www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamun aleykum Dinimizdə qaracuxa deyilən bir anlayış varmı? Əgər varsa ona salavat göndərmək düzgündürmü,əgər yoxdursa bu işi tərk etmək vacibdirmi əgər tərk edilməsə günah sayılırmı. Təşəkkürlər
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Dinimizdə belə bir şey yoxdur və xurafatdır. Ona əməl etmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykim.Mən burda bir suala rast gəldim.Qaranlıq qaldı mənə.Araq və spirt yazılıb ki,pakdır.Spirt xəsdəliyə qarşı ələ vurulanda o aydındır ki,pak qismindədir.Bəs arağı başa düşmədim.Axı məst edici bütün məhsullar haramdırsa araq nexə pak ola bilərki? Xaiş edirəm suala tam aydınlıq gətirərdiz.Mən də Sistani ağaya təqlid edirəm.Yəni ağanın da sözdərinı qətiyyən şübhə ilə yanaşmaram.Sadəcə qaranlıq qalan məsələlər var ki onu ram bilmək isdəyirəm.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Ayətullah Sistaninin nəzərinə əsasən spirtin bütün növləri, o cümlədən araq pakdır. Lakin üzüm çaxırından distillə üsulu ilə alınan spirt nəcisdir. Hər halda içilməsi haramdır istər pak olsun istər nəcis.

Təşəkkürlər.
Sual: Salam bu gece şeban ay girir?yani 14 geceden 15 ne kecen gece mart ayi
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Ayətullah Sistaninin nəzərinə əsasən Şaban ayının 1-i martın 15-nə təsadüf etdi.

Təşəkkürlər.
Sual: hicabli xanima dirnaq saxlamasi mekruhdu?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, məkruh deyil.

Təşəkkürlər.
Sual: Salam olsun qardaslar,men xanimimi cox incitmisem,kobud reftar,acilama,basqalarinin onunde haqsiz yere danlama,vaxt ayirmamaq,telefona baqli qalib,uzune bele baxmamaq,redd etmek,ana evine buraxmamaq,xestexanada ac saxlamaq ,bu iller boyu yemek derman ehtuyaclarini gormusem amma qayqisizliq ve ustegel anam da pis reftar edib.En sonda ise atam ona tecavuz etmeye calisib,yoldasim jzun qutarib amma bu 6 ilin son yarasi olub,ondan sonra o itaetkar,sevgi dolu qadin yad 1 insana cevrilib,ve men pesiman olsamda ozu de deyir ki sadece usaqlarima xatir yasayiram amma etdiklerin artiq icimde baqlanmaz yaradir,ve hiss edirem ki,daha meni sevmir.Caresiz mrnimle cinsi munasibetde olur,caresiz yasayir menimle.Bu halda qadin gunah qazanirmi?Ve qadin olanlari mene halal rtmeyi vacibdirmi?Yani etmese haqqina girmis olurammi?Men de qebul edirem sehvem amma olan olub ve geri qaytara bilmirem. 1 sualim.Bu halda qadin gunah qazanirmi?Reftar deyisib ancaq men neyse sirussam cavab verir yoxsa susur,men isteyirem deye yaxinliq edir,yoxsa qeti yadina dusmez 2.Men yemek ve dermanla temin etdiyim halda diger yaxsi davranis zaman ayirma basqalarinun yaninda alcaltma ve s ile onun haqqina girmisemmi?Halalliq almaq vacibdirmi?Xahis edirem cavab yazin.Onceden tesekkur edirem
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Qadın haqqını halal edib etməməkdə ixtiyar sahibidir və halal etməzsə günah qazanmır.

2. Bu işlərlə onun haqqına girmiş sayılırsız və tövbə etməlisiz və ondan halallıq almaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Menim erim mene instagram isletmeye icaze vermir lakin ozu butun gunu instaqramdadir. Men de ondan gizlince basqa ad ile onun sehifesi izleyirem. Amma basqa heckimle (yeni ki namehrle) hec elaqe yaratmiramda. Sualim budur bele olan halda men erimden gizli is tutdugum ucum gumah sayilirmi? 2.ci qeza namazlarina secdei sehv dusur?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər ehtimal olunan fəsada və günaha düşmək qorxusuna görə icazə vermirsə İnstagramdan istifadə etməməlisiz. Həmçinin internet xətti yoldaşınıza aiddirsə və pulunu o, verirsə internetdən istifadə üçün sizə məhdudiyyət qoya bilər. Bundan əlavə, ailədə münaqişəyə səbəb olarsa bu işdən çəkinmək məsləhətdir.

2. Əgər səhv səcdəsinə səbəb olan bir iş görərsə səhv səcdəsi etməlidir.

Təşəkkürlər.
Sual: Salam.Men artıq bir ildir ki hicablıyam.Amma qohumlardan hicabsız şəkillərim qalıb.Menim iznim xəbərim olmadan statusda flan paylaşırlar.Bele olan halda mən günah qazanıram?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, siz günah qazanmırsınız.

Təşəkkürlər.
Sual: Salam.Men destemazdan sora yel çixmasina coxlu shek edirem.Bu menim Namaz qilamaqima mane olur.ele okur 3-5 defe destemaz aliram.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Dəstəmazın batil olmasına şəkk edirsizsə şəkkinizə etina etməməlisiz.

Təşəkkürlər.
Sual: Salam.dijital pul vahidlərinin alınlb satılmasının hökümü nedir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu barədə Ayətullah Xameneinin cavabı əlimizə çatmadı. Buna görə də mükəlləflər növbəti ə'ləm müctehidə müraciət edə bilərlər.

Təşəkkürlər.
Sual: Salam AĞACAN ağa mene qusl nece alınır onu mene feyerdizde
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əvvəlcə baş və boyun tamamilə yuyulmalı sonra bədən tamamilə yuyulmalıdır. Müstəhəbdir ki, bədənin əvvəl sağ tərəfi tamamilə yuyulsun sonra sol tərəfi.

Təşəkkürlər.
Sual: Salam son zamanlarda qaşa edilən microblading tatuj günahdır namazı batil edir
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Öz-özlüyündə haram deyil lakin qadın üçün zinət hesab olunarsa naməhrəm şəxslərdən gizlətməlidir. Həmçinin dəri altına vurulan tatuaj dəstəmaz və qüsla mane olmur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Kişi həyat yoldaşına talaq verdikdən sonra iddə müddəti bitənnən sonra müvəqqəti nigah bağlamaq isdəsə,ammna əyər bu müddət ərzində yəni ki, iddəsi tamam olmamış müddətdə qadın başqa bir kimləsə cinsi əlaqədə olarsa kişi iddəsi bitən kimi onunla müvəqqəti nigah bağlaya bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, edə bilər.

Təşəkkürlər.
Sual: Salam aleykum.sizə 3 sualım olacaq. 1. Evə gələn qonaq və ya ev sahibi gələrkən toyuq kalbasa və s.gətirərsə bunun halal olub olmadığını bilmiriksə yeməy olmaz?yoxsa gətirən adamnan soruşsaq halal olmasada desəki halaldı bu zaman yeyilsə günah kimin boynuna düşür? 2. Cinsi əlaqə zamanı nələr günahdır? Günah olmuyanlar hansıdır? 3. Əgər cənabət qüslü almağa vaxt edə bilmirəmsə namaza qədər, bu zaman təyəmmüm alıb namaz qılmaq olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Ət və ət məhsullarının haram olması məlum olmazsa əgər müsəlman ölkəsində hazırlanırsa halal hökmündədir. Lakin hər hansı bir yolla hətta insanlar arasında müəyyən bir ət məhsulunun haram olması məşhur olarsa yeyilməsi icazəli deyil.

2. Sualınızın cavabı çox genişdir zəhmət olmasa konkret şəkildə yazın.

3. Əgər qüsl almaq namazın qəzaya getməsinə səbəb olarsa vəzifəniz təyəmmüm etməkdir.

Təşəkkürlər.
Sual: Salam...Qırma ilə quş və ya heyvan ovlansa bunun hökmü nədir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər ovun bədənini yaralayarsa yeyilməsi halaldır. Amma onu yaralamazsa və sadəcə zərbənin təzyiqinə görə ov ölərsə halal deyil.

Təşəkkürlər.
Sual: Salam olsun. Sistani ağanın fətvasına əsasən xumsu verilməyən paltarla qılınan namaz batildir. Bilməy istərdim mən bu günə kimi xums verməmişəm ama gələcəydə verməyi planlayıram. Bu günə kimi qıldığım namazlar batil olmuş olur yoxsa necə?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Keçmiş namazlarınız səhihdir. Lakin xüsusi olaraq hansısa bir libasa xums gəlibsə onun xumsu verilməmiş istifadə edə bilməzsiniz.

Təşəkkürlər.
Sual: Salam. Sualım belədir. Kişi və ya qadın üçün öz halalı ilə sosial şəbəkədə mesajlaşmaq hər hansı mövzuda olursa olsun isdər şəhvani isdər başqa bir mövzuda bunun maneəsi varmı?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Gece namazini isa namazindan sonra qilmaq duzgundurmu.vaxti ne zaman bawlayir gece namazinin.
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Gecə namazının vaxtı gecə yarısından başlayır.

Təşəkkürlər.
Sual: Lal insan namazda necə qiraət etmelidir
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər bəzi zikrləri deməyi bacarırsa bacardığı şəkildə deməli və əli ilə təkbirətul-ehrama işarə etməlidir. Əgər heç bir şey deyə bilmirsə ən azı dilini hərəkət etdirməlidir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualım budur ki, kafe açıb orda spirtli içki vermədən işlətmək olarmı? Və 2 ci sualim həmin kafedə nərd,domino,şaşki və bilyard oynatmaq olarmı heç birini olmaz vəya hamısin olar vəya hər hansı birini olar qalanların olmaz? Və həmin kafedə spirtsiz energetik içkilər(bizon,hell və.s) satmaq olarmı? Xahiş edirəm cavablandırın
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Olar.

2. Əgər ürfdə qumar aləti hesab olunarsa yaxud mərclə oynanılarsa icazəli deyil. Əks halda maneəsi yoxdur.

3. Energetik içkilərin tərkibində haram qatqılar yoxdursa və ya belə bir şeyin olması məlum deyilsə onu içmək və satmağın eybi yoxdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Rici təlaq zamanı dediz kişi öz xanımı ilə cinsi əlaqədə olsa talaq batildir.Yəni bu o deməkdir ki,kişi artıq öz xanımına dönmüşdür və artıq onlar boşanmış sayılmırlar?.Yəni ki,qadən kjşinin məhrəmi sayılacaq?Yoxsa bu artıq kişi ilə xanımın zina eləmiş mənasına gəlir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Yəni artıq təlaq pozulur və əvvəlki kimi bir-birinə məhrəm olurlar. Zina hesab olunmur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı