Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (Adsız): Salam Eleykum,hökmleri dine esaslanmayan dünyevi,mehkemeye müraciet etmek olar?onlarin verdiyi hökmlere riayet etmemek günah sayilir?
ALLAH razi olsun.
Cavab: Salam. Bəli müraciət etmək olar və onların məsləhətə uyğun olmayan hökmlərinə itaətsizlik etməyin eybi yoxdur.
Sual: Sualı ünvanladı Mahir: GUNDE NEÇE DEFE NAMAZ QİLİRLAR?
Cavab: Salam. Sübh, Zöhr, Əsr, Şam, Xüftən.
Sual: Sualı ünvanladı Xeyale: salamun aleykum..bilmek isterdim qawlarini alan qadin hicabi ele ortmelidirki qawlari gorunmesin?
Cavab: Salam. Qaşı iki cür almaq olur:
1-Qaş çox kobud və qalındır və adi gözlə baxanda eybəcərlik nişanəsi kimi görünür. Belə qaşı islah edib adi qaş halına saldıqda bu zinət sayılmır və onu örtmək lazım deyil.
2-.Qaş normal qaşdır və ona eybəcər qaş deyilmir və onu almaqda məqsəd daha da gözəl görünməkdir.Bu formada alınan qaş zinətdir və onu örtmək vacibdir.
Sual: Sualı ünvanladı Altun: Salam. Qafqaz muselmanlari Idaresinin verdiyi namaz vaxtlari ile Binede azan verilmir. Azan gosterilen vaxtdan tez verilir.. 15 deqiqe tez ... Men hansina gore hereket etmeliyem.. Xahish edirem tez cavablayasiniz.. Bir deki indiyene qeder Binedeki azana gore qilmisham.. Namazim qezaya qalib ya qebul olub???
Cavab: Salam. Binə məscidində olan dindarlarla söhbət edib yəqinə çatın ki, onların namaz vaxtı düzgündür. Əgər onlarla söhbət edib yəqinə çata bilməsəniz onda digər yerlərdən namazın dəqiq vaxtını əldə edin. Əgər bu da mümkün olmasa onda ehtiyata əsasən Qafqaz müsəlmanları idarəsinin təyin etdiyi vaxtdan sonra namaz qılın ki, hər iki azanla namazınız düzgün olsun.
Sual: Sualı ünvanladı Fatime: Salam Eleykum,Xamanei aqanin seriet hökmleri barede az-diline tercüme edilen tek kitab istiftaatdir yoxsa bashqa kitab da var?
ALLAH razi olsun.
Cavab: Salam. Bizim məlumatımıza əsasən şəriət hökümləri barəsində tərcümə olan yeganə kitab İstiftaardır.
Sual: Sualı ünvanladı Vahid: Salam.Sehv etmiremse bele bir hedis var ki Hz.Eli deyib ki bir meni sevmeyenler cehennemlikdi bir de meni Allaha beraber edenler yeni ilahiyyelesdirenler.Bu hedis sehihdi?Heqiqeten de bugunku gunde HZ.Elini ilahiyyelesdirenler var .Hansi ki Azerbaycanda 5 Barmaq deyilen bir yer var ve HZ.Elini ilahiyyelesdirenler deyirler ki bu daqi Hz.Eli oz qilinci ile vurub 2 yere bolub.Umumiyyetle bu 5 barmaq daqi haqqinda ne melumativiz var?
Cavab: Salam. Həzrət Əli (ə)-dan belə bir hədir var ki, o Həzrət barəsində iki dəstə xətaya düçar olub. Birinci dəstə Əliallahçılardır onlar Həzrət Əli (ə)-ı Allah bilir, ikinci dəstə isə Həzrət Əli (ə)-ı kiçik sayıb onun haqqına girib. Misal üçün peyğəmbərdən sonra xilafətin o Həzrətə çatmasına mane olanlar.
Beş barmaq dağı haqqında isə bizim hər hansı bir məlumatımız yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salam.Mecidlerde 5 barmaqdan ibaret olan el var sizler de gormusunuz.Peyqember bize Quran ve Ehli beyti emanet qoyub gedib.Bu hedislerden de bele bellidi.Bu eldeki barmaqlarin menasi budu-Quran,Hz.Eli,Hz.Fatime,HZ.Huseyn,Hz.Huseyn.Her bir barmaq bu menalari dasiyir?
Cavab: Salam. Xeyr, sizin bildiyiniz mənada deyil. Ələm Kərbəla hadisəsində İmam Hüseyinin (ə) qardaşı Həzrət Əbülfəzlin (ə) əlində olan bayrağın rəmzidir. Amma onda olan 5 barmağın 5 məsuma yəni Həzrəti Peyğəmbər (s), İmam Əli (ə), Xanım Fatimə (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə)-a işarə olub olmaması barəsində dəqiq məlumatımız yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salam.Bir gun mecidde dediler ki Fransa hokumeti coca cola ickisinde spirt askar edibler ve sirketi mehkemeye veribler.Dediler ki deqiq melumatdi cunki Fransa hokumeti muselman olkesi deyil qeyri muselman olkesidi ve hec bir menevi maraqi yoxdu.Deyildi ki coca cola mehsullari icmeyin.BIzde ise coca colanin ozunden basqa coca cola sirketinin meyve sulari da var.Hemin meyve sularini icmek olar?
Cavab: Salam. Əgər yəqinə çatsanız ki, onların tərkibində spirt var içməyin.
Sual: Sualı ünvanladı Fatime: Salam Eleykum.Bir insan teqlid etdiyi müctehidin risalesinde tapa bilmediyi meseleler haqda bashqa müctehide müraciet ede bilermi?ede bilmezse,hemin emeller batil sayilirmi?
ALLAH razi olsun.
Cavab: Salam. Təqlid etdiyiniz müctehidin risaləsində olmayan məsələni bizim saytın vasitəsi ilə həmin müctehidin dəftərxanasından əldə edə bilərsiniz. Heç bir səbəb olmadan digər müctehidin risaləsinə keçmək olmaz.
Sual: Sualı ünvanladı Nurseli: Salam Eleykum,cox saq olun,ALLAH razi olsun.
Bes kafir öldürmek hansi sheraitde halal sayilir,bu sheait yaranmadan öldüren günahkar olurmu?/ateist ve ya ehli-kitab kafirlerin/
Cavab: Salam. Kafir öldürmək üçün lazım olan şərait yaranmasa kafir öldürmək olmaz və bu iş özbaşnaçılıqla yanaşı günahdır. Ateist kafirdir amma kitab əhli (yəni xristianlar, yahudilər) kafir sayılmır.
Sual: Sualı ünvanladı Mehman Heyderov: Ata-anası ölmüş yetkin yaşda(32 yaş)bakirə qızla müvəqqəti nigah bağlamaq olar?
Cavab: Salam. Əgər həmin qadının babası da yoxdursa onda ixtiyar onun öz əlindədir. Yəni onunla əqdə girmək olar.
Sual: Sualı ünvanladı Mehman Heydərov: Bakirə qadınla müvəqqəti nigah bağlamaqda qızın atasının icazəsi həmişə şərtdir?
Cavab: Salam. Əgər qız öz xərclərində müstəqil və ixtiyar sahibidirsə onda Ayətullah Sistaninin fətvasına əsasən ehtiyati-vacibə görə yenə də atadan icazə alınmalıdır.
Sayt tərəfindən: Ehtiyati-vacib olan məsələlərdə siz digər bir müctehidin bu mövzudakı fətvasına keçə bilərsiniz.
Sual: Sualı ünvanladı Mehman. Heydərov: Bakirə qadınla hansı halda müvəəqqəti nigah bağlamaq olar?
Cavab: Salam. Əgər bakirə qızın atası, babası, dünyadan köçmüş olarsa və onun yaşı ərə getmək üçün olan yaşı keçərsə onda onun öz razılığı ilə onunla müvəqqəti nigaha girmək olar.
Sual: Sualı ünvanladı Sahib: Salam.1)Namaz qilanda esneyerken elimi aqzima tutmaqim mustehebdi yoxsa vacib?2)NAmaz qilarken qiyam halinda ve ya qiyam halindan secdeye gederken sifetim bezen qasinir ve ya elim.Adi bu zaman elimi ve ya sifetimi qasiya bilerem?
Cavab: Salam. Namaz üstə əsnəmək məkruh işdir və insanın namaz üstə əsnəməyi gələrsə imkan hədində onu saxlamalıdır. Amma bilmədən olarsa bunun eybi yoxdur. Ağzı tutmağın isə elə bir eybi yoxdur bu iş nə vacibdir nə də ki, müstəhəb. Zəruri olmayan qaşınmadanda pəhriz olunmaq lazımdır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Namaz qilan bir nefer soyuducudaki butulka shusesinden suyu bir basa basina cekmisaraq olduqunu bilen kimi dayanmisdir lakin bir nece qurtum icmisdir.Hemin insanin hokmu nedir ne etmelidir.nezere alin ki bilmeden olub
Cavab: Salam. Bilmədən spirtli içki içmiş adam ağzını su ilə paka çıxarsın.
Sual: Sualı ünvanladı Mahir: Salam.Bir nefermomin deyildi ve cahil vaxtinda haram islerle mesqul olub zina ve icki icib sonra ise dine gelib namaz qilir.Namzin da hal hazirda qilir amma mueyyen olunur ki cahil vaxtlarinda zina etmis ve triped adlanan xesteliye tutulmusdur.Xesteliyin elameti de ki ondan ibaretdir ki insan ozu istemeden ve hec bir shehvet olmadan ixtiyarsiz aletden gun erzinde defelerle sperma axir.Bu shexs ne etmelidi ?her defe qusl almalidi ki namaz qilsin?
Cavab: Salam. Alətdən çıxan suyun sperma olduğuna əminsinizsə onda qüsl verilməlidir. Amma ardıcıl olaraq su ilə qüsl vermək mümkün deyilsə yaxud tez-tez çiməyin cana zərəri varsa onda siz qüslu təyəmmüm etməklə əvəz edə bilərsiniz.
Sual: Sualı ünvanladı Elmar: Salam.1.Ayaq yolunda unitazdi yeni oturaq deyil,unitaz olan ayaqyoluna getmek problem deyil?2.Ayaq yoluna getdim unitaz natemiz oluduqu ucun sidiye ayaquste getdim ve istibrani ayauste etdim nezere alin ki ayaquste sidiye gedende sidik salvara ve ya paltarima sicramayib.Bele halda namaz qilmaq olar?yoxsa alt paltarini deyisib yeniden istibra aldiqdan sonra namaz qilinmalidi?Xahis edirem suallara nomrelere uyqun cavab yazin
Cavab: Salam. Unitazdan istifadə etməyin eybi yoxdur.
Ayaq üstə sidiyə getmək məkruhdur, yəni şəriət baxımından bəyənilmir.
Ayaq üstə sidiyə getdikdən sonra istibranı düzgün edibsizsə ondan sonra alətdən çıxan rütubət pakdır.
Sual: Sualı ünvanladı Nurseli: Salam Eleykum,siqaret satmaq haramdir?kafir öldürmek savabdir?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Siqaret satmaq çox bəyənilməyən işdir (Yəni haram deyil). Kafir öldürmək savab deyil. (Kafir öldürmək üçün xüsusi şərait və dinin tələblərinə uyğun hökm lazımdır. Elimsizcəsinə nəsə etmək olmaz.)
Sual: Sualı ünvanladı Ehmed: salam sualım Sistani ağayadır.Sualım ondan iibaretdir ki, xanım öldükdən sonra həyat yoldaşı xanıma məhrəmdir yoxsa naməhrəm? Yəni həyat yoldaşı onu məzara qoya bilər ya yox?
Cavab: Salam. Əlbəttə ki, ər məhrəmdir və xanım Fatimə (s)- idə onun həyat yoldaşı Həzrət Əli (ə) məzara qoydu.
Sual: Sualı ünvanladı Ehmed: salam gece namazi nece qılınır? teşşekkür
Cavab: Salam. Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.
İlk 8 rükət “gecənin nafiləsi” niyyəti ilə qılınır – 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə “Fatihə” və “Ixlas”, 2-ci rükətdə “Fatihə” və “Kafirun” surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, Həmçinin insana zülm verən zalımın cəzalandırılması barədə də Allaha dua etmek olar. Hər iki rükətlinin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrəti Fatimənin (s.ə) zikrini demək savabdır.
Sonra 2 rükət “Şəf’” namazı qılınır. 1-ci rükətində “Fatihə”-dən sonra “Nas”, 2-ci rükətində “Fatihə”-dən sonra “Fələq” surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət “Vitr” namazı qılınır. “Fatihə”-dən sonra 3 dəfə “Ixlas” və 1 dəfə “Fələq”-lə “Nas” surələri oxunur.
Sonra qunut tutulur, 40 nəfər möminin bağışlanması üçün dua edilir,(Allahumməğfir lil … adları sayırsan və ya ümumilikdə dua edib Allahumməğfir lil mömininə vəl möminat demək olar.),
Sonra 70 dəfə istiğfar edilir(əstəğfirullahə rabbi və ətubu iləyh),
Sonra 70 dəfə “haza-məqamul-aizu bikə minən-nar” deyilir,
Sonra 300 dəfə “əl-əfv” söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.
Gecə namazından sonra oxunması savab olan müstəhəbbi dualar da var.
Gecə namazı vacib deyil, müstəhəb olduğundan, indiyə kimi qıldığınız gecə namazlarında səhv olsa belə, qətiyyən günah qazanmırsınız. Əksinə, bilməyərəkdən səhvə yol verdiyinizə görə, Allah düzgün gecə namazının savabını Sizə verər İnşallah. Amma bundan sonra bu namazın qılınma qaydalarına riayət etməyiniz lazımdır.