmaq icazelidirmi?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər müsəlman şirkətidirsə bu iş riba və haramdır.

Təşəkkürlər.
Sual: Salam. Həddi məsafə şəhərin çıxışından hara qədərdir? Yəni gedəcəyimiz yer şəhərin çıxışından şəhərin girişinə qədərdir yoxsa gedəcəyimiz məkana qədərdir?
Cavab: Əleykum salam.

Ayətullah Vəhid-dəftərxana:

Şəri məsafə yaşadığınız məntəqənin (şəhər, kənd və s.) divarından yaxud sonuncu evlərindən getdiyiniz şəhər və ya kəndin divarına yaxud birinci evlərinə qədər hesablanır.

Təşəkkürlər.
Sual: ASSALAMUALEYKUM sualım SEYYİD XAMENEYİ AĞAYADIR sualım belədir ki 1.Mən dənizdə rəngsaz işləyirəm elə vaxt olur ki namaz qılarkən əlimdə görürəm rəng qalıb onuda təmizləmək çox çətindir. Onunla qıldığım namazın hökmü nədir. 2ci sualıma görə üzr istəyirəm. Qadın heyzli olarkən kişinin qadınla arxadan olmasının hökmü nədir. Əlbətdə qadının razılığı ilə
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər çətinlik dözülməz həddə deyilsə boyanı təmizləmək vacibdir. Əgər dözülməz çətinlik və məşəqqət həddindədirsə həm təyəmmüm etməli həm də dəstəmaz almalısınız.

2. Qadının razılığı olarsa icazəlidir lakin şiddətli şəkildə məkruhdur. İcazəsi olmazsa haramdır.

Təşəkkürlər.
Sual: Salam. Sistani ağanın müqəllidiyəm. 1. Zinanın tərifi nədir? Qadın və kişi cinsi orqanları ilə olan əlaqəyə zina deyilir? Öpüşmək və bu kimi (duxul olmadan) şəhvani hərəkətlər zinadır? 2. Bir qadın var, boşanıb, amma təlaqı verilməyib. "A" adlı bir şəxs həmin qadınla öpüşüb, lakin cinsi orqanlarla əlaqə olmayıb, duxul olmayıb. Sonra həmin qadının təlaqı oxunub və iddəsi də çıxıb, indi "A" həmin qadınla kəbin kəsə bilərmi?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər duxul olarsa zina hesab olunur. Əks halda sadaladığınız şeylər günah olsa da zina sayılmır.

2. Bəli.

Təşəkkürlər.
Sual: Şehvet oyandiran video ve kinolara baxmaq günahdirmi?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Şahmat yoluyla pul qazanmaq haramdır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər onunla qumar oynanılarsa həm oynamaq həm də onunla əldə olunan pul haramdır. Yox əgər müsabiqələrdə iştirak etməklə əldə olunarsa və qazanılan pul iştirakçıların pulları deyilsə, yaşadığınız məntəqədə şahmat qumar aləti hesab olmadığı təqdirdə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Əssəlamu Aleykum sualım XAMENEYİ Ağayadır. Bilmək istərdim. 1ci qəza namazlarında sübh zöhür əsr namazlarını yavaş səslə qılmağı hökmü nədir.2ci qəza namazlarında təsbihatı ərbəni bir dəfə deməyin hökmü nədir
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Zöhr və əsr namazlarını pıçıltı ilə qılmaq vacibdir. Lakin kişilər sübh namazını, məğrib və işa namazlarının ilk iki rəkətini səsli qılmalıdır və pıçıltı ilə qılarsa batildir. İstər əda (vaxtında qılınan) olsun, istər qəza. Amma qadınlar səsli namazları da pıçıltı ilə qıla bilərlər.

2. Təsbihati-ərbə'əni bir dəfə demək vacib, üç dəfə demək müstəhəbdir. İstər əda olsun, istər qəza.

Təşəkkürlər.
Sual: Salam. Sualıma görə çox üzr istəyirəm. Qoçun xayasın yemək haramdır? Təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Hicablı qadın qaynatasının yanında hicabsız gəzə bilər?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Allahı salamı olsun sizə. Əvvəllər sıfırla qırxırdım üzümü sonradan birlə qırxmaq istədim lakin atam evdə qəti şəkildə narazılıq edir. Mən bu halda neyniyə bilərəm?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Vacib ehtiyata əsasən kişi üzünü tamamilə qırxa bilməz və ürfün nəzərində "saqqal saxlayır" deyiləcək həddə üzündə tük olmalıdır. Bu məsələdə valideynin sözü keçərli deyil və Allahın əmrinə itaət etmək vacibdir.

Təşəkkürlər.
Sual: ƏSSALAMU ALEYKUM sualım XAMENEYİ Ağayadır. Bilmək istərdim bankdanpul götürüb maşın almağın və yaxud ev almağın hökmü necədir. Çünkü bank faiz alır
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Zərurət yoxdursa icazəli deyil. Əgər zəruri hal yaranarsa borc niyyətilə götürmək olar. Hərçənd məcbur olub faiz verəcəyini bilsə belə.

Təşəkkürlər.
Sual: Qurbanliq vacibdir muselmana
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Həcdə olmayan şəxslər üçün qurban kəsmək müstəhəbdir, vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Bir insan "Qurban bayramı"nda kəsib insanlara paylamaq məqsədi ilə alıb,saxladığı heyvana xums düşürmü?Düşürsə əgər necə hesablanmalıdır?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xums günü çatıbsa yaxud aldığı vaxtdan bir il keçibsə onun xumsu verilməlidir. Əks halda xumsunu vermək vacib deyil. Xums onun özünün yaxud qiymətinin beşdə bir hissəsidir.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Bir dəfə geyinilib,daha geyinilməyən paltara xums düşür?Düşərsə onu necə hesablamaq lazımdır?Geyimi aldığım qiymətləmi hesablayım?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər bir dəfə ehtiyac olduğu üçün geyinilibsə xumsu yoxdur. Əks halda indiki qiymətlə xumsu verilməlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı