www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı übvanladı Mahir: Salam.Siğe kim edə bilər ve nece edə bilər?etrafli yazin
Cavab: Salam. Siğə dedikdə nəzərdə hansı siğəni tutursuz? Sualı ətraflı yazın! Yəni, məsələn nəzir siğəsi? Məsələn al-ver siğəsi? Daimi evlənmək siğəsi? Müvəqqəti evlənmək siğəsi?
Sual: Sualı ünvanladı (ad yazılmayıb):Salam aleykum əvvəlcədən sualları cavablandırdığımıza görə minnətdaram Allah razı olsun. Bilmək istərdim ki əyər bir mömün bir günahı edərsə sonra o günaha tövbə edərsə və camaat içində rüsvay olmamaq üçün o günahı inkar edə bilərmi günahı varmı nə hökmdədir . Allah razı olsun.
Cavab: Salam. Günah neçə növdür. Bir baxışdan günah iki növdür.



1-ci-Kiminsə Haqqına girən günahlar.

2-cü-Özünüzlə Allah arasında olan günahlar.



Siz günahınızı hamidan gizlədə bilərsiz və günahı açmaq düz iş deyil. İstisnadır o yerdə ki, kiminsə haqqına girəsiz. Əgər kiminsə haqqına girsəniz haqq sahibini bir yolla razı salmalısınız. Amma özünüzlə Allah arasında olan hansısa günahı açmamaq günah deyil.
Sual: Sualı ünvanladı Vahid: Salam.Dinde hansisa bir is gorerken terefler arasinda shert baqlanir bu shert neden ibaretdi ?yeni nece olur?
Cavab: Salam. Sualınız çox qaranlıqdır. Xahiş edirik konkret misal göstərin ki, nə iş.
Sual: Sualı ünvanladı Nail: Salam.Bezen Allahdan nese dileyirik.Ishim alinsa ve ya ovladim saqlam dunyaya gelse ve sair kimi dileklerimizi Allahdan isteyirik ve ishlerimiz alinarsa qurban kesecem ve ya nezir niyaz verecem kimi ehd baqlayiriq sanki.Bezi insanlarin bunun duz olmadiqini deyirler cunki biz sanki Allahla ehd baqlamis oluruq ve bunu duz saymirlar deyirler ki birinci qurban kesilmelidi sonra Allahdan nese istemelidi.Bunun hansi duzdu ?
Cavab: Salam. Qurban kəlməsi yalnız Həcdə kəsilən heyvanlara şamil olur.



Sizin dediyiniz isə nəzrdir. Nəzr etmək hökmən nəzr siğəsi dildə deyilməklə olmalıdır. Nəzr siğəsi belədir: "Filan iş olsa Allah üçündür filan işi görməyim." Yəni məsələn oğlum əsgərlikdən sağ salamat gəlsə Allah üçündür 1 fəqirin xarabaya çevrilmiş evini təmir etmək. Buna nəzr deyilir və nəzr siğəsi oxunmadan nəzr vacib olmur. Və İslamda da nəzr edilərkən bu qaydada edilir. Və burada qəbahət bir şey yoxdur. Amma sizin qeyd etdiyiniz ikinci varianta biz hardasa rast gəlməmişik.
Sual: Sualı ünvanladı Ceyhun: Salam aleykum sualim budu paltar yuyan masinda paltarlar pak olur ? ozu yuyan qurudan masindi.
Cavab: Salam. Təəssüf ki, tətil gününə düşdüyü üçün Ayətullah Xamneinin nəzərini öyrənə bilmədik. Amma bu məsə barəsində bunu deyə bilərik ki, əgər həmin paltaryuyana atılan paltardan eyni nəcasət getsə və paltaryuyan maşın onu bir dəfə də suya çəksə kifayət edər. İnşallah Oktyabırın 13-ü Ayətullah Xamneinin bu barədə olan nəzərini szilərə təqdim edəcik.
Sual: Sualı ünvanladı Tural: Salam.Destamaz aldiqda uzu yuyandan sonra 2 defe salavat cevirmek mustehebdi yoxsa vacib?
Cavab: Salam. Dəstəmaz alarkən salavat çəkmək müstəhəbdir. Vacib deyil!
Sual: Sualı ünvanladı Elmar: Salamun aleykum.Kecen sualima cavab vermisiniz amma 1 meseleye aydinliq getirmek isterdim.Bildirdiniz ki destamaz alarken (Məsələn 5 dəfə üzə su vurun və bu haram deyil. Amma üzə su vurandan sonra bir dəfə əllərinizlə üzü yusanız və sonra yenidən üzə su vurub ikinci dəfə yusanız sonra üçüncü dəfə üzə su vurub üzü yumaq olmaz və bu haramdır. Yəni üçüncü dəfə haramlıq məsələsi üzə su vurmaqda deyil, üzü üçüncu dəfə əllərlə kamil yumaqdadır.)Bilmek isteyirem ki uze 1 nece defe meselen 3 defe su vurduqdan sonra 2 defe yuyuram yeni uzumu nemleyirem sonra ise saq salavat cekirem.Bilmek isteyirem uze bir nece defe ardicil su vurduqdan sonra saq elle yumaq lazimdi yoxsa su vurduqdan sonra ele 2 defe saq elle salavat cevirmek ele yumaq demekdir?yeni uzu yumaq salavat cevirmek demekdi?yoxsa su vurduqdan sonra 2 defe uzu yuyub sonra ise 2 defe salavat cevirmek lazimdi?
Cavab: Salam. Salavat çevirməyin dəstəmaza bir adiyyatım yoxdur. Yəni dəstəmazda üzü yumaq deyildikdə salvatla yumaq nəzərdə tutulmur. Elə adi yumaq nəzərdə tutulur. Yəni ovcunuza su doldurub üzünüzə vurursuz. Bu işi 5 dəfə də etsəz haram deyil. Amma 5 dəfədən sonra əlinizi üzünüzə çəkib üzü yumaq lazımdır. Bu yəni o deməkdir ki, siz bir dəfə yuduz. Baxmayaraq ki, üzünüzə beş dəfə su vurmuşduz. Bu cür iki dəfə yumaq olar. Üçüncü dəfə haramdır!
Sual: Sualı ünvanladı Elmar: Salamun aleykum.Xahis edirem aciq aydin yazin ki biz de basa dusek ve chasqinliqa uqramayaq.Suallarimin cavablarini xahis edirem suallara esasen nomreleyesiniz.1.Bir oqlanin 12 il qezasi var.Bu haqqda hedis de var.3 gun ki ehya geceleri var hansiki bu 3 gunun birinde Quran nazil olubdur ve sehere qeder oyaq qalib 100 riket namaz qilan adamin qeza orucunun bir iline beraberdir ve illerle qilmadiqi qeza oruclarinin bir iline beraberdirve 1 il qezasi silinmis olur.bu duzdu?2Qeyri muselman dedikde shertdirmi ki o xristian,yehudi ve ya basqa mezhebin insanlari ola yoxsa qeyri muselman dedikde namaz qilmayan,oruc tutmayan,xums zekat vermeyen ve sair dini shertlere emel etmeyen shexsler de qeyri muselman sayilir?.3.Ayətullah Xamneinin risalesinin Sual 533-cu suali ve cavabi:Sual:533 Sələm fiziki və hüquqi şəxslərin hamısı üçün еyni səviyyədə haramdır, yoxsa bəzi yеrlərdə istisna olunubdur? Cavab: Sələm ümumi şəkildə haramdır. Lakin ata ilə övlad, ərlə arvad arasında olan sələmli borc vеrmə və müsəlmanın qеyri-müsəlmandan aldığı sələm istisna olunubdur.Bu sualin cavabindan bele basa dusurem ki erle arvad oqulla ata ve muselmanin qeyri muselmana selem verib selem almaqi halaldi.Buna esaslanaraq sualima cavab verin.Eger bir qadin fiziki islemek qabiliyyetine qadirdi lakin diplomu ve ya hansisa bir ish bacariqi yoxdu lakin elinde halal olan pulu var hansi ki evini satib ve bu pulu qeyri muselmanin rehber olduqu ve ya idare etdiyi banka pulu qoyub ve o puldan gelen faizle ozunun maddi telabatini temin etmesi yeni o puldan gelen faizin hesabina dolanmaqi caizdir?4.Umumiyyetle her hansi bir shexs banka pul qoyur ve bankin icraedici numayendesine sual edir ki bu puldan gelen faiz mene halaldi?Icraedici numayende de ona halalliq verir bu ne derecede caizdi?5.Size unvanladiqim suala aydinliq getirmek isteyirem subh namazinin vaxtina az qalib ve disim qanayir qan da kesilmir disim qanaya-qanaya namaz qezaya getmemesi ucun o halda namaz qilmaqim caizdir?6.Maddi vey a menevi shert olmadan nerd oynamaq caizdir?umumiyyetle nerd qumar aleti sayilir?7.Kredite ev ve ya masin goturmek caizdir?8.Xums her bir shexs vermelidi amma hansi shertler esasinda?
Cavab: Salam.

1-Bu xürafatdır və belə bir hədis yoxdur ki, əhya gecəsi namaz qıl və 1 rəkət 1000 rəkət hesablansın və beləcə qəzaların bitsin. Bu yalandır və belə bir hədis yoxdur. Qəzalar tam və rəkətbərəkət qılınmalıdır.

2-Müsəlman o kəsdir ki, Allahın bir olmasın və Peyğəmbərin Həzrəti Məhəmməd (s) olmasın dildə iqrar etsin! Bundan qalan hər kəs qeyri-müsəlmandır.

3-cü salınızın cavabını elə özünüz risalədən yazmısız. Əgər o bankın sahibi yəni müdiri yox, yiyəsi qeyri-müsəlmandırsa olar.

4-Bankın icraedicisinin bu sözü kifayət etmir. Şəriətin müəyyənləşdirdiyi qayda-qanunlar var ki, gərək bu qanunlar bank ilə fərd arasında müqavilə imzalananda nəzərə alınsın.

5-Qanlı qanlı namazı qılın.

6-Nərd qumar alətidirsə maddi və mənəvi şərt olmadan belə onu oynamaq haramdır. Amma qumar aləti olub-olmamasın siz özünüz müəyyən edin.

7-Kreditə ev götürmək caizdir.

8-Maddi imkanı olan kəs xüms verməlidir. İmkanı olmayan bu işdən azaddır.

Sual: Sualı ünvanladı Eli: salam ne demekdir?
Cavab: Salam yəni qarşında salam verdiyin kəsə ehtiram və onun salamtçılığn arzulamaq!
Sual: Sualı ünvanladı Elmar: Essalamun aleykum.Bu saytin yaranmasinda ve teskilinde istirak eden her bir shexse tesekkur edirem Allah imanlarin guclu elesin.Meni maraqlandiran bir nece sheri suallar var xahis edirem tez bir zamanda suallarimi cavablandirin.Evvelceden tesekkurler. 1.namaz qildiqim otaqda guzgu ve shekiller var shekil ve ya guzgu olan otaqda namaz qilmaqim caizdir?(amma namaz qilarken ozumu guzgude gormurem)2.uze 2 defeden artiq su atmaq destamazi batil edir?3.destamaz alarken uzume iki defe su atiram sonra ise saq elimle uzumun her terefini yash edirem yeni elimle nemleyirem daha sonra ise iki defe salavat edirem ve ellerime eyni qaydada iki defesu tokurem ve elimle diger elimi ve barmaqlarimi yashlayiram ki elimde su deymeyen yer qalmasin.bu cur destamaz caizdir?4.seher seher namaza durdum ve destamaz aldiqim zaman damaqim qanamaqa basladi destamazi almaliyam yoxsa aqzimin qaninin dayanmasini gozlemeliyem?Nezere alin ki gunesin cixmaqina az qalib.5.Yasadiqim yerden nece km-den sonra sefer namazi qilmaliyam?6.Baki sheherinde yasayiram.Eger Baki sheherinin bir terefinden diger bir trefine gediremse men sefer namazi qilmaliyam?nezere alin ki Baki seherinin bir basindan gider bie terefine 100 km den artiqdi.7.HEr gun ishe gedirem ve evimle ish yerimin arasindaki mesafe 48 km-di.Eger nezerde tutulan mesafeden(km) artiq olarsa sefer namazi qilinmalidi?
Cavab: Salam. Diqqətinizə görə biz də sizə təşəkkür edirik.



Ayətullah Xamneinin fətvasına əsasən: Üzə istənilən sayda su vurmaq olar. Məsələn 5 dəfə üzə su vurun və bu haram deyil. Amma üzə su vurandan sonra bir dəfə əllərinizlə üzü yusanız və sonra yenidən üzə su vurub ikinci dəfə yusanız sonra üçüncü dəfə üzə su vurub üzü yumaq olmaz və bu haramdır. Yəni üçüncü dəfə haramlıq məsələsi üzə su vurmaqda deyil, üzü üçüncu dəfə əllərlə kamil yumaqdadır.

Əgər namazın qəzaya getmək ehtimalı varsa-qanın dayanmasını gözləməyin. Yəni qanı bir yolla müvəqqəti saxlayıb namazı qılın.

Siz həmişəsəfər hökmündəsiniz və namazınızı kamil qılın!



Namaz qılınan otağın rəngarəng olması haram deyil, amma bəyənilməyən işdir.
Sual: Sualı ünvanladı Əli: Salam aleykum əti halal olan heyvan və ya quş haram qida ilə qidalanarsa bir və bir neçə dəfə. onun əti ilə qidalanmaq olarmi. Əvəlcədən təşəkkür
Cavab: Salam. Ayətullah Xameneinin fətvasına əsasən: İnsan nəcisindən başqa hər bir haramla qidalansa əti pakdır. Amma insan nəcisi ilə qidalansa və əgər çox qidalanarsa həmin quşun ətin bir müddət yemək olmaz ki, saf və pak qidalarla qidalansın və təmizlənsin.
Sual: Essalamun aleykum.Bilmek isterdim ki tovbeni pozan shexs ne etmelidi.
Cavab: Tövbəni pozan şəxs Allahdan bağışlanma diləməlidir!
Sual: Sualı ünvanladı Fatimə: Salam, Mehdī (e) qilincla döyushecek yoxsa silahla?
Cavab: Salam. Bu barədə dəqiq məlumatımız yoxdur!
Sual: Sualı ünvanladı ... :Salam aleykum əyər bədənin hər hansı bir yerinə spirt deyərsə həmin bədənə qüsul vacib olurmu və yaxud hökmü nədir.?
Cavab: Salam. Ayətullah Sistaninin fətvasına əsasən spirt pakdır. (Yəni nəinki qüslə, heç adi suya çəkməyə belə ehtiyac yoxdur.)
Sual: Salam,Mehdi(e)at ve qilincla qiyam edecek yoxsa muasir silahlarla?deccalla qilīncla döyusecek yoxsa silahla?
Cavab: Salam. Bu barədə dəqiq məlumat yoxumuzdur!
Sual: salam evvelceden size tesekkurumu bildirirem .sual1.namaz qilan qadin yoldasinin ona halalliqla verdiyi puldan ona demeden yigib dargunde oz evine ovladlarina ozune xerclemek haramdirmi?. 9 yasindan qilinmayan namazlarin qezalarini orucluq ayinin qudret gecesinde cubh namazinin vaxtindan dayanmadan zohr namazinin vaxtina qeder 50 ruket namaz qilan sexsin butun qeza namazlarinin qezalari odenmis olurmu xaias edirem tez cavablandirin cox sag olun.
Cavab: Sualı ünvanladı Fatima: Bu iş haram deyil. Amma əxlaqi baxımdan xoşagəlməyəndir. Çünki ərdən gizlin iş bəyənilmir.



Qəza namazlarına gəldikdə isə siz qəza namazlarınızı hesablayıb dəftərdə qeydiyyat aparmaqla qılın. Belə təqribi düz deyil.
Sual: SALAM VAHABILERI OLDURMEK OLAR?
Cavab: Salam. Ayətullah Xameneinin fətvasına əsasən: Xeyir-olmaz!
Sual: Sualı ünvanladı Cavid: Allahın salamı olsun üzərinizə.Milli rəqslər mənim tanışımın peşəsidi..Məsələn,Toylarda aş gətirmə mərasimində iştirak edirlər.Amma eyni zamanda namaz qılan birisidi.Bunun hökmü nədir??Allah razı olsun...
Cavab: Salam. Əgər məclis haram məclis olmazsa və fəsad məclisi olmazsa eybi yoxdur!
Sual: Vacib qeza orucu olan şexs müsteheb oruc tuta bilermi?
Cavab: Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən vacib qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz.
Sual: Salam aleykum sizdə bilirsizki dünyanın elə yeri varki orda 6ay gecə 6ay gündüz olur orda sübh və şam azanin vaxtını necə bilmək olar.
Cavab: Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən bu məsələ digər şəhərlərin vaxtı ilə təyin olunsun.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı