www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: 1-orucun kəffarəsini..fidyəsini və digər kəffarələri günah əhlinə vermək olarmı?..məsələn namaz qılmayan..hicabsız qadına..2-oruc halinda bağırsağa qoyulan şam bağırsaqda əriyib çölə tökülsə hökmü nədir?..3-cahili qasir olan şəxs aşağdakı əməllərin orucu batil etdiyini bilməsə və yerinə yetirsə orucu batildirmi?...Allaha yalan isnad etmək....-İmalə-...Qusmaq...Tozu boğaza çatdırmaq
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Xeyir, olmaz. Gərək dindar və vacibatlara əməl edən və günahlardan uzaq olan şəxsə verilsin.

2. Orucu düzgündür.

3. Əgər qasir cahil idisə orucu batildir amma kəffarəsi yoxdur.

Təşəkkürlər.
Sual: Lakla qüsl almaq olar?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Lak və bu kimi suyun dəriyə və dırnağa çatmasının qarşısını alan hər bir şey qüsla mane sayılır və qüsldan əvvəl aradan aparılmalıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Namaz qalanın qabağındakı keçməy olar ya yox?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Olar, maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam, Mən oglanam,məndə cinsi alətdə qasinma və şahvani qasinma gəldi,alt paltarima baxdım tər təmiz idi, məni xaric olmamişdi , qüsl almaq lazımdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, qüslə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam.Men alqi satqi ile meshqulam (elektronika) aldiqim malin mayasinin ustune 50% artiq pul oqyub satmaqim haramdir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, haram deyil.

Təşəkkürlər.
Sual: 1-Şəri üzrü olmadan oruc tutmayan şəxsə qida..içəcək vermək olarmı?..2-Ramazan ayında günorta restoran işlətməyin dönər hazırlayıb satmağın..evlərə dönəri çatdırmağın hökmü nədir?..3-Başqasının iddəsində olan xanımla cahil olaraq kəbin bağlayan və onunla yaxınlıq etmış şəxsə qadının əbədi haramlığı ehtiyat vacibə söykənir yoxsa fətvadır?..qeyd olunan məsələdə iddənin rici..bain təlaqın iddəsi və ya mütə..vəfat iddəsi olması arasında fərq varmı?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

1. İcazəli deyil.

2. Restoran işlətmək icazəli deyil. Həmçinin dönəri gündüz vaxtı yeməsi üçün satmaq icazəli deyil. Amma iftarda yemək üçün alırsa satmağın maneəsi yoxdur.

3. Fətvaya əsasən əbədi haramdır və iddənin fərqi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Qadının heyz gününe 5 gün varsa amma 5 gün evvelden heyzin ilkini görübse eger oruc tutmalıdırmı yoxsa qeza etmelidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər davamlı olaraq ondan qan gələrsə, belə ki, ən az üç gün davam edərsə hətta daxilə gəlsə və xaric olmasa belə heyz sayılır və oruc tuta bilməz. Lakin ləkə kimi gəlib sonra kəsilərsə heyz sayılmır.

Təşəkkürlər.
Sual: Salam.2sualım var sizə.1-ci sualım əyər biri oruc tuta bilmirsə və imkanı zəifdir.,Dəqiq bilmirəm neçə nəfər fəqiri doydurmalıdirsa səhv eləmirəmsə 60 fəqir olmalıdır amma imkanına əl vermir.Onda həmin adam neynəməlidir?2-ci sualım həyat yoldaşı oruc tutur kişi tuta bilmirsə amma kişinin gəliri azdır və onun 60 fəqiri doyuzdurmağa imkanı çatmırsa həyat yoldaşının pulu ilə oları doyuzdurmalıdır?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Oruc tuta bilməyən və 60 fəqirə təam verməyə imkanı olmayan şəxs 60-dan aşağı imkanı çatdığı sayda fəqirə təam verməlidir. Əgər ona da imkanı olmazsa istiğfar etməlidir. Lakin vacib ehtiyata əsasən imkan düşən kimi kəffarəsini kamil şəkildə verməlidir.

2. Yoldaşının onun kəffarəsini verməsi vacib deyil.

Təşəkkürlər.
Sual: Salam. Əyər bir insan oruclu olarsa və səhətində problem çıxarsa, hətta ölümcül vəziyyətdə olar və bir qurtum su içsə düzələcəyini nəzərə alsaq bu zaman orucu pozulur?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu zaman orucu batil olur. Amma zəruri miqdarda su içdikdən sonra günün sonuna qədər orucu batil edən şeylərdən çəkinməlidir. Bu halda kəffarəsi yoxdur və Ramazan ayından sonra yalnız qəzasını tutmalıdır.

Təşəkkürlər.
Sual: Salamun Aleykum.Subay bir insana,başqa kəsləri xəyal etmdən,zinaya düşməməsi üçün,sadəcə öz-özünə istimna etmək etməyin hökmü nədir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İstimna özü günahdır və günaha düşməmək üçün başqa bir günah etmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam mən 18yaşindan namaz qılıram indi 28yasim var qilmadıgim illərin qəzası gunahdır
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Həddi-buluğa çatandan sonra qılmadığınız namazların qəzasını qılmaq vacibdir.

Təşəkkürlər.
Sual: Salam.Mende öskurek problemi var.Oruc olduqum halda oskurek gelir belqem ile ve men onu tupure bilmirem Avtobus ve ya ictimai neqliyatda olduqum ucun.Onu udmaq orucu batil edir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Ağız boşluğuna gələn bəlğəmi udmaq orucu batil edir. İctimai yerlərdə onu çölə atmaq mümkün deyilsə dəsmal və salfetkadan istifadə edə bilərsiz.

Təşəkkürlər.
Sual: AZƏRBAYCAN RESPUBLİKASI, ASTARA RAYONU ÜZRƏ ÜFÜQÜ ÜZRƏ 2021-ci ildə Ramazan ayı nə vaxt daxil olur ??
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu il mübarək Ramazan ayının 1-i aprel ayının 14-nə təsadüf etdi.

Təşəkkürlər.
Sual: Salam Aga.Sosial şəbəkədə yəni Instagramda,sevdiyin aktyoru və yaxud aktrisanin şəkillərini bəyənmək olar,yəni pis mənada yox, şəhvani hisslərnən yox,boş bəyənsən olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər günahın, fəsadın yayılmasına səbəb olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam ,bilmək istərdim Forex , əməliyyatı haramdı, yəni ordan gələn pulun hökmü nədi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu məsələdə həzrəti Ayətullah Sistaninin nəzəri yoxdur. Müqəllid növbəti ə'ləmə müraciət edə bilər.

Təşəkkürlər.
Sual: Salam. Sualim budur ki, mən rəhbərə təqlid edirəm ama mən ailə qurarkən mənim yoldaşımla evlilik kəbinimizi Rəhbəri vilayəti fəqih kimi qəbul etməyən bir momin axund kəsib. Sualim budur ki, o kəsilən kəbin batil sayılmırki?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Kəbniniz səhihdir, batil deyil.

Təşəkkürlər.
Sual: Əssəlamu əleykum. Sabah niyyət axşamıdırmı? Ayın 14ü mübarək ramazan ayı daxil olurmu?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Mübarək Ramazan ayının 1-i, aprel ayının 14-nə təsadüf etdi.

Təşəkkürlər.
Sual: Salam aga bilmek isərdim ,xarici şirkətdi internet vasitəsilə pul qoyusan ora bir müddətən sonra sənə qaytarır ,məsəl ücün 1000 manata qoydun , 1300 manat qaytaracaq , bu iş icazəlidimi ?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Sərmayəsi qeyri müsəlmanların pulu ilə düzələn şirkətə, banka və s. pul qoyub faizi ilə geri almaq icazəlidir.

Təşəkkürlər.
Sual: Salam , heyz gününə iki gün qalıb və hələki heyz əlamətləri görünmür , cinsi əlaqədə olan anda daxildə qəhvəyi rəng bulantı gorundukdə hökmü nədir ? Xanımın heyz gününə iki gün qalıb hələki heyzin əlamətləri yoxdur sadəcə əlaqə zamanı daxildən qəhvəyi axıntı xaric olub və o an əlaqə dayandırılıb . Zəhmət olmasa cavablayarsiz
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qan xaric olubsa əgər 3 gün davam edərsə (daha sonra hətta gəlib daxilə tökülsə və xaric olmasa belə) heyz hökmündədir. Amma 3 gün davam etməzsə heyz sayılmır.

Təşəkkürlər.
Sual: Salam Ismayil qubanliqdan eleve yeni adi gunlerde kesilen qurbanliq quzu 6 aydan awagi olmasi munkundur?
Cavab: Aleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Bəli, mümkündür.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı