Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. Qüsul alan zaman insan sidiyə gedərsə onda təzədən almalıdı qüslu ya ehtiyac deyil?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Yenidən qüsl almaq lazım deyil, qüsla davam edə bilər. Lakin bu qüsl cənabət qüslu olsa belə namaz üçün dəstəmaz alması lazımdır.
Təşəkkürlər.
Sual: Salam elykuma Bİr Xanım Var Boşanib Və Yoldaşıda Buna Deyibki Mən Səni Boşayiram Get Basqasyla Xosbəxt ol Amaki Xanım Onan boşanan sonra Təlaqi Geri Oxudurmayib Usdunen 1 il keçenən sonra Başqa Kişilə Aylə Qurub və Yaxınlıqda edib Sonra Gedib Birinci Ərinən Təlaqi Geri Oxdurub Bu İkinci Yoldaşına 3 ay ide saxlayıb və Onula Kəbine Girib Bunu Günahı Və Kafaresi varmı ?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
İkinci ilə kəbni batildir və vacib ehtiyata əsasən bir-birinə əbədi haram olurlar və iddə saxlamaq onunla yenidən kəbn oxumaq üçün kifayət deyil. Lakin bu məsələdə əbədi haram olmamağa fətva verən bir müctehidə üdul edərsə iddədən sonra ikinci ilə yenidən kəbn bağlaya bilər.
Təşəkkürlər.
Sual: Salam rayona qonaq gederken oruc nece tutmaq olar
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər rayon sizin vətəninizdirsə və ya orada 10 gün qalmaq məqsədiniz varsa oruc tutmalısız. Əks halda oruc tuta bilməzsiniz.
Təşəkkürlər.
Sual: Salam .Ağacan bir sualim olacaq ? Covşen kebir duasini ara vermekle oxumaq olar xayişedirem cavab verin önceden teşekürler
Cavab: Aleykum salam.
Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.
Təşəkkürlər.
Sual: SALAM!
1. 11 yaşı var üstünde heyz qüslu olub 5-gun oruc tutub. şəri məsələdən anlayışı yoxdur. orucu batildir?
2. 6-ci gunu uçun qüsl alanda niyetdə bilmədiyi üçün qürbətən illəllah deyib. onun bir nöqsani var?
3.11 yaşı var. 7-ci gundur oruc tutur. indi deyir ata basim firlanir. urəyim bulanir. mən onu 23 km yol aparib orucunu pozdura bilerem?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
1. Orucu səhihdir.
2. Nöqsanı yoxdur, orucu düzgündür.
3. Zöhr azanından əvvəl bu işi görə bilərsiniz. Yaxud uşaq üçün dözülməz çətinlik və məşəqqət yaranarsa zəruri miqdarda su içə və yemək yeyə bilər. Lakin günün qalan hissəsini orucu batil edən şeylərdən çəkinməlidir. Bu halda həmin günün yalnız qəzası ona vacibdir.
Təşəkkürlər.
Sual: Salam.Sirketimizin adi Ocosdur.Koin istehsal edir.Coin paketleri var.Paketi alib, iki ayin tamam oldugu gun qoyduqmuz pul duz 50 faiz artir.misal cekim size meslen 50 dollarliq paket aldiniz, iki aya olacaq 75dollar 100dollar iki aya 150. 300 dollar 450 olur.bu is America vevazerbaycan arasinda olan bir isdir.Bu is halaldirmi?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Ayətullah Xameneinin bu məsələ ilə əlaqədar cavabını əldə edə bilmədik. Müqəllid bu məsələdə növbəti ə'ləm müctehidə üdul edə bilər.
Təşəkkürlər.
Sual: Anam oruc tutmur. Amma hər gün obaşdan durur və bizi oyadır, süfrəni qurur və biz yeməyi bitirənə qədər bizim qulluğumuzda durur. Onun bu işinin savabı var? Çünki hədisdə var ki, kim namaz qılmasa heç bir yaxşı əməli qəbul etməz Allah.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.
Təşəkkürlər.
Sual: Salam sualima gore uzur isdeyirem ....qadinla cinsi elaqede olarken arxadan olmaq..haramdirmi??eger qadin isteyirse olmaq haramdirmi..sualima gore uzur isteyirem..
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər qadın razıdırsa icazəlidir. Lakin şiddətli kərahəti vardır.
Təşəkkürlər.
Sual: Salam. Sualıma görə çox üzür istəyirəm. Mən bügün sübh namazının vaxtı çıxdıqdan sonra yatdım ve yatdıqdan sonra məndə məni ifraz oldu. Bu hal orucu pozur ? Oruclu halda cənabət qüslü ala bilerem ?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Orucunuz düzgündür və qüsl almağın maneəsi yoxdur.
Təşəkkürlər.
Sual: Salam...1-Mən qiz və oğlanın tərəfindən daimi kəbini oxuyuramsa qız və oğlan biraşa məni yox başqasını vəkil edibsə...o da başqasıni və o da başqasını..bu cür halda aşağıdakı qaydada kəbini oxumaq olarmı?..
.انكحت المراة المعلومة للمرء المعلوم على المهر المعلوم.. قبلت النکاح للمرء المعلوم على المهر المعلوم
...2...Yuxarıda qeyd olunan halda -əlmərətəl məlumətə və əlmərəl məlum sözlərinin yerinə qız və oğlanın adı çəkilsə kəbin düzdürmü?...3-Müvəqqəti evliliyin iddəsi 2-ci heyz başlamaqla bitir? Müvəqqəti evliliyin iddəsi bitənə kimi qız və oğlan bir-birinə məhrəm sayılirlar?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Xeyir, bu şəkildə oxumaq kifayət deyil və əqdi oxuyarkən vəkilləri zikr etmək zəruridir.
2. Əgər vəkilləri də əqddə zikr etsəniz düzgündür.
3. Müvəqqəti evliliyin iddəsi ikinci heyz tamam olanda bitir. Və iddə müddətində məhrəm deyillər.
Təşəkkürlər.
Sual: Salam..1-Talaq zamanı ortada 4 dənə vəkil var..talaq necə oxunmalıdir?..yəni ər bir nəfəri vəkil edib o da digərini..o da başqasını vəkil edib... bu cür halda talaqın sözləri necə olmalıdır?..2-Ərəb dilini bilməyən şəxs talaqı ana dilində oxuya bilər yoxsa mütləq başqasını vəkil tutmalıdır?..3-Talaq üçün kişiyə müraciət olunur..kişi də qadına deyir ki talaqı oxutdura bilərsən ..bu vəkalət sayılırmı?..Qadın bu cür halda talaq oxutdura bilər?..yoxsa kişi mütləq səni vəkil edirəm deməlidir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Təlaqın bir neçə şəkildə oxunuş qaydası var və vəkillərin kişi və ya qadın olmasına görə də dəyişir. Bunun üçün risaləyə müraciət etməyiniz məsləhətdir.
2. Təlaq ərəbcə oxunmalıdır. Ərəbcə düzgün oxunuş qaydasını bilməyən şəxs başqasını vəkil etməlidir.
3. "Səni vəkil edirəm" sözünü deməyə ehtiyac yoxdur, sadəcə "gedib oxutdura bilərsən" və bu kimi sözlər deyərsə kifayətdir.
Təşəkkürlər.
Sual: Salam olsun. Üz qırxmaqla əlaqədar olan hökmlər (ülgüclə olmaz) bədənin bütün hissələrinə aiddi yoxsa ancaq üzə? Bədənin başqa yerlərində olan tükləri ülgüclə qırxmaq olar?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Bu hökm yalnız üzə aiddir.
Təşəkkürlər.
Sual: Salam xanımın aybaşı gününə 2gun qalmış cinsi əlaqədə olduq xanımla ,dəsmala qəhvəyi rəngli bulantı göründü ancag həmin vaxt xanım aybaşı deyildi indi biz necə etməliyik zəhmət olmasa cavablandirarsiz
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Sualınız aydın deyil. Zəhmət olmasa konkret olaraq nəyin hökmünü bilmək istədiyinizi yazın.
Təşəkkürlər.
Sual: Eger qadin yuxuda şəhvət hissinin oyandığını,mohtelim olduğunu görərsə,yuxudan oyandiqda məni olmasa qusl vacibdirmi?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana.
Qüsl vacib deyil.
Təşəkkürlər.
Sual: Salam, bir neçə sualım var;
1. Dişi pasta ilə fırçalamaq orucu pozur? Boğaza getməməsi mümkün deyil. Ən azı sərinlik yaradır.
2. Dişin dibi qanasa oruc ne etmelidir?
3.oruc Dəstəmaz alanda şəkk edirki dəstəmaz suyu ağız suyuna qarışdı və yaxud ağızda sərinlik yaratdı.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Boğaza getməzsə sərinlik yaratmasının eybi yoxdur.
2. Onu udmamalıdır, çölə atmalıdır və orucu səhihdir.
3. Şəkkinə etina etməməlidir.
Təşəkkürlər.
Sual: Salam Mənim boynuma qüsul gəlib Oruçda tutdum oruçub Batil sayılır ?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Bilərəkdən sübh azanına qədər cənabətli halda qalmaq orucu batil edir və o şəxsə qəza və kəffarə vacib olur. Amma gündüz vaxtı yuxuda cünub olarsa orucu düzgündür.
Təşəkkürlər.
Sual: Salam Ağacan. Zəhmət olmazsa cavablandırardınız. Onkoloji xəstəliyi olan, qanı az olan biri oruc tuta bilərmi ? Öncədən təşəkkürlər.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər oruc tutmağın ona zərəri yoxdursa oruc tutması vacibdir.
Təşəkkürlər.
Sual: salam mən oruc tuturam gecə biraz gec durdum
süb azanı verirdilər
nə dərman ata bildim nədə yeməy yeyə bildim.
süb namazını qıldım
ramazan ayının orucunu niyət edib yatdım.
ama narahat idim biraz ağrım var idi təzədən durdum dərman atıb uzandım.
orucum pozuldu bilirəm ama indi buna açığlama verin zəhmət olmasa ?
mənə bu halda kəfarə gəlirki ?
və ya günah etmişəmki ?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bəli, kəffarə də sizə vacibdir.
Təşəkkürlər.
Sual: Salam, 25 yasim var, fiziki olaraq xesteliyim yoxdur, sadece psxioloji olaraq bezi oroblemlerim var ama sukur ozununidare ede bilirem, ama bezen bezi problemler olanda ozumu nrhtam hiss edirem ,bu nrhtcilig bezen aile uzvlerime yansidiram bezen etrafidaki insanlara , bu halda oruc tutmaq olarmi mene?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Oruc tutmaq sizə vacibdir.
Təşəkkürlər.
Sual: Salam oruc halda paltara sidik deyerse bu orucu batil edir? Öncədən tesekur
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xeyir, batil etmir.
Təşəkkürlər.